QARABAĞLI DİN XADİMİ
![Hacı İbrahim ağa Axundov - 150 Hacı İbrahim ağa Axundov - 150]()
Hacı İbrahim ağa Axund Molla Mustafa oğlu Axundov 1869-cu ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində dünyaya gəlmişdir. Atası Axund Molla Mustafa Ağamalı oğlu Əliyev (1843-...) Ağdam Cümə məscidinin ilk axundu olmuşdur. Atası axund olduğu üçün onun şərəfinə Axundov soyadını daşımışdır. O, Qarabağın qədim tarixi keçmişə malik Seyidli kəndinin (indiki Ağdam rayonunun Seyidli kəndi) Kərbəlayi Miralılar nəslindəndir.
Hacı İbrahim ağa Axundov ilk təhsilini atasından almış, ərəb, fars dillərini, şəriət elmlərini öyrənmişdir. Sonralar Nəcəfdə ali dini təhsil almışdır. Deyilənə görə, uzun illər Nəcəfdə dərs demiş, atasının vəfatından sonra Ağdam Cümə məscidinin axundu seçilmişdir. Həcc ziyarətində olduğu üçün Hacı İbrahim ağa adı ilə Qarabağda din xadimi kimi tanınmışdır.
Hacı İbrahim ağa Axundov Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamış, ərəb, fars dillərini, şəriət elmlərini tədris etmişdir.
Tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın (Axundova) verdiyi məlumata görə, Cəlil Məmmədquluzadə ilə Həmidə xanımın kəbinlərini Hacı İbrahim ağa kəsmişdir. Onun icazəsi olmadan heç bir molla məclis apara bilməzmiş. Ağdam, Bərdə, Ağcəbədi ərazilərində kəbin, uşaq olması və ölüm məsələlərini Hacı İbrahim ağa həll edərmiş.
Hacı İbrahim ağa Axundov iki dəfə ailə həyatı qurmuşdur. Onun birinci evliliyindən Qasım adlı bir oğlu olmuş, gənc yaşlarında öldürülmüşdür. Kifayət Axundovanın sözlərinə istinadən Qasım gənc yaşlarında hörmət qazandığı üçün onun ölümünə bütün Seyidli camaatı yas saxlamışdır. İkinci evliliyindən Məhəmməd, Bəşir, Əşrəf adlı övladları dünyaya gəlmişdir.
Bu il Hacı İbrahim ağa Axundovun anadan olmasının 150 illik yubileyi tamam olur. Ağdam Cümə məscidinin ikinci axundu Hacı İbrahim ağa Axundovun soykökü, həyatı, fəaliyyəti tədqiq edildikcə zamanla layiqli qiymətini alacaqdır.
Məqalə “Qarabağın Seyidli oymağı” (I kitab, Bakı, 2017), “Ağdamda təhsil (1883-1993)” (I kitab, Bakı, 2018) adlı monoqrafiyalarım əsasında hazırlanıb.
Orxan Zakiroğlu (Baharlı)
________________________________________________________________________________________________________