Quantcast
Channel: Şəxsiyyətlər - Karabakhmedia.Az
Viewing all articles
Browse latest Browse all 135

Tanınmış pedaqoq, naşir İsmayıl Qaspıralının anım günüdür

$
0
0
Tanınmış pedaqoq, naşir İsmayıl Qaspıralının anım günüdür

Tanınmış pedaqoq, naşir, siyasətçi İsmayıl Qaspıralının anım günüdür.

Karabakhmedia.az-ın məlumatına görə, İsmayıl Qaspıralı (Qasprinskiy), 1851-ci il mart ayının 8-də Rusiyanın Krım vilayətində doğulub. Soyadı Krımdakı Qaspra şəhərinin adındandır.

Qaspıralı Rus İmperiyasında türk və islam cəmiyyətlərinin təhsil, mədəniyyət islahatı və müasirləşməyə ehtiyacı olduğunun fərqinə varan ilk müsəlman ziyalılarındandır.

Əqidəli ziyalı düşüncələrini 1883-cü ildə qurduğu və 1918-ci ilə qədər nəşr olunmuş "Tərcüməçi" adlı qəzeti ilə yayıb. Qaspıralı nəşrlərində türk xalqlarını birlik və həmrəyliyə çağırıb, türk xalqları arasındakı birliyin əsas istiqamətlərini müəyyənləşdirib.

Naşir müasirləşmənin Avropalılaşma olduğunu müdafiə edirdi. Müasirləşmənin tək yolunun təhsil olduğuna inanırdı. O, İslam məktəblərində uşaqların ana dillərini daha yaxşı mənimsəmələrini təmin edəcək yeni bir təhsil sistemi təklif etdi. Buna uyğun olaraq yeni tədris planını təqdim edib. 1881-ci il tarixli bir yazısında: "Geri qalmışlığımızın tək səbəbi cəhalətimizdir. Avropada nəyin icad edildiyinə və ya nələr olduğuna dair heç bir fikrimiz yoxdur. Bu izolyasiyadan xilas olmaq üçün bunları oxuya bilməyimiz lazımdır; Avropa fikirlərini Avropa qaynaqlarından öyrənməliyik”.

Qaspıralı qadınlar üçün “Aləmi Nisvan” (Dünya Qadınları) adlı bir jurnal daçap etdirib. Bu jurnalı qızı Şəfiqə nəşrə hazırlayıb. Uşaqlar üçün isə “Aləmi Subyan” (Dünya Uşaqları) adlı bir nəşr təqdim edib. Qaspıralı İslam Birliyinin (İttifaqi Müsəlmanlar) qurucularından biridir; 1907-də qurulan birlik Rus İmperiyasındakı müsəlman türk intellektualları birləşdirib. Ayrıca, o, ilk rus-müsəlman konqresinin təşkilatçılarından biri idi və Rusiyadakı müsəlmanlar üçün ictimai və dini islahatları ön plana çıxarmağı məqsəd qoymuşdu.

İsmayıl Qaspıralı 1914-cü ildə dünyasını dəyişib.

Karabakhmedia.az

Viewing all articles
Browse latest Browse all 135

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ