Quantcast
Channel: Şəxsiyyətlər - Karabakhmedia.Az
Viewing all 135 articles
Browse latest View live

Yelmar Şərifov - 110

$
0
0
Yelmar Şərifov - 110Meşə torpaqşünaslığı sahəsi üzrə alim

Tanınmış alim, meşə torpaqşünaslığı sahəsi üzrə tədqiqatçı, kənd təsərrüfatı elmləri namizədi, dosent Yelmar Şərifov 22 dekabr 1908-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdam rayonunun Seyidli kəndi) kəndində anadan olmuşdur. Atasının adı Fərhad bəy, anasının adı Ulduz xanımdır. O, ata və ana tərəfdən Seyidlinin Şəriflilər nəslindəndir. Nəsil öz adını Şərif bəy Məşədi Hüseyn bəy oğlunun adından götürmüşdür. Bu məqalə "Qarabağın Seyidli oymağı" (I kitab, Bakı, 2017) adlı monoqrafiyam əsasında hazırlanmışdır.

Yelmar Şərifov Ağdam şəhər məktəbində təhsil almış, 1931-ci ilə kimi Ağdamda pedaqoji fəaliyyət göstərmişdir.

Yelmar Şərifov 1931-1935 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil aldıqdan sonra Elmi-Tədqiqat Kimya İnstitutunun Aqrokimya və torpaqşünaslıq şöbəsində kiçik elmi işçi işləmişdir. SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Torpaqşünaslıq bölməsində kiçik elmi işçi vəzifəsinə işə düzəlmiş, 1936-1940 illərdə həmin bölmənin torpaqşünaslıq ixtisası üzrə aspirantı olmuşdur. O, 1940-1942 illərdə Azərbaycan Xalq Torpaq Komissarlığında çalışmışdır.

Yelmar Şərifov 1942-ci ilin yanvar ayından avqust ayına kimi Bakı Piyada Hərbi Məktəbində oxumuşdur. II Dünya Müharibəsi illərində 1942-ci ilin avqust ayından 1943 ilin sonuna kimi 271 və ikinci qvardiya diviziyasının heyətində xidmət etmişdir. Yelmar Şərifov 1943 ilin sentyabr ayından 1944 ilin avqust ayına kimi Xarkov Hərbi Kimyəvi Məktəbin zabit-kursantı idi. O, 1944-1945 illərdə 33-cü atıcı diviziyasının heyətində zabit rütbəsində Almaniya və Polşa cəbhəsində vuruşmuşdur.

Müharibədən vətəninə qələbə ilə qayıdan Yelmar Şərifov Azərbaycan Elmlər Akademiyasının Aqrokimya və Torpaqşünaslıq İnstitutunda baş elmi işçi (1946-1952), Meşə Təsərrüfatı İnstitutunun Meşə torpaqşünaslıq şöbəsinin müdiri (1952-1959) vəzifələrində işləmişdir. O, 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Meşə torpaqşünaslığı laboratoriyasında baş elmi işçi olmuşdur. 1968-ci ildə Meşə torpaqşünaslığı laboratoriyası şöbə şəklində Coğrafiya İnstitutunun tərkibinə keçdikdən sonra həyatının sonuna kimi həmin şöbənin baş elmi işçisi vəzifəsində çalışmışdır.

Yelmar Şərifov II Dünya Müharibəsi illərində göstərdiyi igidliyiyə görə SSRİ hökuməti tərəfindən müxtəlif illərdə 6 medalla (Döyüş xidmətinə görə medalı, Qafqazın müdafiəsinə görə medalı, Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə medalı, SSRİ Silahlı Qüvvələrinin qələbəsinin 50 illiyinə görə medalı, Böyük Vətən Müharibəsinin qələbəsinin 30 illiyinə görə medalı, Böyük Vətən Müharibəsinin qələbəsinin 25 illiyinə görə döş nişanı) mükafatlandırılmışdır.

Yelmar Şərifov 5 monoqrafiyanın, 50-yə yaxın elmi məqalənin müəllifi idi. O, 1952-1959 illərdə Respublikanın dağ və dağətəyi meşə altı torpaqlarda tədqiqat işləri aparmış bunun nəticəsi olaraq “Azərbaycan meşə torpaqlarının bəzi genetik xüsusiyyətləri” adlı monoqrafiyasını yazmışdır. Bu əsər 1964-cü ildə Bakı¬da rus dilində nəşr edilmişdir.

Yelmar Şərifovun “Kiçik Qafqazın şimal-şərqi yamaclarında yarılmış torpağın genetik-meşəşünaslıq xüsusiyyətləri” adlı doktorluq dissertasiyası avtoreferat şəklində çap olunsa da müəyyən səbəblər üzündən müdafiə edə bilməmişdir.
Yelmar Şərifov 1986-cı ildə Bakıda vəfat etmişdir.

2018-ci ilin dekabr ayının 22-də Yelmar Şərifovun anadan olmasının 110 illik yubileyi tamam olur. Meşə torpaqşünaslığı sahəsi üzrə alimin vəfatından otuz ildən çox vaxt keçməsinə baxmayaraq onun tədqiqatları bu gün də mütəxəssislərin istinad mənbəyidir.

Orxan Zakiroğlu (Baharlı)

Azərbaycanın dövlət müstəqilliyinin kamil tərənnümçüsü - Əhməd Cavad

$
0
0
Azərbaycanın dövlət müstəqilliyinin kamil tərənnümçüsü - Əhməd Cavad

Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın (1892-1937) yaradıcılığı Azərbaycan dövlətçiliyinin, o cümlədən Xalq Cümhuriyyətinin tərənnümü baxımından çox zəngindir. Dövlət müstəqilliyinin əldə olunmasından yaranan milli qürur, sevinc və fəxarət duyğuları milli Azərbaycan poeziyasının nəhəng siması, Azərbaycan istiqlal ədəbiyyatının nəğməkarı, görkəmli şair Əhməd Cavadın yaradıcılığında əsas yeri tutmaqla ədəbiyyatımızda yeni milli poeziya məktəbi yaradır.

Dövlət müstəqilliyinin əldə olunmasından yaranan yüksək əhval-ruhiyyə, mənəvi toxtaqlıq, müstəqillik duyğuları, azadlıq sevgisi və vətən məhəbbəti bu dövrdə yaranan milli poeziya nümunələrində özünə geniş yer tapır ki, Azərbaycan poeziyasının mükəmməl ustadlarından olan Əhməd Cavad yaradıcılığı bu poeziyanın ən gözəl örnəyini təşkil edir. Bu qüdrətli və vətənpərvər şair Azərbaycanın ilk dövlət himninin sözlərini yazır, dövlət atributlarını vəsf və tərənnüm edir, dövlətçiliyə məhəbbət və vətənə bağlılıq hisslərini təbliğ edir. Prof. Yaşar Qarayev haqlı olaraq yazır ki: ""Cümhuriyyət” deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür.

...Üçrəngli poeziya bədii yaddaşa hamıdan əvvəl Əhməd Cavadın qələmi ilə həkk olunmuşdur”. Bu baxımdan görkəmli Azərbaycan şairi Əhməd Cavadın yaradıcılığı dövlətçiliyə sədaqət və tərənnüm dolu nümunələri ilə fərqlənir. Əhməd Cavad o şairdir ki:

Soranlara mən buyurdum
Anlatayım nəçiyəm:
Mən çeynənən bir ölkənin
Haqq bağıran səsiyəm –


deyə özünü mənsub olduğu xalqının və ölkəsinin "haqq səsini bağıran” ruporu hesab etmişdir. Yaradıcılığının bu xüsusiyyətlərinə görə Ə.Cavad həm də milli ədəbiyyatımızda dövlətçilik atributlarını tərənnüm edən yaradıcı sənətkarların ağsaqqalı və başçısı hesab olunur. Qəlbi vətən eşqi ilə yanan bu böyük sənətkar əsərlərində vətənə və xalqına məhəbbətini əks etdirmiş, milli duyğuları dilə gətirmiş, elm, maarif, milli oyanış və ana dili kimi məsələləri gündəmə çıxarmışdır. Bu hislərlə ədəbiyyata gələn Əhməd Cavad "haqq bağıran səsi” olduğu ölkəsinin dövlət müstəqilliyi əldə etdiyi illərdə bu müstəqilliyin tərənnümçüsünə çevrilmiş, dövlət rəmzlərinə ən çox şeir qoşan və bu müstəqilliyin verdiyi qüruru daha çox tərənnüm və təbliğ edən şair kimi özünü təsdiq etmişdir. Şairin böyük məhəbbətlə yazdığı "Nədən yarandın” şeirində:

Sən qüdrətin aşıb-coşan vaxtında,
Mələklərin gülüşündən yarandın.
...Qaranlıqda boğularkən ümidim
Dan ulduzu yürüşündən yarandın!
...Qələm əldə ilhamını dinlərkən
Sən qəlbimin vuruşundan yarandın!


- deyə bu milli fəxarət və qüruru əks etdirilir. Onun "Azərbaycan bayrağına” şeiri də bu ruhda yazılan, sənətkarın bir vətəndaş-şair olaraq dövlət müstəqilliyinə, xalqının, millətinin, vətəninin müstəqillik simvoluna bəslədiyi sonsuz məhəbbətini, qürurverici hisslərini ifadə edir. Bu əsəri Azərbaycanın müstəqillik tarixində bayrağa məhəbbət dolu şeirlər silsiləsinin mənəvi atası da adlandırmaq olar.

Türküstan elləri öpüb alnını,
Söylüyor dərdini sana, bayrağım!
Üçrəngli əksini Quzğun dənizdən,
Ərməğan yollasın yara, bayrağım!

Gedərkən Turana çıxdın qarşıma,
Kölgən dövlət quşu, qondu başıma...
İzn ver gözümdə coşan yaşıma –
Dinlətsin dərdini aha, bayrağım!

Qayi xan soyundan aldığın rəngi,
Qocalmış Elxanla müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!

Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!


Şeir özünün bədii təsir gücü, səmimiliyi və dövlətçilik dəyərlərinə vətəndaşlıq məhəbbəti ilə seçilən, bədii-estetik əhəmiyyətilə diqqəti cəlb edən əbədiyaşar bir əsərdir. Diqqət edilsə, şair təkcə tərənnüm və vəsf etmir, həm də bayraqdakı rəmzi işarələrin mənasını açır, onun müqəddəsliyi və ucalığını hiss etdirir, hətta milli dövlətçilik tarixinə nəzər salır, milli dövlətçilik ənənələrini izləyərək bu müqəddəs Oğuz-Türk yurdunda mövcud olmuş məşhur Elxanilər-Atabəylər dövlətinə işarə edir.

Ümumiyyətlə, Vətən məhəbbətinin bədii ədəbiyyatdakı bir simvolu olaraq çıxış edən bayraq mövzusu böyük Azərbaycan şairi Əhməd Cavadın yaradıcılığında əsas mövzulardan birini təşkil edir. Şairin Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi və ilk milli dövlət bayrağı qaldırıldığı 1918-ci ildə şəxsən söylədiyi "Elin bayrağı” şeiri də bayrağa və onun ifadə etdiyi müstqəillik və azadlığa dərin məhəbbət ifadə edir. Şair bayrağı kəsb etdiyi məzmun və mahiyyətə əsasən qibləgah, yol göstərən kimi təqdim edir. Əhməd Cavad Azərbaycan bayrağını kamilləşmə dövrünü keçən "Azərbaycançılıq” ideologiyasının qibləgahı və yol göstərəni kimi göstərir, bu bayrağın iman və inam yeri olduğunu bildirir. Şair:

Təmiz al alnındakı tozu, torpağı,
Haqq üçün açdığın əllərinlə sil!
Qalxıb, bir də enməz elin bayrağı,
O sənin, o mənim əlimdədir, bil! –


deyə bütün vətəndaşları bu bayraq altında Azərbaycanın və Azərbaycançılığın əsgəritək birləşməyə dəvət edir.

Şairin bu mövzuda yazdığı "Al bayrağa” şeiri də öz təsir gücü və məzmunu etibarilə fərqlilik kəsb edir. Şeirdəki ritorik suallar təsir gücünü artırdığı kimi, müəyyən mətləbləri diqqətə çatdırmağın, vurğulumağın da öhdəsindən müvəffəqiyyətlə gəlir. Şair özündən əvvəlki klassik sənətkarların ritorik sual-cavab üsulundan istifadə edərək gözəllikdə tayı-bərabəri olmayan, üzü gözəl, qəlbin aynası və tacı olan öz məşuqunun müxtəlif, amma vacib tərəflərini, xüsusiyyətlərini açır:

Gül rəngində bir yarpağın
Ortasında bir hilal!
Ey Al bayraq, sənin rəngin
Söylə, neyçün böylə al?!

...Bu bənzəyiş nədən, gözüm,
Şəhidlərin qanına?!
Uğrunda can verənlər
Neyçün qıyar canına?!

Yol üstündə dərdli nənə
Görür səni, ağlamaz?!
Sən öylə bir şeirsən ki,
Sevməyənlər anlamaz!

Ey sevgili bayrağımın
O dalğalı duruşu!
Sandım salam rəsmi sana
Buludların yürüşü!

Sən ey hilal, al qoynuna,
Aldın göydən yıldızı!
Məftun etdin sən kəndinə,
Ən sevdalı bir qızı!..

Şeirin misraları bitdikdə şairin bu gözəl məşuqunun dövlət müstəqilliyimizin ucalıq və əbədiyyət rəmzi olan bütün sevgilərin zirvəsi və qibləsi Dövlət Bayrağı olduğunu bilirsən. Şair çox məharətlə simvollaşdırmadan, rəmzi mənalandırmadan istifadə edir. Bayrağın qırmızı rəngini azadlıq və istiqlaliyyət məzmununda mənalandırmaqla şair milli istiqlaliyyət mücahidlərinin xatirəsini əbədiləşdirir, öz varlığını istiqlaliyyətə qurban verən şəhidlərə mənəvi abidə ucaltmış olur. Övlad itkisindən içi sökülən, dərdli bir ananın, nənənin al rəngli bayrağı görəndə ağlamamasını ən sadə vətəndaşın istiqlaliyyət sevgisi və milli qüruru, vətəndaşlıq vüqarı kimi dəyərləndirir. "Ellə gələn dərd toy bayram olar” müdrikliyini özündə yaşadan qarı nənə el üçün, vətən üçün canından keçmiş övladını xatırlarkən müstəqillik simvolu olan, dövlətinin güc-qüdrət rəmzi kimi dalğalanan al bayrağı görərkən sinəsi qürur və iftixarla dolur. Qoca ana al bayrağın mavi səmada aramsız dalğalanmasını müşahidə edərkən şəhid olmuş övladının ruhunun bu dalğalar üzərində azad-azad süzdüyünü sanır. Şair al bayrağın ciddiyyət və təsir gücünü metaforalarla da daha təsirli təqdim etməyə müvəffəq olur. Qürurla sinəsini qabardıb üzü göylərə doğru zirvələrlə yarışan, səadət və xoşbəxtlik rəmzi olan ay-ulduzlu, mavi göylərə baş çəkən al Azərbaycan Bayrağı dalğalanarkən vətənin istiqlaliyyəti, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid düşmüş Azərbaycan qəhrəmanlarının ruhlarından ibarət göy əsgərləri olan buludlar onun önündə salam duruşuna keçir və nizami yürüş nümayiş etdirirlər. Bayraq elə bir qürur və iftixarverici sevgiyə layiqdir ki, artıq sevdalanmış bir qız belə ona dərin məhəbbətlə bağlanmışdır. Şairin: "Sən öylə bir şeirsən ki, Sevməyənlər anlamaz!” – misrası böyük Yunusun: Bilmiyən nə bilsin bizi, Bilənlərə salam olsun – misrasını xatırladır. Bu bayrağın sonsuz bir sevgidən, minlərlə insanın mübarizəsi və mücadiləsindən yaranmış dövlət müstəqilliyinin rəmzi olduğunu, üzərində minlərlə şəhidin al qanının rənginin hopduğunu, şəhid ruhlarının əl-ələ verib göylərə qaldırdığını, dalğalandırdığını anlamayan, onu sevməyən, millətini, vətənini bilməyən bunun mahiyyətini nə bilsin?! Milli heysiyyətlə, vətən məhəbbətilə, insani hisslərlə yaşamayan azadlığın, dövlətin və müstəqilliyin qədrini haradan bilsin?!

Vətəndaş-şair məhz bu hisslərlə, sonsuz məhəbbət və dərin iftixarla bayrağa sevgi dolu şeirlər həsr edirdi. Əhməd Cavad adıgedən şeirlərilə bərabər digər mövzulu əsərlərində, habelə "Aşiqin dərdi”, "Bən bulmuşam”, məşhur "Göy göl” kimi şeirlərində də Azərbaycan bayrağına sevgisini poetik şəkildə ifadə etməyə müvəffəq ola bilmişdir. Böyük şairimiz Əhməd Cavadın yaradıcılığında tez-tez Azərbaycan bayrağına, ayrıca aya və ulduza müraciət məhz bir vətəndaş olaraq şairin qəlbindəki xalqa, vətənə və onun dövlət müstəqilliyinə məhəbbətinin nişanəsi, milli qürur, heysiyyət və istiqlal düşüncəsinin təcəssümüdür. O, bütün yaradıcılığı ilə Azərbaycan dövlətçilik təfəkkürünün poetik ifadəsi, dövlətçilik dəyərlərimizin tərənnümçüsüdür. Bu baxımdan, bayraq və gerb sənətini öyrənən heraldika elmi ilə müqayisədə ədəbi yaradıcılığı dövlətçilik atributlarına, xüsusilə bayrağa və onun rəmzlərinə vəsflə yazılmış Əhməd Cavad poeziyasını "Heraldik poeziya” adlandırmaq olar. Bu sonsuz məhəbbətdən idi ki, Azərbaycanın dövlət müstəqilliyini itirməsi, işğalı dərdi şairi rahat buraxmamış, onun sonrakı yaradıcılıq nümunələrində bu məsələ yanıqlı şəkildə həsrətli ifadələrlə xatırlanmışdır. Sovet dövründə yazılan "Göy göl” şeirindəki bu notlar da onun vaxtilə sərt tənqid olunmasına bəhanə olmuşdur:

Sənin gözəlliyin gəlməz ki saya?!
Qoynunda yer vardır Ulduza, Aya.
Oldun sən onlara mehriban daya,
Fələk busatını quralı, Göy göl!


Əlbəttə, misralarda Azərbaycan xalqının bu şanlı illərinin – 1918-1920-ci illərin tarixini bilənlər yaxşı başa düşür ki, Əhməd Cavad Göy gölə müraciət etməklə həm vətəni, həm də Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olmuş Gəncəni, bu şəhərin AXC dövründəki şanlı paytaxtlığını dilə gətirmək istəyir. Çünki AXC elan edildikdən sonra Bakı şəhəri düşmən əhatəsində olduğu üçün müstəqil dövlətin paytaxtı Tiflisdən Gəncə şəhərinə köçməli olmuşdur. Şair də: "Qoynunda yer vardır Ulduza, Aya. Oldun sən onlara mehriban daya, Fələk busatını quralı, Göy göl!” - deyə bu dönəmləri xatırlatmış, müstəqil Azərbaycanın bu illərinin həsrət duyğularını ifadə etmişdir. Bu baxımdan Akademik Kamal Abdullanın böyük şair H.Cavid haqqında dediyi bu sözləri Əhməd Cavada da şamil etmək olar ki: "Azərbaycan yaradıcı fikri süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına olsa da, ...öz sənət idealına xain çıxmamış, onu satmamışdır”. "Çekist ruhlu” (M.Rəsulzadə) sağlıq deyənlərdən ibarət bolşevik gənclər Göy gölün başının üstünü duman olaraq elə almışlar ki, bu "yorğun pəri” yorgun düşüb onu yaradan və yaşadan sədaqətli, ona bağlı vətəndaşların - yosunların çiynində səssiz-səmirsiz yorğun-yorğun uyumaqdadır. Şairin: "Kəsin eyşü-nuşi, gələnlər susun” fikri də məhz dərdi ilə yorğun düşmüş bir gözəlin gələnlərin eyş-işrət içində dedikləri gurultulu sağlıqlarından acıq duymasından doğan narahatlıq kimi başa düşmək olar. "Keçmişdir onlara qəzəbin niyə, Düşmüşlərdir səndən aralı, Göy göl?!” misrasında şairin vətənindən didərgin düşmüş mühacir Cümhuriyyət, müstəqillik mücahidlərinə işarə etdiyini açıq-aydın başa düşmək mümkündür. Şeirin:

Bir sözün varmıdır əsən yellərə,
Sifariş etməyə uzaq ellərə?
Yayılmış şöhrətin bütün dillərə,
Olursa, qoy olsun haralı, Göy göl! –


bəndində dünyanın müxtəlif ölkələrinə səpələnərək mühacirət yaşayan Azərbaycanın müstəqillik mücahidlərinə salam, mesaj göndərmək fikri hakimdir. Azərbaycan müstəqilliyini özündə simvolizə edən Göy gölə sədaqət və məhəbbət şairin Göy gölə həsr olunmuş digər şeirində də var. "Assınlar məni! Kəssinlər məni! Qoy türmələrə Bassınlar məni!” təhdidi, təqibi, təhlükəsi altında amalına, vətəninə sədaqətli vətəndaş-şairin "Neynirəm könlü? Neynirəm dili? Səndən yazmasam Neynirəm əli?” niyyəti, məqsədi dimdik dayanır. Bir əl ki vətəndən yazmayacaq, bir dil ki vətənə nəğmə demiyəcək, söz qoşmayacaq, bir könül ki vətəninə aşiq olub onu məcnunlar kimi sevməyəcək, şairin təbirincə, o əl, o dil, o könül nəyə lazım?!

Zəmanənin çətinliyini şeirdəki misraların fikir təzadları da aydın təzahür etdirir. Şair açıq və cəsarətlə vətənini, bayrağını, müstəqilliyini sevdiyi, dilə gətirdiyi üçün zindanlara düşdüyünü yazdığı kimi, "Nəsən, kimsən sən? Nisgilimsən sən! Qoy açıq deyim Sevgilimsən sən!” kimi misralarındakı "sevgilimsən, nisgilimsən” təzadı da aydın nümayiş etdirir. Yəni "vətənini əsl mənada seməyin nisgil olduğu bir zaman” bundan artıq öz ifadəsini tapa bilməz. Zəmanənin mürəkkəbliyi, çətinliyi "Kür” əsərində də özünü hiss etdirir. "Əyil, Kürüm, əyil, keç, Meydan sənin deyil, keç!” misraları da zəmanənin milli iradəni qıran və əyən bir zəmanə olduğunu çox aydın əks etdirir. "Kür” əsərinin son misraları ilə "Pambıq dastanı” şeirinin son: "İndi dövran mənimdir, Bəxtim ötgün, kefim çağ” misraları arasındakı konkret bir-birini təkzib, inkar edən təzad, milli iradəni qırmağa yönəlik zəmanənin sərt tədbirlərinin nəticəsini, onun "qələbəsini” uğurla əks etdirir. Hər iki əsər arasındakı bu təzad dolaşıq və qarışıq zəmanənin inkişaf meylini bütün mənası ilə təcəssüm etdirir.

Ümumiyyətlə, dövlətçilikyönlü Azərbaycançılıq məfkurəsi Əhməd Cavad yaradıcılığı üçün səciyyəvidir. Əhməd Cavadın "Nədən yarandın”, "Azərbaycan bayrağına”, "Elin bayrağı”, "Al bayrağa” kimi şeirləri sırf dövlət müstəqilliyini simvolizə edən bayrağa məhəbbət ruhunda yazılan və Azərbaycançılığı tərənnüm və təbliğ edən əsərlərdirlər. Əhməd Cavad poeziyasında milli düşüncə təkcə Azərbaycan və Azərbaycançılıqla məhdudlaşmamış, ümumən türk və türkçülük ideyası ilə çuğlaşaraq Turançılığı da əhatə etmişdir. Bu mənada Əhməd Cavadın milli məfkurəsi ümumtürk nüvəli Azərbaycançılıq ideologiyasıdır. Bu məhəbbətdən və bağlılıqdan irəli gəlirdi ki, onun şeirlərində türk düşüncəli poetik nümunələr də özünə xeyli sayda yer tutmuş, xüsusilə "Çırpınırdı Qara dəniz”, "İstanbul”, "Şəhidlərə”, "Türk ordusuna”, "Ey əsgər” kimi şeirlərində türk sevgisi və Turançılıq ehtirası ifadə olunmuşdur.

Beləliklə, Azərbaycançılıq məfkurəsi ilə zəngin ədəbi-bədii yaradıcılığa malik Əhməd Cavad Azərbaycan istiqlal düşüncəsi, milli mistəqillik mücadiləsi və milli ideologiyasının ən görkəmli nümayəndələrindən biridir. Milli marş, dövlət himni və bayraq şeirlərilə məşhurlaşmış Əhməd Cavad yaradıcılığı hər gələn yeni nəsillər üçün milli istiqlal kitabı və vətəndaşlıq nümunəsidir. Onun yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixində "Heraldik poeziya məktəbi”nin əsası qoyulmuşdur.

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

Türk insanının gözündə Elçibəy

$
0
0
Türk insanının gözündə Elçibəy

Əminəm ki, Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı müsabiqəyə çoxları qoşulacaq, onun haqqında müsbət fikir yazanlar çox olacaq. Hətta bir zamanlar Bəyə daş atanlar, barəsində hədyan yağdıranlar belə, olacaq onların arasında.

Çünki o zaman haqqa atdıqları daş öz başlarını yarıb deyə indi Elçibəyin yolunun haqq yolu olduğunu dərk ediblər. Və ya bir zamanlar əyri yolla çapdıqları “at”larından yıxılaraq, düzdə qalıblar deyə Elçibəyin yolunun düz olduğunu anlayıblar. Olsun, buna bir sözüm yox, əksinə Elçibəy yolunu anladıqları, haqqa gəldikləri üçün şadam.

Ancaq bu gün daha çox şadam ki, mən Elçibəyin qədrini sonradan bilənlərdən, onun müqəddəs haqq yolunda olduğunu düzdə qalandan sonra dərk edənlərdən, haqqa daş atdığını başı daşa dəyəndən sonra anlayanlardan deyiləm. Çox xoşbəxtəm ki, Elçibəylə eyni davanın, eyni yolun yolçusu olan, eyni dəyər uğrunda mücadilə aparan, onunla əqidədaş, könüldaş, yoldaş olan bir kişinin qızı olmuşam. Mutluyam ki, o kişinin sayəsində Elçibəy davasının müqəddəs yol olduğunu dərk edərək böyümüşəm. Lazım gəldiyində o yola baş qoymağın vacib olduğunu anlamışam. Xəmirim Elçibəy sevgisi ilə yoğrulub, damarımda axan qan Əbülfəz Elçibəy sevgisi ilə vəcdə gəlib. Necə ki, Elçibəy Atatürk əsgəriydi, eləcə də mən Elçibəy əsgəri kimi yetişdirilmişəm.

Amma bu gün çox təəssüf içindəyəm. Elçibəy sağ ikən onun varlığının bu xalq üçün necə böyük xoşbəxtlik olduğunun fərqindəydim. Ancaq bu gün Bəyin yoxluğunun bu xalq üçün necə böyük itki olduğunun təəssüfünü yaşayıram. Çünki hələ uşaq ikən Elçibəylə bağlı formalaşmış arzularım ancaq xəyallarımda ilişib qaldı, heç biri gerçək olmadı. Bütöv Azərbaycanı, Böyük Turanı qurmağa müvəffəq olmuş Əbülfəz Elçibəylə həmsöhbət olmaq, onunla üz-üzə oturub Turan mücadiləsində yaşadıqlarını dinləməyə müvəffəq ola bilmədim. Qərara gəldim ki, müsabiqə bəhanəsi ilə həmin arzularımın təsəllisi olaraq Əbülfəz Elçibəyi Türk coğrafiyası insanlarının gözü ilə təqdim edim. “Türkün tarixini qəlbində Türklük ruhu daşıyan Türk yazmalıdır” deyən Elçibəyi. Turan coğrafiyasının fəxarət ünvanını.

62 illik həyatı ilə Türkün tarixini həm bir siyasi-ideoloji lider, dövlət başçısı kimi yaradan, həm də tarixçi, elm adamı kimi yazan Elçibəy Türklüyün gələcəyinin parlaq olacağını söyləyir və tarixin inkişaf qanununa əsaslanaraq göstərirdi ki: “Türk yenidən gücünü toplamaqdadır. O, yeni bir kimliklə yenidən doğulacaqdır. Yeni Türk kimliyinin 500 il öncəki Türk kimliyindən fərqi çox böyük olacaqdır. Türkün sözü olmadan dünya öz başına yaşayıb durmayacaq, dünya Türksüz davrana bilməyəcək, Türkün sözü ilə hesablaşacaqdır. Bax, onda yeni Turan məfkurəsi meydana çıxacaq”.

Türkmən Elindən: “Elçibəy Atatürkün cümhuriyyət ülküsündən yola çıxmışdı”

Bu gün Türk aydınları isə Elçibəyi belə təqdim edir:

İraq – Türkmən Eli, Kərkük Mədəniyyət Dərnəyinin sədri Dr. Şəmsəddin Küzeci Əbülfəz Elçibəyi həyatını millətinin aydın sabahına həsr etmiş Atatürkün davamçısı kimi qiymətləndirir:

“Elçibəy Türk dünyası liderləri arasında Türklük davasına könül vermiş, Azərbaycanın inkişafı üçün mübarizə aparan bir lider idi. Quzey Kıbrısda Rauf Denktaş, Krımda Mustafa Cemil Kırımoğlu, Türkiyədə Alparslan Türkeş, Qərbi Frakiyada Sadiq Əhməd, Şərqi Türküstanda İsa Yusuf Alptekin, Kərkükdə Necet Koçaq kimi milli şüuru prinsip hesab edən Elçibəy həyatını millətinin bakasına həsr etmiş və bu mübarizə yolundan heç vaxt geri dönməmişdir. Milli Qurtuluş Mübarizəsi və Türkiyə Cümhuriyyətinin quruluş prosesini ətraflı şəkildə araşdırmış və bu, onun Atatürkə duyduğu heyranlığı daha da artırmışdır”.

Şəmsəddin Küzeci Əbülfəz Elçibəyin Azərbaycan-Türkiyə münasibətlərindəki müstəsna xidmətlərini də yada salır: “Bu gün Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin əsasını Elçibəy atmışdır. Atatürk Türkiyə Cümhuriyyətini qurduğu zaman bəziləri onun bu Cümhuriyyəti ayaqda tuta bilməyəcəyini düşündü. Amma Atatürk bütün dünyaya göstərdi ki, Türk Milləti cümhuriyyət rejimi də qura və bu rejimdə yaşaya bilər. Məhz Elçibəy bu fikirlərlə yola çıxaraq Azərbaycanın Türkiyə kimi böyük bir dövlət olmasına səy göstərmişdir. Bu gün “Bir Millət İki Dövlət” şüarı Türkiyə ilə Azərbaycan arasında Turanın gələcəyinin ilk addımlarının siqnalını verir. Bu gün iki dövlət, yeddi dövlət sabah, o biri gün 27 dövlət, əlbəttə ki, olacaqdır”.

O, Elçibəyin xatirəsinə bütün Azərbaycan xalqını, Türk dünyasını, Turan ellərini Kərkük-Türkməneli Türkləri adından salamlayır və fikrini belə bitirir: “Turana doğru yolumuz açıq olsun. Bir olaq, İri olaq, diri olaq”.

Quzey Kıbrısdan: “Elçibəy üfüqlərin ötəsində bir lider olaraq qəlbimizdə daim yaşayacaq”

Quzey Kıbrıs Türk Cümhuriyyəti, Türk Birliyi Dayanışma Dərnəyinin rəhbəri Güvən Arıklı isə Elçibəyi üfüqlərin ötəsində bir Türklük simvolu kimi dəyərləndirir: “Əbülfəz Elçibəy elə bir şəxsiyyət idi ki, həyatımızın hər anında onu xatırlayırıq. Türk Dünyasında bu günə qədər olan liderlərimiz haqqında hər zaman müxtəlif fikirlər olub. Demək olar ki, xarici imperialist dövlətlərin də təsiri ilə biz türk insanı yaşadığımız coğrafi məkan və zamandan asılı olaraq o liderlərimizi müxtəlif formada analiz etmiş, müxtəlif obyektiv və subyektiv fikirlər səsləndirmişik. Ancaq sevindirici və qürur verici bir hadisədir ki, böyük Türk coğrafiyasının hər yerində daim Əbülfəz Elçibəyə qarşı qanında Türklük qanı axan hər kəsin qəlbində böyük bir sevgisi olub. Bu, əvəzolunmaz bir sevgi idi. Keçmişdə də yaşayırdıq, bu gün də yaşayırıq və gələcəkdə də əminəm ki, bizim övladlarımız da yaşayacaqdır…”

Güvən Arıklı daha sonra deyir: “Elçibəy elə bir şəxsiyyət idi ki, həyatı boyunca heç kəsi incitmədi, heç kəsi üzmədi, heç kəsi qınamadı. Öz inandığı yoldan dönmədi… Bu gün yaşadığımız dünyada bəlkə də lider olmaq, önə çıxmaq o günün şərtləri ilə daha asandır. Ancaq bir anlığa onun yaşadı tarixə dönərsək, nə qədər böyük bir şəxsiyyət olduğunu daha çox dərk edərik.

Elçibəy Türk Dünyasına yenidən milliyyətçilik ruhu gətirdi. O, qısa, amma çətin yaşayışı ilə tariximizə öz adını qızıl hərflərlə yazan liderlərdən olmadı. Bu missiyanı mənimsəmədi. O, tarix yazdı. Həm də hərflərlə yox, bir insanın necə yaşaması ilə, davranışları və məfkurəsi ilə bizlərə yaşatdı…”

O, Əbülfəz Elçibəyi Böyük Türk Alparslan Türkeşlə eyniləşdirir: “Bizim gəncliyimizə rast gəldi tarix. Alparslan Türkeşə bir qardaş doğuldu sanki, onun yanında yolbəyi oldu, çıraq oldu. Adı kimi yaşadı, bəy kimi gəldi, qısa ömrü ilə həyatımıza və bəy kimi də ayrıldı aramızdan. Bizim yaşadığımız gəncliyin qəhrəmanı oldu Elçibəy. Bizim deyə bilmədiyimizi o dedi. Qəlbinə sığdırdı türk dünyası sevdasını, qısa ömrünə böyük sevdanı sığışdırdı. Amma Elçibəy sevdası böyük Türk Dünyası coğrafiyasına sığmadı…

Dünyaya göz açmasının 80-ci ilini yaşarkən onun haqqında bu fikirləri bildirəcəyimi xəyal etməzdim. Amma Elçibəy bu gün bizim qardaş-qardaşa duyğularımızı bölüşək deyə boşuna mücadilə etməyib demək. Şərqi qərbə, şimalı cənuba bağlayan bir məhəbbət simvolu olacaqmış aramızda. Bu məhəbbətin adı Elçibəy olacaqmış.

Təəssüf edirik ki, bu gün Elçibəy cismən aramızda yoxdur. Çox sevdiyi ölkəsinin nə qədər inkişaf etdiyini və bir dünyəvi dövlətə çevrildiyini görə bilmir. Amma o, bütün bunları hiss edir, bizimlə, sizinlə birlikdə yaşayır. Ruhu hər atdığımız xeyirli addımlarda şad olur. Xalqımıza, dövlətimizə xələl gətirəcək davranışlarımıza ruhən üzülür…”

“Türk dünyasının istənilən yerində bu gün onun adı yaşayır. Qəlbimizdə taxt quran liderimizi sevgi ilə yad edirik. Onun yaşadığı əsrdə yaşamaq böyük bir şərəfdir. Onun sevgisini qəlbində yaşayan hər Türk bir dəyərdir. Onu anlamaq onu oxumaq onu yenidən kəşf etmək böyük bir dəyərdir”, – deyən Güvən Arıklı fikrini belə tamamlayır:

“Son illərdə bir neçə dəfə Azərbaycanda oldum. Elçibəyin adı çəkiləndə gözlərdə sevincin yaranmasının şahidi oldum. Könüldə taxt qurmaq budur… Elçibəy üfüqlərin ötəsində bir həyat yaşadı. Elçibəy üfüqlərin ötəsində bir lider olaraq qəlbimizdə daim yaşayacaq. Daim onun davranışları və Türklük ideyaları bizim gələcəyimizə işıq tutacaq… Ruhun daim bizimlə olsun, Bəy! Ruhun şad olsun Elçibəy!”

Türkiyədən: O, Bütöv Azərbaycandan bəhs edən ilk liderdir

Türkiyədən söz adamı, şair, ömrünü müəllimliyə həsr etmiş Dursun Elmas isə Elçibəyi “Türkçülüyü şaha qaldıran lider” kimi xarakterizə edir: “Qafqazlarda “Türklüyü” “Türkçülüyü” şaha qaldıran, alim, uzaqgörən, müdrik lider Əbülfəz Elçibəy haqqın rəhmətinə qovuşmayıb, hələ də yaşamış olsaydı, 80-ci doğum gününü təbrik etmiş olacaqdıq. Onu bir dəfə daha rəhmət və minnətdarlıqla yad edirik. Ulu Tanrı cənnətində saxlasın”.

D.Elmas vurğulayır ki, Türkiyə Türkləri Elçibəyi hələ Sovet İttifaqı dağılmamışdan əvvəl tanıyıb: “Biz Azərbaycan Xalq Cəbhəsinin “istiqlal” yolunda mübarizəsini təqib edir, Azərbaycanının müzəffər olması üçün Ulu Tanrıya dua edərdik. Və nəhayət, xəyallarımız gerçək oldu, SSRİ dağıldı. Türk yurdları bir-bir azad oldular. Yetmiş illik əsarət başa çatdı. Elçibəy seçkilərdə Azərbaycan xalqının böyük əksəriyyətinin səsi ilə prezident seçildi. Amma mərhum Elçibəyimiz üçün əsas ağır günlər bundan sonra başladı.

Bir tərəfdən ermənilərlə mübarizə apararkən, digər tərəfdən yeni dövlətin əsasları atılacaqdı. Xalqın qalaqlanmış ehtiyacları vardı. Çünki istehsala yönəlmiş heç bir sənaye müəssisəsi, zavodu, müdafiə sənayesi, silahı olmayan bir ölkə vəziyyətində idi, artıq Azərbaycan. Elçibəy üçün ən çətin dövr idi deməyim də buna görədir.

Bütün çətinliklərə və tək olmasına baxmayaraq, Elçibəy çox qısa müddətli hakimiyyətində təhsildə, dildə, tarixi şüurda, ən əhəmiyyətlisi isə Azərbaycan xalqına demokratiyanın ləzzətini təqdim etməkdə çox üstün xidmətlər göstərdi.

Biz Türkiyə Türklərinin hələ də könüllərinin baş tacında yaşayan milli lider Əbülfəz Elçibəydir”.

O, vurğulayır ki, Bakıya yolu düşən hər bir türkiyəli mütləq Fəxri Xiyabana gedər, Bəyin məzarını ziyarət edər, ruhuna “Fatihə” oxuyar: “Çünki,

O, başına nə bəlalar açacağını bilə-bilə, 70 il sonra “Güney Azərbaycan” deyən bir dava adamı idi.

O, Bütov Azərbaycandan bəhs edən ilk liderdir.

O, Ankarada Anıtqəbirdə böyük Atatürkü ziyarət edən zaman xatirə dəftərinə “MƏN ATATÜRKÜN ƏSGƏRİYƏM” deyə yazan böyük ruhlu insan idi.

O, ulu Tanrının müstəsna yaratdığı üstün insanlardan biri idi”.

Dursun bəy deyir ki, “Böyük ruhlu insanda böyük-böyük dərd olar, Mərd olan insanların taleyi namərd olar” – Taleyi namərd çıxdı Bəyin”:

“Sovetlərin dağılması ilə birlikdə bütün müstəmləkəçi qüvvələr “neft” ölkəsi olan Azərbaycanı sömürməyin yolunu axtarmağa başladılar. “BP” kimi nəhəng neft şirkətləri Azərbaycana axın etməyə başladı. Mərhum Elçibəyin milli düşüncə ilə həyata keçirmək istədiyi neft siyasətini əyə bilməyənlər hiyləgər planlarını ortaya qoyub onu hakimiyyətdən devirməyə nail oldular”.

Dursun Elmas o fikirdədir ki, hər bir Azərbaycan Türkünün deyil, sadəcə, xüsusən də Türkiyə Türkləri başda olmaqla bütün Türk dünyasında “ELÇİBƏY İNSTİTUTLARI” açılmalıdır: “Bəyin geniş düşüncə sistemindən ruhlanaraq “TÜRK BİRLİYİ” ideyasının reallaşmasına inanan gənclər, alimlər yetişdirilməlidir. Ömürlərini “TURAN! TURAN!” deyə şam kimi əritmiş şəxsiyyətlər məzarlarında rahat yatsınlar deyə. Türk Birliyinə inamımız sonsuzdur”.

Dəyərli türkiyəli aydın da sonra Bəyimizin əziz ruhuna salam və “Fatihə” göndərir. Vurğulayır ki, “Elçibəy daim Atilla kimi, Bilgə Xaqan kimi, Atatürk kimi qəlbimizdə yaşayacaqdır”.

Və sonda, Elçibəy davamçıları əmindir ki, yenidən Türk kimi yaşamaq, Türk olmaqla qürur duymaq, Elçibəy yolunu ləyaqətlə davam etdirmək böyük ideyanın – Bütöv Azərbaycanın və Ümumtürk Birliyinin gerçəkləşməsinə gətirib çıxaracaq. Ruhun bizimlədir, Bəy!

Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir

Rumiyyə MİRASLAN

Mənbə: Turkustan.info

Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür

$
0
0
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür

Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günündür.

Karabakhmedia.az xəbər verir ki,Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) Şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. 1975-1976-cı illərdə antisovet fəaliyyətinə görə həbsdə olub. İlyarımlıq həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb. O, 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və 1993-cü il iyunun 17-də Ordubad rayonunun Kələki kəndinə gedib.

İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.

Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

Karabakhmedia.az

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH — II YAZI

$
0
0
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH — II YAZI Əvvəli burada

M.Ş.Vazeh haqlı olaraq yazırdı ki, nə din alimi, nə də şair ömür-gününü cəhənnəm-cənnət, gül-bülbül, hicran-vüsal və bunu kimi digər məsələlər üzərində düşünərək keçirməməli, gerçək həyatı görməyi bacarmalı, yaxşılıqları o dünyanı qazanmaq üçün deyil insanlıq naminə etməlidir. Bu anlamda insan həyat yaşamında daxili inam, etiqad prinsiplərinə əməl etməklə yanaşı, real dünyanın şərtlərinə də uyğun olaraq ağıllı hərəkətlər etməlidir. Çünki insanın taleyində yalnız şərmi ya da xeyirmi baş verəcəyini gözləyərək yaşaması qədərçilikdir ki, bu da onu gerçək dünyanın şərtləri ilə ayaqlaşmasına əngəl olur.

Vazeh yazır:

Xeyirmi, yaxud da şərmi gözləyir bizi
Sonra taleyimizdə?
Məni qorxu götürmür,
Kim ağılla yaşayır, xoşbəxt insandır
Və gələcəkdə də olacaq,
Həmişə əsrdən-əsrə!

Vazehin başqa bir şeirindən də görürük ki, onun dünyagörüşündə islamlıqla bağlı əsas problem haqq-ədalətin, əxlaqi dəyərlərin tərəfdarı kimi çıxış edən İslam dini ilə bağlı deyil, həmin dinin çətiri altında min bir hoqqalardan, kələklərdən istifadə edən riyakar ruhanilərin, məddah və boşboğaz şairlərin əməlləridir. O, hesab edirdi ki, göylərə ucalıb budağı yerə dəyməyən sərv ağacı azadlığın rəmzi olub heç bir fırtınaya baş əyməsə də, ancaq onun kölgəsinə sığınıb üstəlik onu gəmirən qurdların olması da qaçılmazdır. Deməli, ümid qülləsi olan İslam dini sərv ağacı kimi nə qədər müqəddəs olsa da, onun da kölgəsində özünə yer tapmış saysız-hesabsız ikiüzlü ruhanilər, məddah şairlər vardır.

O, yazır:

Bir yaşıl qüllədir – ümid qülləsi,
Ucalıb təpəsi ərşə dayanar.
Altında gəmirər qurdlar məzarı,
Üstündə ulduzlar səyrşib yanar.

Bütün bunlardan çıxış edərək deyə bilərik ki, Vazehin müsəmanların ümid qülləsi olan məscidlərdən yan qaçmasına səbəb İslam dini deyil, İslam dininin kölgəsinə sığınıb daha sonra da onu içdən gəmirən “qurdlar”, yəni ikiüzlü ruhanilər, müctəhidlərdir. Bu anlamda o, İslam dininin saf mahiyyətini xalqa çatdırmayan yalançı ruhanilərə, ikiüzlü mollalara nifrət etdiyi üçün ümid qülləsi olan məscidə getmədiyini yazırdı:

Bir gün gedirdim mən bir dalda yolla,
Nəqafil qarşıma çıxdı bir molla.
- Ay mirzə, xeyr ola nə olmuş yəni,
Heç görmək olmayır məsciddə səni?
- Çünki əziz dostum, qaralır qanım,
Səni görən kimi azır imanım.

Buradan açıq şəkildə görünür ki, Vazehin etirazı İslam dininə, onun ibadət yeri olan məscidə deyildir. O, Allahın və onun dininin adından sui-istifadə edən ruhanilərə, mollalara etiraz olaraq məscidə getmir, çünki Allahın adıyla şər iş görənlər həm də məscidi ayaqlayır və İslam dininə zərər verirlər.

O yazır:

Mən belə dedim gələn riyakarlara:
Kim özünə hörmət edir, Allaha pərəstiş edir.
Amma kim Alahın adıyla şər iş görür,
Qabacasına müqəddəs bir şeyi – məbədi ayaqlayır.

Eyni zamanda Vazehə görə, İslam dininin qayda-qanunlarında müsəlmanların hər hansı bir işi məcburiyyətlə, zorla həyata keçirilməsi doğru sayılmadığı halda, ancaq zaman-zaman vəziyyət dəyişilmiş, könüllülük məcburiyyətə çevrilmişdir. Ancaq Mirzə Şəfi dinin vicdani və əxlaqi məsələ olduğunu başa düşdüyü üçün müsəlmanların, o cümlədən də müsəlman qadınların zorla nəyə isə məcbur edilməsini qəbul etməmişdir. Məsələn, o, qadınların zorla çadraya bürünməsini doğru görməmiş, bunun könüllülük əsasında həyata keçirilməsini çox vacib hesab etmişdir.

O, yazır:

Tulla gəl çadranı.... görünsün üzün
Gül də gizlədərmi de bağda özün?!
Səni qadir Allah, ey incə çiçək,
Yaratmış dünyaya verməkçün bəzək.
De, bunca lətafət, bunca məlahət,
Solsun dar qəfəsdə neyçün, nəhayət!
Tulla gəl çadranı... bilsin ki dünya
Yoxdur yer üzündə sənin tək afət.
Qoy sənin nəzərin hər yana baxsın,
Baxışın qəlbləri yandırıb yaxsın.

Bu cür görüşləri ilə Vazeh öz dövrü üçün həm milli, həm də yaradıcı, islahatçı bir şəxsiyyət idi. Vazeh bir müəllim kimi xalqına ikiüzlü mollaların, müftilərin deyil, yenilikçi-dünyəvi və milli ruhlu mütəfəkkirlərin yoluyla getməyi məsləhət görürdü. Bu anlamda Vazeh gələcək həyatı ya da axirəti, cəhənnəmi düşünüb yaşamağı deyil, gerçək aləmin problemlərinə qarşı mücadilə etməyi daha məqbul hesab edirdi.

O, yazır:

Axmaqlar gələcək həyat üçün hüzn edirlər,
Burada yaşamırlar, amma yaşadırlar, bilməlisən!
Müfti cəhənnəm və cinlərlə qorxudur,
Amma ağıllı ol və məyus olmamalısan!
Müfti inanır: o hər şeyi yaxşı bilir.
Amma Mirzə Şəfini inandırmamalıdır!

Əxlaqi-estetik görüşləri. Onun dünyagörüşündə əxlaq-estetik problemə də aid olan həqiqət, xeyirxahlıq, düzlük, təvazökarlıq mühüm məsələlərdən biri olmuşdur. Vazeh hesab edirdi ki, ədalətin, haqqın, xeyirxahlığın olmadığı bir dünyada zor, güc hesabına nəyə isə nail olmaq nisbidir.

O yazır:

İti qılınc sürüşərək düşsə yatağa,
Üzü yumşaq ipək üstən sıçrar qırağa.
Bu dünyada kəskinlikdən, zor, gücdən artıq
Səmərə verər xeyirxahlıq və mehribanlıq.

Bu anlamda Vazeh tutduğu yenilikçi mahiyyətli mövqeyindən heç bir zaman geri çəkilməmiş, öz təbrincə desək həqiqəti söyləyib min təhlükə, min tufan qopmasına hazır olmuşdur:

Qoy sən həqiqəti söyləyən zaman,
Qopsun min təhlükə, qopsun min tufan.
Gəl baxma bunlara, ey Mirzə Şəfi!
Uca tut daima arı, şərəfi,
Həqiqət bir şeydir gözəllik ilə,
Olarmı gözəllik gəlməsin dilə?
Cəzadan, təqibdən olmaqçün uzaq,
Bəzən sözlərni söyləmə çılpaq.
Asta ol, özünü daim gözlə sən,
Acı sözünü də, de xoş sözlə sən.

Yaxud da:

Düzlüklə alçaqlıq çarpışan zaman
Alçaqlıq nədənsə qazanır hər an.
Çünki alçaqlarçün ən alçaq işlər,
Alçaqlıq deyildir, hünərdir, hünər.

Mütəfəkkirə görə, insan əxlaqında dargörüşlülük doğru deyildir. Çünki dargörüşlülük ya da eqoizm onun düzgünlüyünə, xeyirxahlığına əngəl olacaqdır.

O yazır:

Sən öz mənliyinin dar sarayından
Kənara çıxmasan, ey dostum, inan,
Anla ki, ömründə ola bilməzsən
Düzlük evində də, bir dəfə mehman.

Vazeh hesab edirdi ki, heç bir insan həqiqətdən, düzlükdən qaça bilməz. Yəni hər bir insan gec-tez bir gün həqiqətlə, düzlüklə üzləşib əsil gerçəkliyi biləcəkdir. O, buna misal kimi, qoca mollanın arvadını göstərir. Belə ki, qoca molla hər zaman coşub daşan arvadına bir gün güzgünü divardan götürüb qorxunc sifətini özünə göstərir. Öz qorxunc sifətini gördükdən sonra həmin arvad qoca mollanın evini tərk edib görünməz olur.

Vazeh, yazır:

Sənin də, ey Şəfi, bu nəğmələrin,
Əks edir hüsnünü axmaq kəslərin.
Dünyada eybinə kor olmayanlar,
Görüb bu güzgüdə özünü anlar.

Vazehin dünyagörüşündə əxlaq məsələsi ilə bağlı bir-birinə daban dabana zidd olan müdriklik və cahillik, ağıllıq və axmaqlıq məsələsi də öz əksini tapmışdır. O, müdrikliyinmi yoxsa cahilliyinmi xoşbəxtlik olmasını belə şərh etmişdir:

Müdriklik adamı çox xoşbəxt edər,
Lakin elm artdıqca, çoxalar kədər.
Bu dünya üzündə xoşbəxtdir axmaq,
Aqil həsəd etməz ona da ancaq.
Yaxud da:
Şikayətmi edim, gülümü, bilməm
Dünyanın yarısı dərakədən kəm.
Edir utanmadan, eyləmədən ar,
Mini bir axmağın sözünü təkrar.

Yox! Səni mədh edim, qoy ey Yaradan,
Ki, tutmuş dünyanı bu qədər nadan.
Etməsəydin bizə bu mərhəməti,
Olmazdı ağlın da qədri, qiyməti.

Şair-mütəfəkkirə görə, məhz Yaradan bilir ki, niyə bu dünyada bu qədər nadanla yanaşı müdrik də var. Çünki bu dünyada nadan, axmaq olmasa idi, o zamanı müdrikin, aqilin qədr-qiyməti də bilinməzdi. Hər halda dünyada yaxşılığın, xeyirxahlığın, əməksevərliyin əsil mahiyyətini nadan deyil, müdrik insan dərk edir. Yalnız müdrik insan daim çətinliyə sinə gərdiyi halda, nadan isə asana qaçmışdır.

O, yazır:

Ey bəşərin xilasına edilən kömək, -
Ey göylərin ilk töhfəsi, sevimli əmək!
Sənə xidmət edənlərə təsəlissən sən.
Müdriklərin ilk arzusu, ilk istəyisən.

Ancaq nadan çətin işdən qaçar asana,
Məhv olardım dirənmdən min yol asana!
Ey göylərin ilk vergisi!.. İnan ki, sənə
Daim sadiq qalasıyam gedincə sinə.

Vazehin dünyagörüşündə milli adət-ənənələrə böyük hörmət və sədaqət vardır. Bizcə, şair-mütəfəkkir təhrifə uğradılmış adət-ənənələrimizə sahib çıxmağın tərəfdarı olmuşdur.

O, yazır:

Kişisən, var isə səndə cəsarət,
Olsun xislətində belə bir adət:
Yaxşlıq edənə yaxşlıq eylə
Cavab ver yamana yamanlıq ilə.
Yaxud da:
Namusa, qeyrətə sataşanları
Əfv edən, əslində zəif adamdır.
Yumşaqlıq yaraşır qadın qəlbinə
Kişininki isə bil, intiqamdır!

Milli-dini adət-ənənələrimizlə bağlı məsələlərdən biri də, başqaları barəsində eşitdikləri pis sözləri yaymamaq, yəni yıxılana balta vurub evini yıxmamaq, əksinə mümkün olduğu qədər yardım əlini uzatmaqdır.

O, yazır:

Başqasının barəsində pis söz eşitsə,
Onu yayma bir zaman möhkəm saxla sən.
Asandırsa başqasının evini yıxmaq,
Çox çətindir amma, daşı daş üstə yığmaq!

Eyni zamanda, Vazeh yazırdı ki, insani keyfiyyəti daşıyan hər bir kəs, başqasının pis cəhətlərinə görə sevinməməklə yanaşı, ancaq özgələrin sevinclərinə də kədərlənməməlidir. Bir sözlə, insan necə ki, gülüstandan əsib gələn ətirli küləklərdən ürəkləndiyi, ancaq bataqlığın üfunətindən qaçdığı kimi, bu dünyada başqalarının nə kədərinə sevinməli, nə də sevincinə kədərlənməlidir.

O, yazır:

Gülüstandan əsib gələn ətirli külək,
Əziz dostum, söylə sənə vermirmi ürək?
Niyə onda bir xoş xəbər eşidəndə sən,
Özgəsinin sevincinə sevinməyəsən?
Bataqlığın üfunətli, pis havasından
Axı dostum, kənar gəzib daim qaçırsan.
Onda vurma bədxahlığın gölünə gəl, baş
Qeybət dolu məclislərədn qaçıb, uzaqlaş.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

ABDULLA ŞAİQ YARADICILIĞINDA İNSAN PROBLEMİ - ( III yazı)

$
0
0
ABDULLA ŞAİQ YARADICILIĞINDA İNSAN PROBLEMİ - ( III yazı) Əvvəli burada

Bəli, xoş və uğurlu gələcək maminə, xalqın, vətənin inkişafı və tərəqqisi naminə gənc nəslin tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Əsil insan xalq mənafeyini üstün tutan tərbiyə prosesində yetişir.

Abdulla Şaiq də Hüseyn Cavid kimi, ailə və məktəbin vəhdətini, tərbiyə prosesində onların birliyini, ardıcıllığını, vahid məqsədə xidmət etmələrini arzulayır. Tərbiyənin böyük dəyişdirici gücünə inanan ədibin inamında yanılmadığını sübut üçün “Xasay” adlı povestdə təsvir edilmiş Xasay obrazına baxaq:
-Xasay kimdir? – Xasay yoxsul, lakin mənəviyyatı təmiz bir kişinin oğludur. Əlaçı şagirddir, tərbiyəli və intizamlıdır. Hamı onun xatirini əziz tutur, Müəllimləri Xasayı çox sevirlər. Oğlunun adını yaxşıların sırasında eşidəndə atanın sevincdən gözləri yaşarır. Təəssüf ki, bu sevinc uzun sürmür. Ata ölür, yüngül xasiyyətli ana pozğun bir kişi ilə ailə həyatı qurur. Rəcəb adlanan bu kişi həbsxanadan qaçmış, möhtəkirliyə, al-verə qurşanmışdır. Dünya malına hərislik Rəcəbdə insani keyfiyyətləri tamam öldürmrşdür. O bu işə nəinki arvadını, hətta, Xasayı da cəlb etmək istəyir və uşağın inadına baxmayaraq, anasının vasitəsilə buna da nail olur. Xasayı oğurluğa alışdıran Rəcəb onu məktəbdən ayırmaq üşün müxtəlif çirkli yollar arayır. Çox çəkmir ki, Xasay əvvəlki ad-sanını, paklığını, intizamlılığını, tərbiyəsini itirir, şagird və müəllimlərin gözündən düşür, heç vaxt islaholunmaz bir şagirdə çevrilir.
Təsir altına düşən Xasaydan Rəcəb bir qatil kimi istifadə etmək, onun əleyhinə danışdığı üçün Kamil müəllimi və onun ailəsini məhv etmək qərarına gəlir. Lakin Xasay öyrənir ki, Rəcəb həbsxanadan qaçmış siyasi canidir, həm də anası Badamı ələ keçirmək üçün atasını tramvaydan yıxıb öldürmüşdür.
Əsil həqiqəti öyrənən Xasay hiyləyə əl atır: həm müəllimini və onun ailəsini fəlakətdən qurtarır, həm də Rəcəb kimi alçağı qanunun əlinə tapşırır. Öz səhvini anlayan Xasay Kamil müəllimin vasitəsilə yenidən düzgün yola qayıdır, əvvəlki yüksək adını bərpa edir, nüfuzu daha da artır. Onun cəsarətli və qətiyyətli olması nəinki məktəb kollektivinin, hətta bütün kənd camaatının rəğbətinə səbəb olur.
Məqsəd aydındır: tərbiyə böyük təsir gücünə malikdir. O, qatil böyütdüyü kimi, əsil insan da yetişdirir. Buna görə də cəmiyyətin hər bir üzvü uşaqların düzgün, mütərəqqi ruhda tərbiyə olunmasına ciddi qayğı göstərməli, bu yolda öz köməyini əsirgəməməlidir. Laqeydlik, biganəlik cəmiyyət üçün böyük təhlükədir, fəlakətdir, nəticə etibarilə isə faciədir.
Abdulla Şaiqin bütün fəaliyyəti göstərir ki, o, insan haqqında həmişə yüksək fikirdə olmuş, insanın daim ucalmasını, yüksək məqama yetişməsini, bütün yaranmışların əşrəfi olduğunu öz hərəkətləri, əxlaqi-mənəvi paklığı, yüksək şüurluluğu ilə sübut etməsini arzulamışdır. Böyük sənətkar nədən yazırsa-yazsın, nədən danışır-danışsın, əsas məqsədi həqiqi insanı, onun cəmiyyətdə yüksək mövqeyini, həmişə təkamüldə, inkişafda olmasını , özünüdərk səviyyəsinə çatmasını, təbiət və cəmiyyətin əsil bəzəyinə, ən qiymətli varlığına çevrilməsini görməkdir. Bütün yaradıcılığını da bu qayəyə, bu məqsədə həsr etmişdir.
Abdulla Şaiq fərdiyyətçiliyə qarşı çıxır, insanın yalnız cəmiyyət, kollektiv daxilində həqiqi bir varlıq kimi mövcud olmaq imkanını təsdiqləyir və göstərir ki, heç bir kəs özünü cəmiyyətdən kənar hesab edib, istədiyini yerinə yetirmək hüququna malik deyil . Hər bir fərd bütün cəmiyyətlə yüzlərlə tellər vasitəsilə bağlıdır. Bir nəfərin əxlaq və hüquq qaydasını pozması bütövlükdə cəmiyyətin mənəviyyatına ağır bir zərbədir. Hər bir fərd bir ailənin, bir kollektivin və, nəhayət, cəmiyyətin bir üzvüdür. Ona görə də hər bir şəxs öz hərəkəti, fəaliyyəti üçün cəmiyyət qarşısında məsuliyyətini dərindən dərk etməlidir.
Ədibin bu fikrini sübut üçün “Əsrimizin qəhrəmanları” romanından kiçik bir mükaliməyə diqqət yetirmək kifayətdir: “ Ağamürsəl qaşlarını çataraq, bu sözlərdən məmnun olmadığını bildirən bir səslə cavab verdi:
- Mənim xüsusi işlərimə qarışmağa heç kimə izin vermirəm, bundan sənə nə?
- Yanılırsan.Sən bir ailə üzvü olduğun kimi, müəyyən bir cəmiyyətin üzvü və vətəndaşısan. Bir ailə üzvünün etdiyi yaramazlıq ailə üzvlərinə nə qədər ziyan verərsə, onun yaramazlığı mənsub olduğu cəmiyyətə, yaşadığı mühit və ölkəyə də bir o qədər ziyanlıdır. Mənim sözlərim yalnız sizə aid deyil. Ümumiyyətlə, bizim həyata olan bu yanlış görüşümüzü, bu böyük ictimai nöqsanımızı, bu çirkin tərbiyə və əxlaqımızı göstərmək və bununla gələcəyimizi gözümüz qarşısında canlandırmaq istəyirəm.
Hər bir insan öz fəaliyyətində, hərəkətlərində azaddır, sərbəstdir. Lakin bu o demək deyildir ki, hər bir adam öz istədiyi hər şeyi həyata keçirə bilər. Axı cəmiyyətin öz əxlaq və davranış qaydaları, müəyyən hüquq normaları mövcuddur. Cəmiyyətin hər bir üzvü bu qaydalara , normalara riayət etməyə borcludur, məcburdur, əks təqdirdə, o, qanun və qaydalara etinasızlıq üstündə cəzalandırılmalı və ibrət dərsi almalıdır.
Lakin çox zaman bunlar cəmiyyətdə öz əksini tapmır və nətıcədə hərçmərclik, özbaşınalıq, vətəndaş itaətsizliyi kimi cəmiyyəti daxildən parçalayan qorxulu bir qüvvə meydana çıxır, hər kəs özünü, öz məınafeyini düşünür, biganəlik, laqeydlik xəstəliyi cəmiyyətin mənəvi dəyərlərinin aşınmasına gətirib çıxarır. Abdulla Şaiq bundan qorxur və qəhrəmanlarının dili, hərəkətləri və əməlləri vasitəsilə cəmiyyətə düzgün yol göstərməyə çalışır.
- Elm və ixtisas insana özünü idarə və təmin edə bilmək üçün lazımdır. Mənim isə özümü idarə edə biləcək qədər sərvətim vardır, -deyə Əşrəf qürurla gözlərini Əhmədin üzünə dikdi.
- Odur ki, oxumağın daşını atdın. Ancaq, məıncə, sərvət insanı təmin edər, idarə etməz. İdarənin nə olduğunu bilmək üçün elm və ixtisas lazımdır.
- Heç lazım deyil. Həqiqət göz qabağındadır Bizdə oxumamış, çalışqanlığı ilə milyonlar qazanan və özünü gözəlcə idarə edə bilənlər azdırmı?
Zəki hər ikisinə etiraz etdi:
- Hər ikiniz yanlış düşünürsünüz. Məncə, elm və sərvət insana idarəçilik öyrədə bilməz. İdarəçilik yalnız heyvan kimi qarnını hər cür həşərat və nəbatat ilə doldurmaqdan ibarət deyil, Məmləkətimizdə atan Ağamürsəl kimi sərvətdarlar və müəyyən ixtisas sahibi olan ziyalılarımızın çoxu həyatı ancaq belə düşünür. Halbuki həqiqi bir vətəndaş, kamil bir insan yalnız öz həyatını təmin etməyi, özünü idarə edə bilməyi düşünməz. Bunu anlamaq üçün , hər şeydən əvvəl, ictimai şüur və tərbiyə lazımdır. Demək, bu məsələ əxlaq və ictimaiyyətlə əlaqədardır. Bu olmayınca, əşrəflərin sərvəti, əhmədlərin, zəkilərin elmi və ixtisası dənizdəki dalğalar üzündəki köpüklərdən başqa bir şey deyildir.
Ədib çox düzgün olaraq belə qənaətə gəlir ki, ictimai şüur nə qədər inkişaf etsə, insanlıq da bir o qədər kamilləşər, yetkinləşər. Bu isə daha çox tərbiyə, təlim, hərtərəfli gərgin iş prosesindən asılıdır.
Əşrəf və Zəki kimlərdir? – Hər ikisi azərbaycanlıdır, eyni torpağın üstündə addımlaya-addımlaya bərkimiş, eyni sudan içmiş, eyni havadan udmuşlar. Eyni su, eyniu hava onların fiziki inkişafında bərabər rol oynasalar da, mənəvi, zehni inkişaflarında olan fərq getdikcə böyümüş və ziddiyyətli xarakter almışdır. Əşrəf Ağamürsəl kimi zəngin sərvətdarın ailəsində dünyaya göz açmışdır. Anasından daha çox qulluqçuların əlləri üstə nazlana-nazlana böyümüş, ayaqları torpağa toxunmamış, xalılar, gəbələr üzərində addım atmağa başlamışdır. Ayaqları torpağa toxunmadığı üçün qəlbində torpaq məhəbbəti, torpaq qüvvəti, torpaq dözümü, torpaq sədaqəti və səmimiyyəti olmamışdır.
Yadların qucağında, yadlar nəfəsinin hərarəti ilə təmasda böyüyən Əşrəfin qəlbində ana nəfəsinin müqəddəsliyi, ana qəlbinin həyəcanı, istisi və qayğılı döyüntüləri yox idi. Həyatın mənasını var-dövlətdə, eyş-işrətdə, sərxoşluqda görən Ağamürsəl gələcək varisinin də özü kimi olmasını arzulayırdı.
Əşrəf belə bir mühitdə tərbiyə alıb böyümüşdü. Onun həyatının təməl daşını təşkil edən bu tərbiyə ömrünün sonuna kimi öz mənfi təsirini göstərmişdir. Heç bir ictimai -faydalı işlə məşğul olmayan Əşrəf atasının sərvəti hesabına Moskvada təhsil almaq qərarına gəlir. Burada da günlərini kazinolarda, barlarda keçirən Əşrəfə Moskva mühiti boğucu görünür. Yenidən Bakıya gəlib atasının sərvətinə sahib olur. Çoxlarının həyatını zəhərləyən bu ilan əxlaqsızlığın qurbanı olur.
Əşrəfə vətən, torpaq, xalq, insan və sair sözlər yabançı məfhumlardır. Vətənin tərəqqisi, xalqın yüksəlişi, millətin ucalığı onu əsla düşündürmür. Ayaqlara dolaşan sahibsiz dilənçi uşaqları, qoca qarıları o görmür. Həyatın ləzzətini, yaşamağın mənasını və məqsədini sərvətdə, sərxoş və yüngül xasiyyətli qadınların qolları arasında olmaqda görən Əşrəf insanlıqdan çox-çox uzaqdır. Onda insani keyfiyyətlərdən heç birisi yoxdur. Pozğun tərbiyə onun qəlbində mərhəmət, şəfqət, sədaqət, məhəbbət, səmimiyyət kimi qiymətli cəhətləri məhv etmiş, onların yerində lovğalıq, paxıllıq, hərislik və şərəfsizlik toxumu səpmişdir.
Yazıçı Əşrəf obrazının tam əksi olan Zəkini qələmə almışdır. Əşrəfi səciyyələndirən bütün cəhətlərin əksi Zəkiyə məxsusdur. Elə Əşrəf də Zəkinin simasında öz düşmənini gördüyü üçün ona daxilən kin bəsləyir, acı sözlərlə onun qəlbini yaralamağa çalışır. Bu iki gəncin müqayisəsindən çıxan nəticə bundan ibarətdir ki, insanın dünyagörüşünün formalaşmasında, özünüdərk səviyyəsinə yüksəlməsində və ya əksinə olmasında tərbiyə mühüm rol oynayır.
İnsanın həyatında elmin də əhəmiyyətini, rolunu yüksək qiymətləndirən ədib uşaqlar üçün yazdığı əsərlərdə deyir:
Sən də çalış elm ilə şöhrət qazan,
Qalma cəhalətdə, olarsan yaman.
Elmlə abad olubdu cahan

Və yaxud başqa bir əsərində elm ilə ədəbi vəhdətdə götürür, bunların hər ikisinə yiyələnməyi təkidlə tələb edir:
Tez ol, dur, get məktəbə,
Sarıl elmə, ədəbə.
Səhər ziyandı yuxu,
Məktəbə get, dərs oxu.

Abdulla Şaiq göstərir ki, hər şey əməklə, zəhmətlə əldə edilir. Zəhmətdən qorxanlar həyatda heç nəyə nail ola bilməzlər. Ona görə də gənc nəslin inkişafında əmək, zəhmət barəsində tərbiyə və təlimin ardıcıllığına xüsusi fikir verilməlidir. Elm, ad-san, şərəf alın təri, əllərin qabarı, gözlərin yuxusuzluğu hesabına qazanılır. İnsanın həyatını zinətləndirən, onu mənalı edən zəhmətdir:
Oğlum, hər şey sevir zəhmət,
Tənbəl ziyan çəkər, əlbət.

İnsanın həm mənəvi, həm də fiziki sağlamlığının qayğısına qalan ədib idmanın da əhəmiyyətindən danışaraq deyir:
Biz gənclər, biz məktəblilər,
Hər işdə göstərək hünər,
İdman edək səhər, axşam,
Vücudumuz olsun sağlam.
Qoy güclənsin gənc nəslimiz,
Gələcəyə hakimik biuz.

Abdulla Şaiq xalqını, vətənini, doğma yurdunun hər qarış torpağını dərin məhəbbətlə sevən bir insan idi. İstəyirdi ki, xalqı azad və xoşbəxt, sağlam və gümrah olsun, doğma yurdu daim çiçəklənsin, tərəqqi etsin, elində, obasında bolluq və firəvanlıq hökm sürsün. Onu da bilirdi ki, bütün bu deyilənlərə nail olmaq üçün səy, zəhmət, bilik , elm lazımdır. Elmin, biliyin, çalışqanlığın sayəsində insan istədiyini əldə edə bilər. Buna görə də gənc nəsli elmə, biliyə yiyələnməyə çağırır, tərəqqi və inkişafın da elmlə, zəhmətlə bağlı olduğunu söyləyir.
ABDULLA ŞAİQ YARADICILIĞINDA İNSAN PROBLEMİ ( III yazı)

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi , f.ü.f.d., Qabaqcıl Maarif Xadimi

ABDULLA ŞAİQ YARADICILIĞINDA İNSAN PROBLEMİ

Nəcəfqulu bəy Vəliyev - 160

$
0
0
Nəcəfqulu bəy Vəliyev - 160 Şair-tərcüməçi, həvəskar aktyor Nəcəfqulu bəy

Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Nəcəfqulu bəy Vəliyev 1858-ci ildə Şuşada anadan olmuşdur. O, tarixin müxtəlif dövrlərində görkəmli dövlət, elm, mədəniyyət xadimləri ilə tanınmış Baharlı tayfasının layiqli övladlarından biridir. Şərqin, o cümlədən Azərbaycanın ictimai-siyasi, mədəni həyatında aparıcı rol oynamış Baharlı tayfasının görkəmli şəxsiyyətlərindən Əlişəkər bəy Baharlı, Bayram xan Baharlı, Mirzə Əbdürrəhim xan Baharlı, Mirzə Vəli bəy Baharlı Nəcəfqulu bəyin ulu babalarıdırlar. Bu məqalə “Şərq tarixi: Baharlılar” (I kitab, Bakı, 2013) adlı monoqrafiyam əsasında hazırlanmışdır.

Nəcəfqulu bəyin atası Mirzə Məhəmmədhəsən bəy Vəliyev Bakıda, Qubada quberniya katibi vəzifəsində işləmiş, ərəb, fars, rus dillərini mükəmməl bilmişdir. Şirvan seyidlərinin şəcərələrini ərəb dilindən rus dilinə tərcümə etdiyi üçün çar hökuməti tərəfindən medalla mükafatlandırılmışdır. Məqalədə təqdim edilən Nəcəfqulu bəy Vəliyevin fotoşəkli Sevda xanım Məmmədovaya məxsusdur. O, Nəcəfqulu bəy Vəliyevin nəticəsidir.
Nəcəfqulu bəy Vəliyev ilk təhsilini Şuşada almış, ikiillik Quba şəhər məktəbində oxumuşdur. Rus, fars dillərini mükəmməl bildiyi üçün uzun illər Bakı quberniya idarəsində tərcüməçi işləmişdir. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1886-cı ilə aid arxiv sənədində o, Bakı quberniyası katibi vəzifəsində çalışmışdır. Nəcəfqulu bəy Vəliyev istedadı, qabiliyyəti sayəsində atası kimi hökumət yanında hörmətli şəxslərdən sayılmışdır.

Nəcəfqulu bəy Vəliyev Mir Möhsün Nəvvabın təşəbbüsü ilə Şuşada fəaliyyət göstərən “Məclisi-fəramuşan” (“Unudulmuşların məclisi”) adlı ədəbi məclisin üzvü olmuş, “Şeyda” təxəllüsü ilə klassik üslubda şeirlər yazmışdır. Onun haqqında ilk məlumat və yaradıcılığından bəzi nümunələr Mir Möhsün Nəvvabın “Təzkireyi Nəvvab” (Çapa hazırlayanı və ön sözün müəllifi: filologiya elmləri namizədi Əkrəm Bağırov) (Bakı,1998) əsərində verilmişdir.

Bu kitaba daxil edilmiş Nəcəfqulu bəy Baharlı sərlövhəli yazıda qeyd edilmişdir: “Nəcəfqulu bəy Mirzə Məhəmməd Həsən bəy oğlu Baharlı Qarabağ vilayətinin əhalisindəndir. Baharlı Şuşaya tabe olan kəndin adıdır. 33 yaşlı, düz əxlaqlı bir cavandır. Mirzə Vəli Vidadinin övladlarındandır. (Mirzə Vəli bəy Baharlı-O.Z.B). Bəzən şeir yazır. Aşağıda yazılmış müxəmməs onun şeirlərindəndir. Təxəllüsü Şeydadır.”
Kitabda Mirzə Yəhya bəy Qarabaği adlı şair haqqında da yazılmışdır. “Təzkireyi Nəvvab”ı çapa hazırlayan və ön sözün müəllifi filologiya elmlər namizədi Əkrəm Bağırov bir sıra faktları əsas gətirərək Nəcəfqulu bəy Baharlı ilə Mirzə Yəhya bəy Qarabağinin eyni şəxs olması qənaətinə gəlmişdir.

Tanınmış ədəbiyyatşünas alim Nəsrəddin Qarayevin topladığı və tərtibçisi olduğu “Poetik məclislər” (Bakı, 1987) kitabına tanınmış şairin bir müxəmməsi daxil edilmişdir. Nəcəfqulu bəy Vəliyevin yaradıcılığı ilk dəfə kitab halında 2006-cı ildə Bakıda çap edilmişdir. Nailə Mustafayevanın nəşrə hazırladığı Nəcəfqulu bəy Vəliyevin “Şeirlər” adlanan bu kitabına müəllifin qəzəlləri, müxəmməsləri, müstəzadları, rübailəri, dübeytləri, müxtəlif şeirləri, qitə, hekayə və əfsanələri, tərcümələri, tövbənaməsi daxil edilmişdir. Onun “Gülşəni-maarif” təzkirəsi filologiya üzrə elmlər doktoru Paşa Kərimovun ön sözü ilə nəşrə hazırlanmış, 2014-cü ildə Bakıda işıq üzü görmüşdür.

Nəcəfqulu bəy Vəliyev Azərbaycan teatr tarixinin inkişafında əvəzsiz xidmətlər göstərmiş sənətkarlardan biridir. Onun adı həvəskar aktyor kimi milli teatr tariximizdə xüsusi yer tutur. Onun və aktyor qardaşı Əbülfət bəy Vəlinin adları H.Mahmudbəyov, C. Zeynalov, H.Ərəblinski, H.Q.Sarabski, M.Əlvəndi kimi görkəmli teatr xadimləri ilə bir sırada çəkilir.

Nəcəfqulu bəy Vəliyevin aktyorluq fəaliyyətinin görkəmli tədqiqatçısı professor Cəfər Cəfərov onun yaradıcılığına obyektiv qiymət vermiş, maraqlı fikirlər söyləmişdir. Mərhum teatr tədqiqatçısının fikrincə, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun “Hacı Qara” tamaşasında Hacı Qara obrazını ilk dəfə Əsgər bəy Adıgözəlov oynamışdır. Bu rolun ikinci ifaçısı isə Nəcəfqulu bəy Vəliyevdir. Cəfər Cəfərov Nəcəfqulu bəy Vəliyevin teatr fəaliyyətini bu cür qiymətləndirmişdir: “80-cı illərin axırlarına doğru Azərbaycan teatrının artıq Nəcəfqulu Vəliyev və Cahangir Zeynalov kimi görkəmli həvəskar aktyorları öz sənətkarlıqları, ağıllı oyunları ilə tamaşaçıların diqqətini cəlb edirlər. Gözəl müşahidə qabiliyyətinə malik olan bu aktyorlar, eləcə də adları mətbuatda çəkilən bir çox başqaları xalqın məişətini, adət və ənənələrini yaxşı bildiklərindən, təbii və inandırıcı, canlı və təsirli səhnə surətləri yaratmağa müvəffəq olurlar”

Cəfər Cəfərovun tədqiqatlarına istinadən Nəcəfqulu bəy Vəliyev 1887-ci ildə Bakıdakı teatr dəstəsinə rəhbərlik edən Həbib bəy Mahmudbəyovun köməkçilərindən biri idi. 1888-ci ildə teatr dəstəsi inkişaf edərək truppa halında formalaşırdı. Üç ildən sonra Gürcüstandan Bakıya gəlmiş Nəriman Nərimanov da bu truppanın üzvü olmuşdur.

Azərbaycanın professional musiqili teatrının banilərindən biri, Azərbaycanın xalq artisti Hüseynqulu Sarabski öz xatirələrində Nəcəfqulu bəy Vəliyevi yada salmışdır: “...Bir dəfə cümə günü dərsimiz olmadığına görə bibimgilə getdim. Otağa girib gördüm bibimin əri Ağabba bəyin yanında gözlüklü bir nəfər oturub deyir: “bu bileti al!” Mən onun nə bileti olduğunu sordum. O, - Nəcəfqulu bəy Vəliyev – dedi: “Bu teatr biletidir”. Teatr adını eşitcək Ağabba bəyə yalvarıb dedim: “Mən heç teatr görməmişəm, bilməyirəm necə olar, mənim üçün də birini al, mən də gedim görüm nə var!”

Nəcəfqulu bəy mənim həvəsimi görüb əlində olan biletlərdən birini mənə verərək dedi: “Mən bu bileti sənə bağışlayıram, get tamaşa elə!”....” .
“Kommunist” qəzetində çap edilmiş Hüseynqulu Sarabskinin səhnə fəaliyyətinin iyirmi illik yubileyi münasibəti ilə yazılmış məqalədə qeyd olunur ki, o ilk dəfə teatrda M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasına tamaşa etmişdir. Bu tamaşadan sonra H.Sarabski teatrı sevmiş, fikrini Nəcəfqulu bəy Vəliyevə bildirmişdir. Nəcəfqulu bəy onu evinə dəvət etmiş, burada Nəriman Nərimanovla tanış olmuşdur.

Qulam Məmmədlinin araşdırmalarına görə, Mirzə Fətəli Axundovun anadan olmasının 100 illik yubileyi münasibətilə Nəcəfqulu bəy Vəliyevin iştirakı ilə “Sərgüzəşti-mərdi-xəsis”, “Məstəli şah” komediyalarının tamaşası hazırlanmışdır. “Yeni İrşad” qəzetinin 20 oktyabr 1911-ci il sayında dərc edilmiş “M.F.Axundovun yubileyinə dair” başlıqlı yazıda bu barədə məlumat bildirilmişdir.

Nəcəfqulu bəy Vəliyev görkəmli Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin bacısı qızı İmarət xanım Adil bəy qızı Məlikova ilə ailə həyatı qurmuş, Züleyxa xanım (1890-1908), Səltənət xanım (1893-1976), Məhəmmədhəsən bəy (1896-1937), Cavad bəy adlı dörd övladı olmuşdur.

Nəcəfqulu bəy Vəliyev məşəqqətli həyat yaşamış, ağrılı-acılı ömür sürmüşdür. Görkəmli aktyor, rejissor olan kiçik qardaşı Əbülfət bəy Vəlini erkən yaşlarında itirmişdir. Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra digər qardaşı Məmmədtağı bəy İsveçrəyə mühacirət etmiş, özü isə ailəsi ilə təqib olunmuşdur. Nəcəfqulu bəy Vəliyevin ilk övladı Züleyxa xanım toyu ərəfəsində qəflətən dünyasını dəyişəndə 18 yaşında idi. Kiçik oğlu Cavad bəy uşaq yaşlarında vəfat etmişdir. Böyük oğlu görkəmli dövlət xadimi, ensiklopedik alim Məhəmmədhəsən bəy Vəliyev (Baharlı) 1937-ci ildə həbs edilib, Nargin adasında güllənənəndə ixtiyar yaşlı Nəcəfqulu bəy qızı Səltənət xanımın himayəsində idi. Yeni hökumətin yerli nökərlərinin təzyiqlərinə, Məhəmmədhəsən bəyin faciəsinə Nəcəfqulu bəy Vəliyevin ürəyi dözməmiş, 1937-ci ildə, 79 yaşında vəfat etmişdir.

Bu il həvəskar aktyor, şair, tərcüməçi Nəcəfqulu bəy Vəliyevin anadan olmasının 160 yaşı tamam olur. O, az tədqiq olunan ziyalılar sırasındadır. Onun həyatı və fəaliyyəti öyrənildikcə zamanla layiqli qiymətini alacaqdır.

Orxan Zakiroğlu (Baharlı)
tədqiqatçı-jurnalist

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ MƏHƏMMƏDƏLİ KAZIM BƏY

$
0
0
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ MƏHƏMMƏDƏLİ KAZIM BƏYAzərbaycan türk mütəfəkkirlərindən Mirzə Kazım bəy Məhəmməd Əli (1802-1870) 1802-ci ildə Rəştdə dünyaya gəlmişdir. Onun babası Hacı Məhəmməd xan Qorçu Türk tayfasından olub 18-ci əsrin ilk yarısında Nadir şah tərəfindən Dağıstana köçürülmüşdür. Quba xanlığında maliyyə nazirliyi ya da xalq ərzağı vəzifəsində çalışmışdır. Quba xanlığı çar Rusiyası tərəfindən aradan qaldırıldıqdan sonra Mirzə Kazım bəyin atası Qasım Kazım bəy dini və dünyəvi elmlərlə məşğul olmağa başlamış, hətta Məkkəni də ziyarət edərək altı il də Mədinədə yaşamışdır. 1800-cü ildə Rəştə gələn Hacı Qasım burada evlənmişdir ki, oğlu Mirzə Kazım bəydə dünyaya gəldikdən bir neçə il sonra Dərbəndə köçərək (1808), buranın şeyxülislamı olmuşdur. Mirzə Kazım bəy də uşaq vaxtlarından etibarən doğma türk dili (Azərbaycan) ilə yanaşı, fars və ərəb dillərini də dərindən mənimsəmişdir. “1820-ci ildə Kazım bəyin atası Qasım Kazım bəy çar hakimiyyəti orqanlarına qərəzli münasibət bəsləyən şəxslərlə gizli yazışmada şübhəli bilinmiş, bütün əmlakı müsadirə edilərək Həştərxana sürgün edilmişdir... 1821-ci ildə Kazım bəy Həştərxana atasının yanına getmiş, burada özünə iş axtarmağa məcbur olmuşdu. O zaman Həştərxanda olan xarici missionerlər Mirzə Kazım bəydən Şərq dilləri, o cümlədən ərəb, Azərbaycan (türk-F.Ə.) dilləri müəllimi olmasını xahiş etdilər”.

Beləliklə, həm şotlandiyalı missionerlərə türk və ərəb dillərini öyrədən, eyni zamanda da onlardan ingilis, fransız və yəhudi dillərini öyrənən Kazım bəy, missionerlərin təsiri altında dinini də dəyişərək xristianlığın presvetrian məzhəbini qəbul etmişdir. Çar Rusiyası məmurları 1824-cü ildə Kazım bəyin Həştərxandan Sibirə sürgünə göndərilməsi barədə qərar qəbul etsə də, o yolda xəstələnərək müvəqqəti olaraq Kazanda yerləşməli olur. Çox keçmədən də (1826), Kazan Universitetinin Şərq dilləri üzrə mühazirəçi vəzifəsinə təyin olunub, burada dərs verməyə başlayır. Universitetdə Türk-Tatar dilləri kafedrasının müdiri (1828), daha sonra fəlsəfə fakültəsinin birinci şöbəsinin dekanı vəzifələrinə qədər yüksələn Kazımbəy, eyni zamanda Rusiya EA-nın müxbir üzvi də seçilmişdir. İyirmi ildən artıq bir müddətdə Kazanda elmi-pedaqoji fəaliyyətlə məşğul olan Kazım bəy 1845-ci ildə Sankt-Peterburq Universitetindən dəvət aldığı üçün Sankt-Peterburq şəhərinə köçür, ömrünün sonunadək də bu şəhərdə yaşayaraq həmin universitetdə Şərqşünaslıq fakültəsinin dekanı, Şərq dilçiliyi kafedrasının müdiri kimi də fəaliyyət göstəmişdir. Onun başlıca əsərləri aşağıdakılardır: “Türk-Tatar dilinin ümumi qrammatikası”, “Bab və babilər: 1844-1852-ci illərdə İranda dini-siyası iğtişaş”, “Müridizm və Şamil”, “Alim imam”, “İslam tarixi”, “Firdovsiyə görə farsların mifologiyası” və b.

Mirzə Kazımbəyin dünyagörüşünü iki istiqamətdə: 1) elmi görüşləri, 2) dini və siyasi-fəlsəfi görüşləri, yonündə araşdırmaq məqsədə uyğun olardı.
Elmi görüşləri. Onun elmi fəaliyyəti ilk növbədə, elmi-bədii tərcümələrlə bağlı olmuşdur. Belə ki, Mirzə Kazımbəy Kazan Universitetində Şərq dillərini tədris etməklə yanaşı, Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra”sını, Qurani-Kərimi, İbn Xaldunun əsərlərini, Sədinin “Gülüstan”ını, Seyid Məhəmməd Rzanın “Yeddi planet”ini (“Əssəb-əs-Səyyar”) və digər kitabları rus dilinə tərcümə etmişdir. Daha sonra “Ərəb dilinin və ədəbiyyatının tarixinə bir nəzər” dissertasiyasını yazan və nəşr etdirən (1833) Kazım bəy bundan sonra Türk-tatar dilinin qrammatikasını, qısa lüğətini və ədəbiyyat müntəxəbatını hazırlamaq təlimatını almışdır.

1839-cu ildə S.Peterburqda nəşr olunan “Türk-tatar dili qramma¬tikası” əsərində Mirzə Kazım bəy türk-tatar dilində danışan xalqların ləhcələri arasında müqayisə aparmış, onlar arasında fərqli və oxşar cəhətlər olduğunu göstərmişdir. Sonralar həmin əsər üzərində təkmilləşdirmə işləri aparan Kazımbəy onu “Türk-tatar dilinin ümumi qramma¬tikası” adı altında 1846-cı ildə Kazanda nəşr etdirmişdir. Bu əsərində o, Şimali Azərbaycan xalqının “tatar dili”ni əsaslandırıb, başqa sözlə türk-tatar xalqlarının bir neçə müstəqil ləhcədə (daha sonra da dildə) danışdıqlarını ortaya qoyurdu ki, bu da, çar Rusiyasının “parçala və hökm sür!” siyasətinə uyğun idi. Ona görə də, bu məqaləsində Kazım bəyin türk-tatar dillərinin birində danışan Azərbaycan xalqının ayrıca bir ləhcəsinin olmasında bəhs etməsi çar ideoloqlarını çox sevindirmişdi. Çünki Kazım bəy Azərbaycan türklərinin dilinin türk dilinə aid olduğunu, ancaq bəzi cəhətlərinə görə başqa türk ləhcələrindən fərqləndiyini sübut etməyə çalışmışdır: “Adərbican-tatar dili Rusiyanın Zaqafqaziya ərazilərində işlədilən türk ləhcəsidir. Bu dil ölkənin (Adərbican) öz adı ilə adlanır. Təbriz (Tavriz) şəhəri bü ölkənin paytaxtı hesab olunurdu”.

Həmin dövrdə Rusiya alimi, akademik B.Dorn M.Kazım bəyin bu əsərinə yazdığı resenziyasında deyir ki, bu vaxta qədər heç kimə məlum olmayan, ilk dəfə Mirzə Kazım bəy tərəfindən aydınlaşdırılan «Azerbidjan ləhcəsi» çox böyük əhəmiyyətə malikdir. Onun fikrinə görə, «Azerbidjan ləhcəsi» Qafqaz məktəbləri üçün də olduqca vacibdir. Maraqlıdır ki, Dorn bu ləhcəni Rusiya üçün çoxdan duyulan tələbat kimi qiymətləndirib bunun bir şərqli tərəfindən kəşf edildiyini xüsusilə qeyd etsə də, ancaq bu anlayışın (Azərbaycan ləhcəsi) iki Azərbaycanın gələcəkdə bir olması ideyasına xidmət edəcəyini görən çar ideoloqları bunun üzərində çox dayanmamışlar. Hər halda Mirzə Kazım bəy vahid Azərbaycanda yaşayan millətin türk dilini «Azərbaycan ləhcəsi» adlandırmaqla eyni soykökə, dilə, mədəniyyətə bağlı bir millətin bütövlüyündən çıxış etmişdir. Çar Rusiyası bir tərəfdən imperiya maraqlarına uyğun olan yeni “tatar millət”inin yeni bir “dili”nin ortaya çıxarılmasına müsbət baxsa da, ancaq digər tərəfdən onun “Azərbaycan ləhcəsi” adlandırılmasına mənfi yanaşmışdır. Çünki “Azərbaycan ləhəcəsi” istər-istəməz bütün Azərbaycan türklərini bir arada tutmuş olurdu ki, bu isə çar Rusiyası ideoloqlarına görə qəbuledilməz idi.

Ancaq çar Rusiyası ilə müqayisədə Sovet Rusiyasının bu məsələyə fərqli yanaşmasına görə, Sovetlər Birliyi dövründə Heydər Hüseyn¬ov yazırdı ki, Mirzə Kazım bəy 1840-cı illərdə ilk dəfə “Azərbaycan dili”nin elmi qrammatika qaydalarını yaratmışdır. H.Hüseynov yazırdı: «Onu da qeyd etmək lazımdır ki, ilk dəfə olaraq məhz o (Mirzə Kazım bəy – F.Ə.), «Azərbaycan dili» istilahını elmi cəhətdən əsaslandırmış və tətbiq etmişdir. Həm də o, «azerbidjanskiy» yazırdı». Eyni zamanda Ağamusa Axundov da «Ümumi dilçilik» əsərində yazır ki, XIX-XX əsrlər Azərbaycan dilçiliyinin inkişafının ikinci dövrüdür və bu, M.Kazım bəydən başlayır. Onun fikrincə, 1839-cu ildə M.Kazım bəyin Kazanda nəşr edilmiş «Türk-tatar dilinin ümumi qrammatikası» əsəri «yalnız Azərbaycan dilçiliyində deyil, bütün türkologiyada böyük və yeni bir hadisə idi. Həmin əsərdə Azərbaycan dili ilk dəfə Avropa qrammatikaları dəbində təqdim edilmişdi».

Hesab edirik ki, onun «Türk-tatar dilinin ümumi qrammatikası» əsərindən fərqli olaraq “Türk-tatar xalqlarının ədəbiyyat müntəxəbatı”nın çapına (bu əsərdə Tatar, Azərbaycan və Türkiyə türkcələrində materiallar, Bulqar-türk tarixindın fraqmentlər, “Dərbəndnamə”dən fraqmentlər, Azərbaycan türk atalar sözləri, Təbəri tarixi, “Qabusnamə”nin tərcüməsindən parçalar və s. daxil idi) çar Rusiyası çox da maraq göstərməmişdir. Üstəlik, təsadüfən ya da bilərəkdən onun bu əsəri Kazan Universitetində baş verən yanğın zamanı ciddi zərər çəkmiş, bununla da işıq üzü görməmişdir. Çox maraqlıdır ki, çar Rusiyası onun üç min sözdən ibarət türk-rus sözlüyünü də nəşr etməmişdir. Görünür, çar Rusiyası bunu da imperiya maraqlarına uyğun hesab etməmişdir.

Bundan sonra, Mirzə Kazımbəy diqqəti Şərq xalqlarının, İslam dininin, onun təriqətlərinin, Şərq fəlsəfi təlimlərinin tədqiqinə yönəltmişdir. Maraqlıdır ki, Mirzə Kazımbəy bu zaman da əsasən farsları və İran-fars mədəniyyətini (“Fars ədəbiyyatı tarixi kursu”, “İran eposu”, “İslamaqədərki farsların dili və ədəbiyyatı”, “Firdovsiyə görə farsların mifologiyası”) araşdırmışdır. O, “Avesta”nı xüsusilə tədqiq edərək, “Azərbaycan” anlayışı ilə “Avesta”dakı “Arien-vecd” arasında oxşarlıqların olduğunu iddia etmişdir. Belə ki, Mirzə Kazım bəy «Azərbaycan» anlayışının «odlar yurdu» mənasına qarşı çıxmış, bu sözü, farscaya aid olmayan Şimali Midiya xalqının dilində yazılmış «Avesta»dakı «Arien-Vecd» vilayətinin adı ilə bağlamışdır: «Filoloqların və tarixçilərin «Azərbaycan» adını «odlar yurdu» kimi izah etmələrinə baxmayaraq, biz «Azərbaycan» və «Arien-Vecd» arasındakı oxşarlığı da diqqətdən yayındıra bilmərik». Bizə elə gəlir ki, Mirzə Kazım bəyin belə bir nəticəyə gəlməsi çox da tutarlı deyil, üstəlik suallar doğurur. Çünki “Azərbaycan”ın “Avesta” əsasında bu cür yozumunun onun türklük mahiyyətilə çox da uyğun gəlmədiyini düşünürük.

Doğrudur, Kazımbəy türklərlə bağlı olan “Uyğurlar haqqında tədqiqat əsəri” də vardır. Ancaq onun bu əsəri İran-fars mədəniyyəti, fəlsəfəsi tədqiqatları fonunda kiçik bir damladır. Bu anlamda Vilayət Quliyevin «Mirzə Kazım bəy» əsərində yazması ki, bu maarifçi ziyalımız Rusiyanın türk-tatar əhalisinin öz tarixi keçmişinə – mədəniyyətinə, fəlsəfəsinə, dini-mifoloji dünya¬görüşünə nəzər salmağı və həmin ənənələri yaşatmağı vacib saymışdır, ancaq bu çox da böyük ölçüdə olmamışdır. Digər tərəfdən görürük ki, çar Rusiyası daha çox onun İran-fars mədəniyyətinin araşdırılmasına və İslam dininin tənqidinə yönəlmiş kitablarını nəşr etməkdə maraqlı idi. Başqa sözlə, çar Rusiyasının da Avropa dövlətləri kimi, “İran mədəniyyəti”nin dirçəlməsində və İslam dininin tənqid olunmasında imperiya maraqları ortada idi. Bu anlamda Mirzə Kazımbəyin əsərlərinin çar Rusiyasının ciddi nəzarətindən sonra nəşr olunmasına şübhə etmirik. Əgər onun hər hansı əsəri çar Rusiyasını razı salırdısa, onun nəşri də problem olmurdu, ancaq çar ideoloqlarının “isti” baxmadığı əsərin çapı çox problemli olurdu. Məsələn, Türk tarixini özündə əks etdirən “Dərbəndnamə”ni bir neçə xarici dilə tərcümə edən Kazım bəy, onun çapında çox çətinlik çəkmişdir.

Ancaq bunun əvəzində Kazım bəyin, İslam dinin tənqidinə yönəlmiş, İran-fars mədəniyyətinin daha çox təbliğinə xidmət edən əsərləri çarlıq tərəfindən məmnuiyyətlə nəşr edilmişdir.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)





MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ

$
0
0
MİLLİ  FƏLSƏFİ  FİKRİMİZDƏ  ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ Zakirəm hər sözüm dərindən dərin,
Axtarış dövrünün bu çağındayam
Kamil fikirlərin, düşüncələrin,
İncə duyğuların qucağındayam,
Ruhumun bəsirət bucağındayam.


AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov (1936-2003) ömür yolunu beş misralıq şeirində dolğun şəkildə ifadə etmişdir. 16 avqustda atamın doğumunun 82 ili tamam olur.

Alim 1960 illərdən, yəni 40 illik elmi fəaliyyəti dövründə milli fəlsəfi irsimizin varlığını üzə çıxarıb araşdırdı. Zakir Məmmədovun tədqiqatlarına qədər elə hesab edirdilər ki, Şərqdə peşəkar filosoflar yaşamamışlar, yaradıcılığından əldə cüzi material olan Bəhmənyar istisnadır. Zakir Məmmədov qırx ilə yaxın müddətdə elmi axtarışlar aparıb, Şərq dillərində yazıb-yaratmış Azərbaycan fi¬lo-soflarının və mütəfəkkirlərinin dünyanın müxtəlif ölkələrində çap olunmuş, habelə əlyazması şəkilində saxlanılan zəngin irsini üzə çıxarmış, onların fəlsəfəsini (varlıq təlimi və idrak nəzəriyyəsini), məntiqini, ictimai-siyasi və etik görüşlərini işləyib hazırlamışdır. Zakir Məmmədov orta əsrlərdə Şərqdə, o cümlədən Azərbaycanda dini-fəlsəfə ilə yanaşı elmi-fəlsəfənin də varlığını sübuta yetirmişdirş O, müəyyən etmişdir ki, üç mühüm elmi-fəlsəfi təlimdən birini – Şərq peripatetizmini türk filosofu Əbunəsr Farabi (873-950), digər ikisini – panteizmi və işraqiliyi Azərbaycan filosoflarından Eynəlqüzat Miyanəci (1099-1131) və Şihabəddin Yəhya Sührəvərdi (1154-1191) yaratmışlar.

Müqtədir Azərbaycan filosoflarının təlimləri fəlsəfi məktəbə çevrilərək, bütün müsəlman Şərqi ölkələrində əsrlər boyu istedadlı filosoflar üçün örnək olmuşdur. Onların ideyaları sonralar islam aləmi ilə məhdudlaşmayıb, Avropa ölkələrində də yayılmışdır. Bir sözlə, dünya fəlsəfəsi tarixi orta əsrlərdə (1000 il¬lik bir dövrdə) məhz Şərq, ələlxüsus Azərbaycan filosoflarının sayəsində elmi-fəlsəfi dünyagörüşündən xali olmamış¬dır. Bütün bunları Zakir Məmmədov 30-dan çox kitab¬da (çap edilmiş və çap edilməmiş) və 250 məqalədə ifadə etmişdir.

Zakir Məmmədovun bütün tədqiqatları ilk mənbələr əsasında olmuş, buna görə həmin əsərlərin Azərbaycana gətirilməsi üçün böyük əmək sərf etmişdir. Belə ki, onun tədqiqatlarına qədər Bəhmənyarın “Metafizikanın mövzusu” və “Mövcudatın mərtəbələri” adlı kiçik həcmli iki traktatı məlum idi. Tədqiqatçı filosofun geniş həcmli “Təhsil” əsərinin varlığını aşkara çıxarmışdır. Onun əlaqədar təşkilatlara çox saylı müraciətləri hesabına həmin traktat Azərbaycana gətirilmişdir. Alim “Təhsil” əsərini ilk dəfə olaraq tam halda tədqiqata cəlb etmişdir.

Zakir Məmmədov Şərq, xüsusən Azərbaycan filosoflarının əsərlərini, nadir əlyazmalarının mikrofilmlərini, çap nüsxələrini sifariş ilə bəzən ərəb ölkələrində işləyən yoldaşları, daha çox isə öz şəxsi vəsaiti hesabına əldə edirdi. Həmin mənbələr əsasında orta əsr Şərq filosoflarının təlimlərini hərtərəfli və geniş şəkildə araşdırmış alim Azərbaycanda onların yeganə tədqiqatçısı olmuşdur. O, dünya şöhrətli filosoflarımızın irsini tədqiq etməklə bərabər, onların elmi icti-maiyyət tərəfindən tanınması uğrunda da çalışmışdır.

Zakir Məmmədov misilsiz elmi xidmətlərinə görə həqiqi alimlərin rəğbətini qazansa da, alim adını daşıyan cahillərin maddi və mənəvi təzyiqlərinə məruz qalmışdır. Bəlkə də, Zakir Məmmədov olunacaq hücumları irəlicədən gördüyü üçün 1957-1960 illərdə qələmə aldığı bir poemasında uzaqgörənliklə yazmışdır:

Doğma ana vətən, məni dinlə bir,
Sirri bəyan eylə, söylə neçin də
Bu mənfur, yaramaz dəstə içində
Zahirən bir mələk, daxilən iblis,
Üzdən alicənab, xisləti xəbis,
Haqqa quyu qazan alimlər də var.


Müasir dövrdə Türk düşüncəsinə, milli mənəvi dəyərlərimizə, fəlsəfi irsimizə maraq artdığı üçün atamın tədqiqatları daha çox plagiata məruz qalmışdır. Təəssüf ki, plagiat edənlərin əksəriyyəti elmdə müəyyən mövqeyə sahibdirlər. Plagiatorların sayı 2003-cü ildən, atamın cismən yoxluğundan sonra çoxalmağa başladı. Buna görə bəzilərinə plagiatını faktlarla göstərirdim, onlar da atamın əsərlərindən bir daha plagiat etməyəcəklərini bildirir, bəziləri isə çətin başa düşən olduğu üçün plagiatlarını anlamırdılar. Buna görə müxtəlif qəzetlərdə düz 5 il (2003-2008 illərdə) onların plagiatları ilə əlaqədar tənqidi məqalələr yazdım. Bununla atamın əsərlərini plagiatorların talanından müəyyən qədər xilas edə bildim, müəlliflik hüququnu qorudum. Həyatda əsas məqsədim atamın əsərlərini çapa hazırlamaq və atamın irsini qorumaqdır. Atamın cismən yoxluğundan 15 il keçsə də, O, mənim üçün hər zaman yaşayır.

Qeyd etmək lazımdır ki, Zakir Məmmədovun təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyəti İşraqilik təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar 2 aprel 1991-ci ildə qərar qəbul etmişdır. Həmin qərara əsasən 25 dekabr 1991-ci ildə Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə İnstitutu) işraqi filosofun yubileyi keçirilmişdir. Zakir Məmmədovun təşəbbüsü ilə Bəhmənyarın anadan olmasının 1000 illik yubileyini 1993-cü ildə keçirmək barədə Azərbaycan EA Rəyasət Heyəti və Nazirlər Kabineti qərarlar qəbul etmişdir. Bu münasibətlə Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə İnstitutu) üç elmi sessiya, bir çox ali məktəblərdə konfranslar keçirilmişdir. Zakir Məmmədovun təşəbbüsü ilə 1998-ci ildə Siracəddin Urmə-vinin anadan olmasının 800 illik yubileyi ilə əlaqədar Azərbaycan EA Rəyasət Heyəti tərəfindən qərar qəbul edilmişdir. O, Siracəddin Urməvinin, Əfzələddin Xunəcinin anadan olmalarının 800 illik yubileyləri, 1999-cu ildə Eynəlqüzat Miyanəcinin anadan olmasının 900 illik yubileyi ilə əlaqədar mə¬qa¬lələr hazırlamış, jurnal və qəzetlərdə nəşr etdirmişdir.

Zakir Məmmədovun cismən yoxluğundan keçən 15 il ərzində bir çox Azərbaycan filosoflarının və mütəfəkkirlərinin yubileyləri oldu. Amma yubileylər “başqasının birinciliyini özünə aid etdiyini” iddia edərək atama qərəzli münasibət göstərənlərin, müstəqillik əldə etdikdən sonra milli fəlsəfi irsimizə marağın artdığı üçün bunu “dəb” hesab edərək, həqiqi alimlərin əsərləri əsasında orta əsr Azərbaycan filosoflarını tanısalar da, onların xidmətlərini “görməyib”, özlərini milli fəlsəfi irsimizin əsas tədqiqatçısı kimi təqdim edənlərin yadına düşmədi. Bunun əsas səbəbi onların filosoflar və mütəfəkkirlər haqqında Zakir Məmmədovun tədqiqatından əlavə bir fikir yaza bilməmələridir.

Bu il – 2018-ci ildə Əbubəkr Əhməd Bərdəi Bərdicinin, Əbülhəsən Bəhmənyarın, Siracəddin Urməvinin və Zakir Məmmədovun ilk və əsas tədqiqatçısı olduğu başqa dahi filosof və mütəfəkkirlərin yubileylər ilidir.

–2018-ci ildə IX əsr böyük Azərbaycan mütəfəkkiri Əbubəkr Əhməd Harun oğlu Bərdəi Bərdicinin (844-914) “Nadir adların təbəqələri” kitabının yazılmasının 1125 illiyidir.

–2018-ci ildə Şərq peripatetizminin Azərbaycanda ilk böyük nümayəndəsi, Şərqin nurlu dühası İbn Sinanın şagirdi Əbülhəsən Bəhmənyar Mərzban oğlu Azərbaycaninin (993-1066) doğumunun 1025 illiyidir.

–2018-ci ildə Şərq peripatetizmi məktəbinin görkəmli nümayəndəsi, filosof, təbiətşünas alim, məntiqçi, ictimai-siyasi xadim kimi böyük şöhrət tapmış Siracəddin Urməvinin (1198-1283) anadan olmasının 820 illiyidir.

Dahi Azərbaycan filosoflarının və mütəfəkkirlərinin yubiley tədbirləri atamın irsi əsasında hazırladığım məqalələrlə yad edilir. Zakir Məmmədov 40 illik elmi fəaliyyəti müddətində milli fəlsəfi irsimizin varlığını üzə çıxarıb araşdırdı.

Buna görə həmişə fəxrlə deyirəm
ZAKİR MƏMMƏDOVun qızı Aytək




Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür

$
0
0
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür

Bu gün Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin doğum günüdür.

Karabakhmedia.az xəbər verir ki, o, 16 avqust 1925-ci ildə Şəki şəhərində anadan olub. 1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib və universitetin nəzdinde aspiranturaya qəbul olunub.

Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.

Bəxtiyar Vahabzade 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində onun “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” pyesləri tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.

Xalq şairi Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu il tarixində, 84 yaşında, uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

Karabakhmedia.az

Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı

$
0
0
Yollаr uzun-uzun  — Turаnçılıq Dаvаsı

«Millətə əfəndilik еtmək yoxdur. Xidmətçilik vаrdır. Bu millətə xidmət еdən onun əfəndisi olur».
«Mənim yаrаdılışımdа fövqəlаdə olаn bir şеy vаrsа, Türk olаrаq dünyаyа gəlməyimdir».

Mustafa Kamal Atatürk


Özündənqаçmаzlıq

Çoxluğun, toplumun qаrşısınа çıxаn, tаrix səhnəsində öz görkəmi ilə görünən аyrı-аyrı şəxslərin həyаtını, yаşаmını irdələyərkən, insаnın özündən qаçа bilib-bilməməsinin dаhа аydın bir görünüşü ortаyа çıxır. Yəni görkəmli şəxsiyyətin həyаtını öyrənərkən özündənqаçmа «gеrçəkdirmi, gеrçək dеyilmi?» suаlınа аsаnlıqlа cаvаb аlmаq olur. Millətlərin tаrixləri boyuncа kеçdikləri yollаrа diqqətlə bаxаrkən, onlаrın həyаtlаrındа dа bu dеyilənə bənzərliyi görürük.

İrаdə Qаrdаşlаrı

İyirminci yüzilin ikinci onilində Аzərbаycаn və onun mərkəzi durumundа olаn Bаkı görünməmiş soyqırım ilə qаrşı-qаrşıyа qаldı. Аncаq bu soyqırım dаhа gеniş ölçüyə çаtmаsının qаrşısı аlındı. Аzərbаycаn dа, onun Bаkısı dа dаhа gеniş ölçülü soyqırımdаn qurtаrdı.

Bu Qurtuluşun bаşındа Ənvər Pаşа dururdu, Nuru Pаşа dururdu. Bu Qurtuluşun ilhаmçısı və bаş mеmаrı olаn Ənvər Pаşа onu bütün cizgiləriylə, diqqətlə hаzırlаmışdı. Bu qurtuluşu Nuru Pаşаnın komаndаsı аltındа Аzərbаycаndаkı qаrdаşlаrı ilə birlikdə Mеhmеtçik uğurlа gеrçəkləşdirdi.
O qurtuluş əsgərlərini yönləndirən milli-dini irаdə idi. Sаvаş günləri mеydаnlаrındа o əsgərlər milli-dini irаdə ilə еyniləşmişdilər. Vuruşаn, çаrpışаn bu irаdə idi. Bu irаdə zülmə, əsаrətə, hаqsızlığа qаrşı ölüm-dirim sаvаşınа qаlxmışdı. Qurtuluş Ordusunu idаrə еdən Nuru Pаşа dа bu irаdənin təmsilçisiydi, özüydü.

Birinci dünyа sаvаşındаn sonrа Ənvər Pаşа özünün, аiləsinin təhlükəsizliyini təmin еdib, siyаsi qovğаlаrdаn uzаq olаn rаhаt bir həyаt sürə bilərdi. Аncаq o, bеlə bir həyаtı istəmədi, istəyə də bilməzdi. Onun yаrаdılışı yеnilməz bir irаdə ilə yoğrulmuşdu. Bu irаdə onu mənsub olduğu millətin yüksək hаqqını özünə qаytаrmаq yolundа durmаdаn mücаlidələrə, çаrpışmаlаrа yönəldirdi. Ənvər Pаşа dünyаyа milli qurtuluş, milli yüksəliş üçün gəlmişdi. Bu yoldа dа cаnını qurbаn vеrdi. Onun şəhid olduğu gün də İslаmın bir qurbаn bаyrаmı günüydü.

1918-ci ilin oktyаbrındа Qаfqаz İslаm Ordusunun ləğvindən və müttəfiqlərin «oyundаn» çıxmаsı nəticəsində sаvаşdа təkləndiyinə görə Türkiyənin İngiltərə ilə bаrışıq imzаlаmаsındаn sonrа dа Nuru Pаşа soydаşlаrının qurtuluşu uğrundа mücаdiləsini dаvаm еdirdi. Türkiyədə Milli Qurtuluş sаvаşındаn sonrа o, ordudаn istеfа еdib, iş adаmı kimi fəаliyyətə bаşlаdı. Аncаq Nuru Pаşа Əsir türk torpаqlаrının qurtuluş yаnğısı ilə yаşаyırdı. Bu həsrət onunlа аyrılmаz yoldаş olmuşdu.

Аlmаn düşərgələrində əsir türklər

İkinci dünyа mühаribəsi illərində əsir türk torpаqlаrının tаlеyi yеnidən gündəmə gətirildi. Аlmаniyаnın SSRİ-yə hücumu ilə dünyа sаvаşı yеni mərhələyə girdi. Stаlinin əmriylə yüz minlərlə türk və müsəlmаn cəbhənin ön sırаlаrınа ölümə göndərildi. Sаvаşın ilk dönəmində sovеt ordusu durmаdаn məğlubiyyətə uğrаdığınа görə milyonlаrlа sovеt hərbiçisi əsir düşdü. Bir məlumаtа görə 1942-ci ilə qədər Əsir düşən sovеt hərbiçilərinin sаyı 5 milyon həddində olmuş, bunun dа bir milyon yеddi yüz minini türk və müsəlmаnlаr təşkil еtmişdi.

Əsirlər аlmаn düşərgələrində аmаnsız bir həyаtlа qаrşılаşdılаr. İşgəncələrdən, аclıq və xəstəlikdən ölənlərin sаyı yüz minlərlə ölçülürdü. İfrаt irqçilikdən çıxış еdən аlmаnlаr sаvаşın ilk dönəmində yəhudilər ilə əsir müsəlmаnlаrı fərqləndirməyə diqqət yеtirdilər. Əsir düşərgələrində minlərlə türk-müsəlmаn yаnlışlıqlа yəhudi bilinərək işgəncə ilə öldürüldü.

Dünyа sаvаşının bаşlаnmаsındаn sonrа hаdisələri diqqətlə izləyən Türkiyənin millətsеvər, аçıqgözlü ziyаlılаrı, siyаsət аdаmlаrı və vаxtilə çаrizm əsаrətindən, sovеt işğаlınа görə köçməyə məcbur olmuş bir sırа görkəmli şəxslər soydаşlаrının qurtuluşu üçün işə bаşlаdılаr. Əsir düşərgələrindən qurtuluşun bir gеrçək yolu аlmаnlаrın tərəfinə çаlışаrаq könüllü milli birliklərin yаrаdılmаsı idi. Bunа həm də sovеt işğаlı аltındаkı əsir torpаqlаrın qurtuluşu uğrundа mücаdilə kimi bаxılırdı.

Bu işdə Nuru Pаşа yеnidən fəаllıq göstərdi. Birinci dünyа mühаribəsində Turkiyə və Аlmаniyа müttəfiq olduğunа görə Nuru Pаşа indiki Аlmаniyаnın bir sırа yüksək rütbəli hərbiçilərini, nüfuzlu şəxslərini yаxındаn tаnıyırdı. Onlаrın bəzisi ilə dostluq münаsibətlərində (məsələn, Qrаf Şulеnburq) olmuşdu. Nuru Pаşа həm də, kеçmiş Qаfqаz İslаm Ordusunun komаndаnı kimi bilinirdi. 20-25- il bundаn əvvəlin xаtirəsi hələ cаnlı idi. Bütün bunlаrdаn yаrаrlаnаrаq, o qısа müddətdə Аlmаnlаr ilə əlаqəyə girə bildi. Milli lеgionun yаrаdılmаsı ilə bаğlı olаrаq, аlmаn tаnışlаrının yаrdımıylа А.Hitlеr ilə görüşdü.

Аlmаnlаr Nuru Pаşаyа təşkil еdilən Türk birliklərinin bаşındа durmаğı təklif еtdilər. Bu təklif qаrşısındа Nuru Pаşа bеlə bir şərt irəli sürdü: Аlmаnlаr mühаribəni udаrlаrsа, o zаmаn sovеt əsаrətində olаn türk ölkələrinə müstəqillik vеrəcəklərini bütün dünyаyа bəyаnаtlа bildirsinlər. Аncаq Аlmаnlаr bu şərt qаrşısındа tərəddüt еtdiklərinə görə Nuru Pаşа onlаrın təklifləri ilə rаzılаşmаdı.

Türkiyədəki millətsеvərlərin, görkəmli mühаcirlərin (Zəki Vеlidi Toqаn, Əhməd Cəfəroğlu, Mustаfа Çokаy və b.) və öz mаrаqlаrını güdən аlmаn idаrəçilərinin çаlışmаlаrı nəticəsində milli rеgionlаr yаrаdıldı. Yüz minlərlə türk və müsəlmаn əsir düşərgələrindəki işgəncəli həyаtdаn qurtаrıldı. Milli lеgionlаrın yаrаdılmаsındа – əsirlərin qurtuluşundа Nuru Pаşа ilə bərаbər, Birinci dünyа mühаribəsinin iştirаkçılаrı olmuş Аli Fuаd Ədən və Hüsnü Əmir Ərkilət kimi Pаşаlаrın dа böyük əməyi oldu. Onlаrı və bu yoldа çаlışmış olаn, аncаq аdlаrını çəkmədiymiş digər xеyirxаh şəxsləri burаdа böyük minnətdаrlıqlа аnırıq. Dünyаdаn köçmüşlərin ruhlаrı şаd olsun.

1945-ci ildə Аlmаniyа tаm yеnildi, sаvаş bitdi. Minlərlə türk və müsəlmаn könüllüsü Аmеrikа və İngiltərənin əlində olаn düşərgələrdə xüsusi yеrlərdə yеrləşdirildi. Onlаrı Stаlinin ölüm və işgəncə mаşını gözləyirdi. Bеlə bir durumdа onlаrın, kеçmiş legionçulаrın Türkiyəyə gətirilməsini təmin еtmək yolu ilə qurtuluşlаrı uğrundа yеni bir mücаdilə bаşlаndı. Nuru Pаşа 1949-cu ilin mаrtındа dünyаsını şəhidliklə dəyişmişdi. Ömrü çаtsаydı, sözsüz ki, sonrаkı mücаdilələrin önündə yеrini tutаcаqdı. Ruhu şаd olsun.

Ordu gеnеrаlı А.F.Ərdən dünyа sаvаşı dövründə bаşqа bir tаrixi xidmət də göstərdi. İsmət İnönü iqtidаrının milliyətçilərə divаn tutmаq, onlаrı sindirmək üçün ortаyа аtdığı «1944-cü il, İrqçilik - Turаnçılıq dаvаsı»nı А.F.Ərdən Pаşа Аli Hərbi Kаssаsiyа Məhkəməsinin bаşqаnı olаrаq milliyətçilərin - аylаrlа həbsdə işgəncələr görmüş və millətini sеvməkdən bаşqа bir suçlаrı olmаyаn bu insаnlаrın xеyrinə nəticələndi. Onа görə də İ.İnönü onu istеfаyа göndərdi.

İrqçilik – Turаnçılıq Dаvаsı

Kеçmişin həmdə çаğdаşın olduğunu düşüncələr yаnılmırlаr. Kеçib gеdən günlər bugünmüş kimidir. Bu bаxımdаn çаğdаş Türk tаrixində özünə əbədi yеr tutmuş olаn «3 mаy 1944-cü il olаyı» və yа «İrqçilik –Turаnçılıq dаvаsı» dеyilən tаrix dərsi o qədər diqqət çəkicidir ki...

İkinci dünyа sаvаşı 1944-cü ildə yеni mərhələdə idi. Türkiyə sаvаşаn dövlətlər sırаsındа olmаsа dа, əslində sаvаşın hаvаsını yаşаyırdı. Sovеtlər sаvаşdа irəlilədikcə, Türkiyədə sollаrın, kommunistlərin аzğınlığı аrtır, çoxluqlа iş bаşınа kеçirdilər. Onlаr Türkiyəni pаrçаlаmаq, sovеtlərin sömürgəsinə, müstəmləkəsinə çеvirmək istəyirdilər. Bеlə bir durumdа görkəmli millətçi Nihаl Аtsız özünün çıxаrtdığı «Orhun» dərgisində vicdаnlı, sаf qəlbli milliyətçi olаn bаş nаzir Şükrü Sаrаcoğlunа iki аçıq məktub dərc еdərək, türk düşmənlərinin milli təhsil sistеminə, milli vаrlıq üçün həssаs olаn yеrlərə soxulduqlаrını ifşа еtdi. Nihаl Аtsız məktubundа vətən, millət xаinləri sırаsındа Sаbаhаttin Аlinin də аdını çəkmişdir. S.Аli bunа cаvаb olаrаq Nihаl Аtsızı məhkəməyə vеrdi. Onun iddiаsı üzrə 26 аprеl 1944-cü il tаrixdə Аnkаrа Cəzа məhkəməsində işə bаxıldı, аncаq məhkəmə işini 3 mаy gününə еrtələdi, təxirə sаldı. Еlə həmin gün də Türkiyənin son bir nеçə onilində görünməmiş bir hаdisə bаş vеrdi: minlərlə gənc Nihаl Аtsızı Аnkаrа vаğzаlındа qаrşılаyıb çiyinləri üstündə dаyаnаcаğа gətirdilər, Nihаl Аtsızı məhkəmə binаsınа yolа sаldılаr. Sonrа gənclər Ulus mеydаnınа toplаşdılаr. Аz vаxt içərisində bu mеydаn milliyətçi gənclik ilə doldu. Onlаr Nihаl Аtsızı, milli vаrlığın toxunulmаzlığını qoruyurdulаr. Milli şüаrlаr söyləyən bu gəncliyin Ulus mеydаnınа toplаnışı milli vаrlığın, milli ruhum pаrlаq bir ifаdəsiydi. Milli ruhdаn bаşqа hеç bir qüvvə onlаrı burаyа çаğırmаmışdı. İsmət İnönü iqtidаrını gəncliyin bu çıxışı bərk təşvişə sаldı. Milliyətçilərə qаrşı cəzа yürüşünə hаzırlıq görüldü. İ.İnönünün qulluğundа durаn mətbuаt və rаdio vətənin müdаfiəsinə qаlxаn milliyətçilərə qаrşı xаçlı yürüşünün hаvаsını çаlmаğа bаşlаdı. Ulus mеydаnındаkı hərəkаt hаqqındа ən iyrənc ifаdələr işlədildi, onа fаşist trotskiçilik və s. kimi dаmğаlаr vuruldu. Milliyətçilərin «yаbаnçı bаrmаğı» ilə hərəkət еtdiklərini, vətən xаini olduqlаrını söylədilər. İ.İnönü 18 mаy günündə rəsmi məlumаt dərc еtdirdi. Bu bildiriş iftirаlаr ilə doluydu. Burаdа bеlə dеyilirdi: «Təşkilаt-i Əsаsiyyə Qаnunumuzun (Konstitutiyаmızın - Е.M.) təsbit еtdiyi əsаslаrа zidd olаrаq irqçilik və turаnçılıq hədəflərini güdən və son zаmаnlаrdа fəаliyyətini gücləndirən, bu yoldа hаzırlıq görən, аnlаşmаlаr imzаlаyаn bu şəxslərin Konstitusiyа ilə qurulmuş bügünkü rеjimimizə və vətəndаşlаrımızın həqiqi milliyətçilik hisslərinə zidd olаn prinsipləri həyаtа kеçirmək üçün gizli cəmiyyətləri, fəаliyyət proqrаmlаrı, həttа yаzışmаlаrını gizli sаxlаmаq üçün şifrələri və pаrollаrı vаrdır. Bunlаr məmləkətin müxtəlif yеrlərində, xüsusilə hər növ tərbiyə müəssisələrində sаf gənclərin аrаsındа özlərinə tərəfdаr toplаmаq və bu yoldа hədəflərinə çаtmаq üçün durmаdаn fəаliyyət göstərir, zərərli idеolojilərini gеrçəkləşdirmək uğurundа-çаlışırlаr...». 19 mаy 1944-cü il tаrixdə, gənclik günündə İ.İnönü «tаrixi» nitq söylədi və milliyətçiləri kəskin şəkildə təqsirləndirdi, onlаrı «vətən xаini» аdlаndırdı. Bu nitqdən sonrа ölkənin hər yеrində milliyətçilərin ovunа bаşlаndı. Yüzlərlə milliyətçi həbs еdildi. Sеntyаbrın 7-də isə İstаnbul 1 sаylı Hərbi Vəziyyət məhkəməsində 23 Türk milliyətçisi quruluşа - rеjimə qаrşı düşmənçilik еtmək, gizli cəmiyyət qurmаq və höküməti dеvirmək kimi əsаssız iddiаlаr ilə suçlu sаyılаrаq mühаkimə еdildi. İttihаm olunаnlаr sırаsındа profеssor Zəki Vəlidi Toğаn, Rəhа Oğuz Türkkаn, Orxаn Şаiq Gökyаy, Mеhmеt Külаhlıoğlu, Osmаn Yüksəl Sərdənkеçdi, o zаmаn bаş lеytеnаnt rütbəsini dаşıyаn, 60-90-cı illərdə isə Türkiyənin, bütün Türk dünyаsının ictimаi-siyаsi həyаtındа böyük rol oynаyаn Аlpаrslаn Türkеş, bаş lеytеnаnt Fəthi Təvətoğlu, kаpitаn Hаsаn Fərid Cаnsеvər və sаir kimi bugün çox məşhur olаn görkəmli şəxsiyyətlər vаr idi. Profеssor Zəki Vəlidi Toğаnın ünü еlm аləmində çox yаyılıb. Orxаn Şаiq Gökyаyın «Bu Vətən Kimin?» şеirini bugün bilməyən kimdir? Mеhmеt Аkifin «Milli Mаrş»ı və Nihаt Аsyаnın «Bаyrаq» şеriylə yаn-yаnа «Bu Vətən Kimin?» şеri dillər əzbəridir.

Bеləliklə 31 mаrt 1947-ci ilə qədər sürən «İrqçilik-Turаnçılıq dаvаsı» bаşlаnmış oldu. 1 sаylı məhkəmə Nihаl Аtsızа və Zəki Vəlidi Toqаnа 10 il həbs cəzаsı, qаlаnlаrа isə müxtəlif müddətli cəzа hökmünü çıxаrtdı.

Milliyətçilər hаqsız qərаrdаn şikаyət еtdilər. Аli Hərbi Kаssаsiyа Məhkəməsinin bаşçısı Аli Fuаd Ərdən Pаşа və vicdаnlı hərbiçilərdən ibаrət olаn məhkəmə hеyyəti bütün təzyiqlərə bаxmаyаrаq işə ədаlət аdındаn yаnаşdılаr. Və oktyаbrın 25-də (1945) 1 sаylı Hərbi Vəziyyət məhkəməsinin bütün qərаrlаrını ləğv еtdilər. İstаnbul 2 sаylı Hərbi Vəziyyət məhkəməsi 31 mаrt 1947-ci il tаrixində «İrqçilik və Turаnçılıq duyğu və düşüncələrinin suç ünsürü sаyılmаyаcаğı» dəlili ilə və höküməti dеvirmək suçunun hеç bir gеrçəyə əsаslаnmаdığını bildirərək ittihаm olunаnlаrın hаmısınа bərаət vеrdi. Məhkəmənin qərаrındа milliyətçilərin «yаnlış istinаdlаr nəticəsində 3 ildən bəri çəkdikləri» аcılаr üzüntü ilə qеyd еdilirdi.

Аli Fuаd Ərdən Pаşа

Еlmli, bilikli və cəsur Pаşа olаn Аli Fuаd Ərdən yuxаrıdа dеyildiyi kimi, göstərdiyi xidmətə görə İ.İnönü tərəfindən ödülləndirildi, istеfаyа göndərildi. Аncаq А.F.Ərdən Pаşаnın xidməti Türk ədаlət tаrixində şərəfli yеni bir səhifə аçdı, silinməz iz qoydu. Bu gün Pаşа cismən həyаtdа yoxdur, yеri yаmаn görünür və inаnmаq olmur ki o böyük Pаşаnın mənəvi vаrisi olmаsın.

Ərgənəkon (Sarp Dağ Beli) Davası

Türklərin yаrаdılışı ilə bаğlı bir «Ərgənəkon» dаstаnı vаr. Dеyilir ki, insаn tаrixinin ən əski çаğlаrındа türklər dаğlаrlа çеvrələnmiş bir bölgədə yаşаyırdılаr. Burаnın аdı «Ərgənəkon idi». Türk-Monqol mühitində işlənən bu söz «Sаrp dаğ bеli» kimi аçıqlаnır. Zаmаn kеçdikcə türklər sаycа çoxаlmış, dаhа dа qüdrətlənmiş və bu bölgəyə sığışmаz olmuşlаr. Günün birində bir boz qurdun bələdçiliyi ilə bu bölgədən çıxаrаq yеr üzünə yаyılmış, fəthlərə bаşlаmışlаr.

Bu gün «Ərgənəkon» türklər üçün milli dəyərdir, yurd, coşqunluq, qüdrət və milli vаrlıq simvoludur. Аncаq XXI yüzilin bаşlаrındа «Ərgənəkon»un bir dаhа zəngin mеtаforа kimi çıxış еtdiyinin şаhidi olduq. Bu Türkiyədə 2008-ci il (!) tаrixli «Ərgənəkon dаvаsı»dır, «yüzilin prosеsi»dir. İttihаm olunаnlаr sırаsındа Vəli Küçük Pаşа, İstаnbul Univеrsitеtinin kеçmiş rеktoru profеssor Kаmаl Yаlçın Аləmdаroğlu, «Cümhuriyyət» qəzеtinin sаhibi və yаzаrı İlhаn Səlcuq, Türkiyə İşçi Pаrtiyаsının bаş kаtibi Doğu Pərinççək, jurnаlist-yаzаr Gülər Kömürçü və sаir kimi şəxslərin olduğu hər kəsə bəllidir. Bu «dаvа» məhkəmə səviyyəsində аrtıq bаşlаmışdır və istər-istəməz «1944-cü il İrqçilik-Turаnçılıq dаvаsı»nı yаdа sаlır. Onlаrın аrаsındа bir bənzərliyi, vаrlığı dа istər-istəməz qаrşıyа çıxır. Görünən fərqlərdən isə biri budur ki, ilk məhkəmə çəkişməsinə 23 dеyil, 46 müttəhim cəlb еdilib. «Ərgənəkon dаvаsı»nа cəlb olunаnlаrın sаyı əslində dаhа çoxdur. Nəticələrin isə hаnsı şəkildə ortаyа çıxаcаğı dа hələ qаrşıdаdır. Hаqlı olаnlаrın Аllаh yаrdımçısıdır.

Qаrşıdаkı Doğum Günü

Bir Qurtuluş Günündən, bir Doğum Günündən bugünə 90 illik yol uzаndı.

Qаrşıdа bir Gün də vаr. İstаnbuldа doğulub, Tаcikistаndа - Bəlcuvаndа şəhid olаn Ənvər Pаşаnın doğum günü vаr qаrşıdа.
Qаşıdаkı Doğum Gününə də yol uzаnаcаq. Yollаr uzun-uzun.

Şərq Məsələsi yaxud Şərq Məsələsinin Davası

Ondoqquzuncu yüzilin ikinci onilindən Avropa dövlətləri arasındakı diplomatik görüşmələrdə “Şərq Məsələsi” deyilən bir ifadə geniş yayıldı. Termin olaraq ilk dəfə 1822-də işlənmişdi. Bu iki sözdən ibarət olan, hər zaman geniş və həm də yığcam, sadə şəkildə açıqlana bilən bu anlayış – “Şərq Məsələsi” nə demək idi, nəyi bildirirdi? Onsəkkizinci yüzildən başlayaraq Avropanın böyük dövlətləri (Rusiya da bu sırada olmaqla) Osmanlı dövlətini siyasi və iqtisadi baxımlardan əsarət altına almağa, bu dövlətin idarəsində yüzillərlə əmin-amanlıq içində yaşayan xristian xalqları və Türk olmayan müsəlmanları dövlətə qarşı üsyanlarına, beləliklə də onu parçalayıb ortadan qaldırmağa çalışdılar. Bu “Şərq Məsələsi” deməkdi. “Şərq Məsələsi”ni başa çatdırmaq üçün Avropanın böyük dövlətləri və bu “Məsələ”də daha fəallıq göstərən Rusiya. Yaxın və Orta Şərq bölgələrini – İslam Şərqini fəaliyyət meydanına çevirdilər. Tanınmış fransız şərqşünası Albert Sorel Rusiyanın fəallığını da göz önündə tutaraq yazırdı ki, “Türklər Avropaya ayaq basdığı gündən bəri “Şərq Məsələsi” ortaya çıxdı və Rusiya bir Avropa hökuməti olaraq bu məsələni öz xeyrinə həll etmək iddiasında oldu”. Ən sonda ABŞ da bu “bölüşdürmə, pay qapma yarışı”na qatıldı.

“Şərq Məsələsi” Türk-Osmanlı mirasına, Türk torpaqlarına yiyələnmək məsələsiydi. Bu “Məsələ” onsəkkizinci yüzildən başlayaraq mərhələ-mərhələ həll edilməyə başlandı. Türkləri Avropadan – Balkanlardan tamamilə çıxarmaq “Şərq Məsələsi”nin içində idi. Bu “Məsələ”yə görə ilk öncə Osmanlı dövlətinin Avropadakı torpaqlarının bölüşdürülməsi göz önündə tutulurdu. Rusiyanın hər cür yardımıyla Balkanlarda təşkil edilən, qurulan çətə-terror dəstələri yerli müsəlmanlara, Türklərə qarşı görünməmiş soyqırım tətbiq etdilər. Bu soyqırımı Mədəni Avropa çox soyuqqanlılıqla, sükutla qarşıladı. Çünki, qırılan Türklərdi, yağmalanan evlər Türk-müsəlman evləriydi. 1912-1913-cü illərdə Balkan savaşları nəticəsində Avropadakı, Balkanlardakı 550 illik Türk idarəsinə son verildi və Türklər Avropadan demək olar ki, tamamilə çıxarıldı (çox kiçik bir bölgə istisna olmaqla). Avropadan Anadoluya Türk köçünün böyük bir dalğası başladı. Bu köçün başlanğıcı isə bir qədər əvvələ gedib çıxırdı. Köç yollarında qırılanların isə sayı-hesabı yox idi. Balkan savaşları “Şərq Məsələsi”nin bir mərhələsiydi.

Sıra birinci dünya savaşına gəldi. Bu savaş dövründə Antanta dövlətləri arasında imzalanan gizli sazişlərə görə Türkiyənin Asiya hissəsi müttəfiqlər arasında bölüşdürüləcək, üstəlik İstanbul və boğazlar isə Rusiyaya veriləcəkdi. Birinci dünya savaşında Türk-Osmanlı imperatorluğu ortadan qaldırıldı. Beləliklə, “Şərq Məsələsi”nin ana qismi xeyli dərəcədə yerinə yetirildi. Bundan sonra sıra ana Vətənə - Anadoluya gəldi. ABŞ prezidenti U.Vilsonun 1918-ci ilin yanvarında elan etdiyi və bugün də qüvvədə olan məşhur “14 tezisi” bu bölgədə iki bağımsız, müstəqil dövlətin (erməni və kürd) yaradılmasını qarşıya qoydu. 1920 Sevr müqaviləsinə görə bölüşdürülmə (artıq Rusiyanın iştirakı olmadan) tam gerçəkləşdirmək üzrə idi. Ancaq Milli Mücadilə, 1919-1922-ci illərin Qurtuluş savaşı “Şərq Məsələsi” adını daşıyan təcavüzə sarsıdıcı zərbə vurdu. Türkiyədən, ana vətəndə Cümhuriyyət quruldu. Rusiyada isə hakimiyyəti bolşeviklər əlinə almışdı. Sanki artıq “Şərq Məsələsi” də ömrünü başa vurmuş, ortadan qalxmışdı. Ancaq belə olmadı. Qarşıda Türk-Osmanlı dövlətinin varisi – Cümhuriyyət Türkiyəsi dururdu. Bu varisin – Cümhuriyyət Türkiyəsinin dövründə “Şərq Məsələsi” yeni mərhələyə girdi; yeni şərtlərə görə başqa şəkildə onun həllinə girişildi və bu yolda milli-dini azlıqlar, ortaya çıxarılan bir çox süni və aldadıcı səbəblər alətə, vasitəyə çevrildi.

Varis isə sürətli inkişaf yolunu tutmuşdu. Bu isə “Şərq Məsələsi”nin həlli başa çatdırılmayıb” deməkdi. “1944 İrqçilik-Turançılıq Davası” və bugünkü “Ərgənəkon Davası” kimi davalar “Şərq Məsələsi”ni başa çatdırmaq üçün gedilən yolda yeni mərhələlər, yeni oyunlar oldu. Balkan dağlarındakı çətələrdən Qəndil dağlarındakı çətələrə qədər bir yol uzanıb gəldi. Yollar da ki, uzun-uzun...

Yollаr uzun-uzun  — Turаnçılıq DаvаsıBugün bu yeni mərhələ şəkilcə yeni, məzmun və məqsəd baxımından əski oyunların “istedadlı icraçı dəstəsi” söz sahibi, iş sahibi olub “meydan mənimdir” deyir. Amma Qərb arxalı bu dəstənin - “Şərq Məsələsi”ni bu tələbə dəstənin “meydan mənimdir” deyə bilməsi nə qədər uzanacağı qarşıda bilinəcək. Haqlı olanların Allah yardımçısıdır. Bugünün də bir Ali Ərdən Paşası ortaya çıxar inşallah!

Elman MUSTAFA

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ZEYNALABDİN MARAĞALI

$
0
0
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ZEYNALABDİN MARAĞALIII YAZI

Əvvəli burada
Zeynalabdin Marağalı hesab edirdi ki, Qacarlar dövlətində səhiyyənin, ticarətin, təhsilin, nəqliyyatın, ordunun və sairə sahələrin bərbad gündə olmasının əsas günahkarları dövləti idarə edənlərdir. Çünki onlar öz şəxsi maraqları naminə vətən məhəbbətini və şəriəti yaddan çıxardaraq rüşvətlə, koorupsiya ilə məşğuldurlar: «Əgər sizin öz vicdanınız sizdən soruşsa ki, nə üçün ölkənin bütün gəlirini rüşvət, peşkəş və cəriməyə həsr edib, onun maliyyəsinin artmasına, ticarətinin, kənd təsərrüfatının inkişafına lazım olan şərait yaratmadınız, onda nə cavab verərsiniz ki, başıaşağılığınıza səbəb olmasın? Əcaba, qorxurdunuz ki, vətənin meşələrini islah etmək, sahibsiz mədənləri çıxarmaq və nəqliyyat vəsaiti hazırlamaqdan ələ gələn mənfəət biçarə rəiyyəti soyub talamaqdan aldığınız sərvətdən az olsunmu? Bəs siz bilmirsiniz ki, rəiyyət dövlətin əli, ayağı hesab olunur? Onların bugünkü fəlakəti beş gündən sonra sizin özünüzün fəlakət və xarlığınız deməkdir». Bir sözlə, İbrahim bəy Qacarlar dövlətinin “daxili işləri naziri”nə 60 il ərzində heç bir iş görmədiklərini, büdcəyə bir qəpik olsun xeyir vermədiklərini, gömrükxanaların bərbad gündə olduğunu, ədalətsizliyin baş alıb getdiyini və bununla da dövləti tənəzzülə gətirdiklərini bəyan edir. Guya vəzir də, ona cavab verir ki, “məgər mən axırəzzaman peyğəmbərəm ki, ümmətin fikrinə qalam?! Hər kəsin özü üçün min dərdi, min qəmi var. Axmağın biri, iki saatdır çənə döyür, mən də hey qulaq asıram görüm nə deyəcək. Dur ayağa, dəlinin biri dəli! Cəhənnəm ol get işinin dalınca!”.

Bizə elə gəlir ki, Marağalıi burada ifrata vararaq daha çox Qərb ideolqolarının dili ilə danışaraq Qacarlar dövlətini ifrat şəkildə tənqid etmişdir. Şübhəsiz, Marağalının burada ifadə etdiyi bir çox məsələlər doğru idi və onu inkar etmək mümkün deyildir. Sadəcə, onun məsələlərə baxışında və şərhlərində iki cəhət özünü daima büruzə verir: 1) “Qədim İran mədəniyyəti”nin heyranı kimi, ifrat irançlıq təəssübündən çıxış etməsində, 2) Avropa-Rus ideoloqlarının, xüsusilə çar Rusiyasının təsiri altında Qacarlar dövlətinə ifrat tənqidi yanaşmasında.

Biz, bu iki təsiri Marağalının bütün əsəri boyunca hiss edirik. Məsələn, onun əsərinin qəhrəmanı İbrahim bəy “xarici işlər naziri” ilə görüşündə isə Qacarlar dövlətinin xarici siyasətini tənqid edir: “Cənab vəzir, sizdən İran millətinin qərib və qəyur bir fərdi soruşur ki, aya, sizin konsulların xarici ölkələrdə törətdikləri alçaq işlərdən xəbəriniz vardırmı? Əcnəbilərin yanında İran millətinin təbəəlik vəsiqəsi hesab olunan bu təzkirələr nə vaxtadək əttarların ədviyyə-istiot bükdüyü məsrəfsiz kagızlar kimi qədir-qiymətsiz olacaq? Bizim milli şərəfimizin bu mötəbər sənədi haçanadək qumar vərəqələri kimi müxtəlif yerlərdə müxtəlif yerlərdə müxtəlif qiymətlərə... satılacadır?!... Heç rəvamıdır ki, sizin də bir para səfirləriniz bir neçə murdar lirənin müqabilində öz yüksək məqamlarından utanmayıb, bilə-bilə, düşünə-düşünə belə bir böyük rüsvayçılığa əl atırlar. Bu lənətə gəlmiş rüşvət nə vaxtadək sizin məmurları məsuliyyətə cəlb etməyə, cəzalandırmağa mane olacaq?! Əcəba, hələ də bu rüsvayçılıqların qarşısını almaq, dövləti, milləti bu bədnamçılıq boyunduruğundan xilas etmək vaxtı gəlib çatmamışdırmı?!”.

İbrahim bəy daha sonra bir az da irəli gedərək deyir ki, Qacarlar dövlətinin xaricdəki elçiləri və konsulları öz işlərini görməkdənsə ancaq rüşvət almaqla, yaltaqlıqla və məddahlıqla məşğuldurlar. Ancaq xarici ölkələrin səfirləri və konsulları isə “İran”da özbaşanlıq edir və özlərini ağa kimi aparırlar, çünki “İran” məmurları onlara bu şərait yaradıblar. Marağalı yazır: “Bu məmurlar, təbəələrin hüququnu müdafiə etməyə borclu olduqları halda, onları açıqca çalıb-taladıqları bir təqdirdə xarici məmurlardan daha nə gözləmək olar?! Özümüzün qanunumuz və ədalətimiz olmadığı halda, onlara nə dil ilə demək olar ki, bizlə qanunla, ədalətlə rəftar eyləyin? Bu acınacaqlı vəziyyətdən, cənab vəzir, Allaha pənah aparıram. Haraya ayaq basırsan ah-nalələrinin tüstüsü ilə göyləri qaraldan, ürəyi od tutub yanan iranlılara rast gəlirsən. Onlar ölkənin daxilində olan zülm, haqsızlıq nəticəsində baş götürüb qaçır, xaricdə isə ondan daha betər cəfalara düçar olurlar”.

Bu və ya digər tənqidi fikrlərini dedikdən sonra buradan da qovulan, İbrahim bəy son olaraq “hərbi nazirin” qonağı olur. Marağalının qəhrəmanı bu dəfə “hərbi nazirə” deyir ki, “İran”da əsgər deyilən qüvvənin ancaq adı qalmışdır: “İran dövlətinin vəziyyəti iki haldan kənarada deyil. Ya bütün qonşularla sülh ilə rəftar edib, xatircəmsiniz ki, heç bir müharibə olmayacaqdır... Tutaq ki, belə olmadı, ikinci hal üz verdi. Belə fərz edək ki, İran dövlətinin qarşısına bir düşmən çıxacaq. Iran dövləti də onunla müharibə etməyə məcbur olacaq. Belə olduqda sizin müasir dövrün tələb etdiyi səviyyədə təlim görmüş qoşununuz bəs hanı?...” Bir sözlə, Qacarlar dövlətinin ordu məsələsində də tənəzzül içində olduğunu yazan Marağlıya görə, belə rəhbərləri olan bir ölkədən başqa şeylər gözləmək də mümkün deyildir.

Marağalının əsas qəhrəmanı İbrahim bəy az imiş kimi, Hacıxan adlı birisi də Qacarları top atəşinə tutur: “Bunların əlindən məmləkəti çapmaqdan, dövlətə, millətə xəyanət etməkdən başqa bir iş gəlməz. Dövrünün vəziyyətindən heç bir şey başa düşmürlər. Mən özüm də aldığım bu xanlıq ləqəbindən utanıram. Ancaq neyləyəsən, bütün xanlar ya mənim kimi, ya da məndən betərdirlər. Hamısı eyni düşüncə və fikrə malikdirlər. Görüş dairəsi hamısında darsıqaldır”.

Bütün bunlardan sonra Marağalı Qacarlar dövlətinin dörd sahəsində islahatların aparılmasını düşünmüşdür: 1) Vətənin özünə aid hüquqlar, 2) Vətənin övladına aid hüquqlar, 3) Vətənin idarəetmə işlərinə aid hüquqlar, 4) Vətənin ümumi hüquqları.

Vətənin özünə aid hüquqlarla bağlı o, yazır: “Bunlar vətənin azadlığı və istiqlaliyyətini qorumaqdan, nizam-intizam yaratmaq, özümüz üçün vətən hesab etdiyimiz və İran adlandırdığımız bu xaki-pakın sakinlərinin səadətini təmin etməkdən ibarətdir. İcazəmiz və razılığımız olmadan əcnəbilərdən bir nəfərinin belə onun sərhədindən bir addım bu tərəfə keçməsinə yol verməməliyik. Hələ onların bu torpağın bir hissəsini istila etmək və ya bir guşəsində özünə yer eləyib ordu saxlamaq bir tərəfə dursun!”.

Vətənin övladına aid hüquqlarla bağlı isə o, yazır: “Bunlar vətəndə yaşayan hər bir kəsin həyatı, namusu, malı və şərəfinin öz həmvətənləri və ya əcənəbilərdən olan güclülülərin təcavüzündən qorunması deməkdir”.

Vətənin idarəetmə işlərinə aid hüquqlarla bağlı o, yazır: “Vətənin və əhalinin səadətini təmin etmək üçün bir-birindən ayrı- iki orqan – qanunverici və icraedici orqanlar olmalıdır. Bu iki müstəqil orqanın başında duran yeganə şəxs padşahın zati-aliləridir. O, irsən və haqlı olaraq bu iki orqanı idarə etməlidir”.

Vətənin ümumi hüquqları ilə bağlı isə, Marağalı yazır: “Bu, fərdin cəmiyyətin hər bir fərdinin hüququna şamil olunan ayrı-ayrı xoşbəxtliklərin məcmusundan ibarətdir. Lakin cəmiyyətin ayrı-ayrı üzvüləri o səadəti ələ gətirmək isstəsə də ona təklikdə nail ola bilməzlər. Fəqət birləşdikdə bu səadəti əhya edib, onun ümimi səmərəsindən faydalana bilər. Vətəndaşlar vətən torpağını öz övladlarından daha artıq sevməlidirlər”.

Beləliklə, Marağalının fikrincə, çıxış yolu bir tərəfdən şəriətə olduğu kimi əməl etməkdirsə, digər tərəfdən Qərb, Avropa mədəniyyətinə yiyələnərək onların müsbət mahiyyətli qanunlarından da yararlanmaqdır. Onun fikrincə, Avropanın müsbət qanunları müsəlman ölkələrində tətbiq oluna bilər çünki, “islamiyyətin müqəddəs şəriətinin hökmləri ilə heç bir ziddiyyət yoxdur. Hamısı sağlam əqlə, mətin fikrə uyğundur”. Bu anlamda Marağalıya görə, dövlətin həqiqi mənası da məhz qayda-qanunlar əsasında bir yerdə toplanmış insan cəmiyyətinin idarə olunmasıdır. Yəni bir fərd öz-özünü hansı ağılda idarə edirsə, cəmiyyətdə məhz ağıl əsasında idarə edilməlidir. Əgər dövlət nə qədər sağlam olarsa və sağlam qanunlarla idarə olunarsa onun ömrü də fərdin keçirdiyi üç mərhələdə olduğu kimi (inkişaf etmə, sabitləşmə və ölgünləşmə), bir o qədər uzun sürəcəkdir: “Məlum olduğu kimi, insan orqanizmi dörd ünsürdən ibarətdir və onun ixtiyarı duyğular vasitəsilə danışmaq qabiliyyətinə malik olan vücudun qüdrətli əlinə tapşırılmışdır. Cəmiyyəti idarə etmək ixtiyarı da insan orqanizmindəki duyğulara bənzəyən vəzirlər və məsul işçilər vasitəsilə danışan varlığım misli olan şahın bacarqlı əlindədir. Onun dörd ünsürü də ruhanilər, vəzirlər, tacirlər və təbəələrdir”.

Onların cəmiyyətdəki yerini və rolunu təhlil etdikdən sonra Marağalı bildirirdi ki, indiyə qədər “İran”ın bütün bunlardan məhrum olmasının əsas səbəbi cəhalət, nadanlıq, ədalətsizlik və zülmkarlıqdır. Üstəlik, indiki “İran” şahı bütün bunlara son verməkdənsə tez-tez Avropaya səfərlər təşkil edərək xalqın olan-qalan var-dövlətini də eyş-işrətə xərcləyir. Marağalıya görə Rusiya çarları, Yaponiya imperatorları millətinin tərəqqisinə çalışıb torpaqlarını genişləndirdiyi halda, “İran” şahları isə ölkəni tənəzzülə uğratmaqda davam edirlər.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Bakının fatehi — Nuru paşa

$
0
0
Bakının fatehi — Nuru paşa

Azərbaycan göydən enmiş xilaskarı bir mələk kimi qarşıladı.

Rusiyada çarizm süquta uğradıqdan sonra Zaqafqaziyada yaranmış vəziyyət Azərbaycanı və azərbaycanlıları böyük təhlükə qarşısında qoydu. Bir tərəfdən, S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin əsasən erməni daşnaklarından ibarət ordusu, yaranmış şəraitdən istifadə edərək Bakı, Quba, Şamaxı, Salyan, Kürdəmir və başqa şəhər və qəsəbələri dağıdıb viran qoyaraq Gəncəyə doğru hərəkət edir, digər tərəfdən isə Zəngəzuru işğal edib Qarabağa hücum edən Andranik də Gəncəyə hücuma hazırlaşırdı.

Bununla bağlı M.Ə.Rəsulzadə yazırdı: «Bu müşkül vəziyyətdən milləti qurtaracaq yeganə bir çarə vardı — TÜRKİYƏ. Ümidlər həp oraya dikilmişdi: «O qardaş millət gələcək, bizi düşmən əlindən qurtaracaq». Xalqın bundan başqa bir ümidi qalmamışdı».

Hələ 1918-ci il mayın 1-də toplaşan Zaqafqaziya Seymi müsəlman fraksiyalarının birgə iclasında Trabzonda keçirilmiş sülh konfransı haqqında Seymin üzvü M.Hacınski məlumat verərkən bildirir ki, orada Ənvər Paşa və başqaları ilə söhbətlərdən məlum oldu ki, Azərbaycana geniş şəkildə kömək göstərmək üçün Türkiyə ciddi addımlar atır. Bu günlərdə Ənvər paşanın qardaşı Nuru paşa 300 nəfər təlimatçı ilə Təbrizdən keçərək Gəncəyə gəlməlidir.

M.Ə.Rəsulzadə yazırdı: «O zaman müdhiş bir anarxiyaya məruz, digər tərəfdən də, bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru paşanı göydən enmiş xilaskar bir mələk kimi qarşılamışdı».

Bu elə bir zaman idi ki, Gəncəyə həm Bakıdan hərəkət edən Q.Korqanovun başçılıq etdiyi və əksəriyyəti ermənilərdən ibarət sovet ordusu, həm də Zəngəzur və Qarabağ istiqamətində hərəkət edən Andranikin nizami quldur dəstələri təhlükə altına almışdılar. Azərbaycan Cümhuriyyətinin və Azərbaycan xalqının ölüm-dirim məsələsi həll ounurdu. Belə bir vaxtda F.X.Xoyski hökumət adından Türkiyə dövlətinə müraciət edərək, real hərbi kömək göstərməyi xahiş edir. Sonradan, Azərbaycan parlamentinin birinci iclasında Xoyski bu haqda demişdi: «May ayının 28-də Azərbaycan İstiqlaliyyətini elan edərək, öz hökumətini yaratdısa da, bu hökumət qanun və qayda yaratmaq, ölkənin müdafiə işində aciz idi. Çünki heç bir hərbi qüvvəmiz və silahımız yox idi. Türkiyə ilə bağladığımız müqaviləyə əsasən, Azərbaycan Türkiyədən bir qədər əsgəri yardım ala bilərdi. Hökumət bu haqda Türkiyə hökumətinə müraciət etdi. Özünüz bilirsiniz ki, Türkiyə öz borcunu yerinə yetirdi».

Beləliklə, Türkiyənin iki qrupdan ibarət 5-ci Qafqaz diviziyası Gümrü-Dilcan-Qazax istiqamətində Azərbaycana doğru hərəkət etdi. Birinci qrup iyunun 11-də, ikincisi isə iyunun 12-də Qazaxa çatdı. Burada azərbaycanlılar türk ordusunu görünməmiş bir sevinc və səmimiyyətlə qarşıladılar. Sonra Karpat cəbhəsindən 15-ci Çanaxqala diviziyası da Gəncəyə gəldi. Nuru paşanın komandanlığı altında, Azərbaycan korpusu ilə birləşən bu hissələr Qafqaz İslam Ordusunu yaratdılar.

Nuru Paşanın Gəncə və Bakı yürüşləri heç də rəvan keçmir. Bu yol ciddi maneələr və çətin döyüşlərlə müşayiət olunur. Belə ki, türk və bolşevik qüvvələri Göyçay-Qaraməryəm cəbhə xəttində bir müddət qarşı-qarşıya dayanır. Qafqaz İslam Ordusu Komandanlığı Qərargahı və Nuru paşa bolşeviklərə qarşı hücumun iyunun 28-də başladılmasına qərar verir. Hücum hazırlıqlarının son dərəcə gizli aparılmasına baxmayaraq, düşmən qüvvələrinin görülən işlərdən xəbərdar olduğu aydınlaşır. Bolşeviklər iyunun 27-də üç tabor piyada ilə səhər tezdən hücuma keçir. Düşmən qüvvələri Göyçay-Qaraməryəm yolunun şimalındakı 10-cu Qafqaz alayına şimal tərəfdən və arxadan zərbə endirir. 10-cu Qafqaz alayının əmrinə verilən diviziya ehtiyatı 25-ci tabor və nizami 2-ci süvari alayının da savaşa qatılması ilə şimaldakı bu təhlükə qısa müddətdə aradan qaldırılır. Alayın hər pilləsindəki komandirlər, Qaraməryəm — Göyçay yolu boyunca irəliləyən düşmənin atəşinə qarşılıq olaraq, ciddi müqavimət göstərirlər. Bolşeviklərin taktika və manevrlərini vaxtında sezərək, döyüşlərin gedişini dəyişməklə düşmənin qarşısı alınır.

Türk Qafqaz İslam Ordusu Göyçay yaxınlarında savaşarkən, rus kazakı polkovnik Biçeraxov 1500 nəfərlik hərbi qüvvəsi ilə Ənzəlidən gəmilərlə hərəkətə başlayır və 1918-ci il iyulun 2-də Bakının cənubundakı Ələt qəsəbəsində quruya çıxır. O, Şaumyanla görüşüb, cəbhə bölgəsi ilə bağlı dəyərləndirmə aparır. Biçeraxov iyulun 6-da rusbolşevik — erməni daşnak qüvvələrinin komandanlığına gətirilir. Rus-erməni birləşmiş qüvvələrində cəbhənin sağ qanadının komandiri isə Korqanov idi. Nuru Paşa erməni daşnak və rus bolşeviklərin ruslardan və ətrafdakı erməni kəndlərindən davamlı dəstək alaraq, arxadan və yandan basqın şəklindəki hücumlara qalxmalarının ordu üçün təhlükə törətdiyini görür, bu hücumların davam etməsi halında 5-ci Qafqaz piyada diviziyasının böyük təhlükə altında olacağından narahatlıq keçirir. Bakının mövcud qüvvələrlə ələ keçirilə bilməyəcəyi qənaətini hasil edən Paşa Şərq Orduları Qrupu Komandanlığından bir dəfə də dəstək istəməyə qərar verir.

Qafqaz İslam Ordusu Göyçay ilə Salyan-Neftçala bölgələrindəki düşməni təmizlədikdən sonra iyul ayının ortalarında paytaxt Bakıya 130 kilometr yaxınlaşır. Qarşılarında Ağsu təpələri və bundan sonra isə Şamaxı vardı. Ənvər paşa Nuru paşaya göndərdiyi əmrdə Bakının tezliklə düşmən işğalından qurtarılaraq hərbi hərəkatın sona çatmasını istədiyini bildirirdi. Çünki Almaniya və Rusiyadakı bolşevik Sovet idarəsi hərbi yürüşün dayandırılması üçün təzyiqlərini get-gedə artırırdılar. Nuru paşanın nəzarəti altında olan hərbi qüvvələr iki qrupa ayrılmışdı. Şimal qrupu kurmay yarbay Osman bəyin komandanlığı altında Şamaxı üzərindən Bakıya hərəkət etməli idi. Cənub qrupuna Azərbaycan türkü olan Həbib Səlimov komandirlik edirdi və bu qrup Müsüslü-Kürdəmir-Hacıqabul-Bakı dəmir yolu xətti boyunca cənuba doğru irəliləməli və qarşısındakı düşməni təmizləməli idi.

Bakının azad edilməsi üçün hazırlıqların getdiyi bir vaxtda, almanlar şəhərin türklərin əlinə keçməsini istəmədiklərindən Türkiyə Baş Qərargahına etdikləri təzyiqi daha da artırdılar. Bununla belə, Qafqaz İslam Ordusunun bir çox hərbi birləşmələri ermənilərin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri qırğınların qarşısını almağa çalışırdı.

Qafqaz İslam Ordusunun Şamaxını ələ keçirməsindən sonra Bakıdakı Xalq Komissarları Soveti və Şaumyan bütün ümidini Rusiyadan köməyə gələcək hərbi qüvvələrə bağlamışdı. Lenin iyulun ortalarından etibarən silah və ləvazimat yardımını artırır. Ukrayna cəbhəsində xidmət edən Petrovun sərəncamında olan üstün silahlarla silahlanmış 780 nəfərlik bir ordu birləşməsi də Bakının üzərinə göndərilir. Həmin qoşun birləşməsi iyul ayının 19-da Bakıya çatır.

Qafqaz İslam Ordusu Bakıya yaxınlaşdıqca, Bakı Xalq Komissarları ətrafındakı siyasi qüvvələr də ayrılmağa, get-gedə parçalanmağa başlayır. Azərbaycan türklərinin milli mənafelərini təmsil etməyən bu qüvvələr Bakının əldən çıxacağı təqdirdə, törətdikləri qırğın və zorakılıqların hesabını verməkdən qorxaraq bu vəziyyətdən çıxış yolu axtarmağa başlayır. Şaumyanın əleyhinə çıxan dairələr ingilis ordu birləşmələrinin Bakıya gələrək, türklərə qarşı vuruşmasının yeganə çıxış yolu olduğu qənaətinə gəlirlər.

Rus-erməni hərbi birləşmələri və Lenin başda olmaqla bolşeviklərin ciddi səylərinə baxmayaraq Qafqaz İslam Ordusu Bakını azad edə bildi.

Paytaxt azad olunduqdan sonra ordu hissələri Qarabağa göndərilir və Qarabağın erməni daşnaklarından təmizlənməsi əməliyyatına başlanılır. Uğurlu döyüşlərlə Türk-Azərbaycan qoşunları Şuşaya daxil olaraq şəhərdə Azərbaycan bayrağını qaldırır. Lakin Türkiyənin Birinci Dünya müharibəsində uduzması Nuru Paşanın bu işini yarımçıq qoyur. 1918-ci il oktyabrın 30-da imzalanmış Mudros barışığından sonra Osmanlı qüvvələri Azərbaycanı tərk etmək məcburiyyətində qalır. Nuru Paşa 1920-ci il aprel çevrilişindən sonra da gizli olaraq bir qrup türk zabiti ilə Dağıstandan keçərək Şuşaya gəlir, bolşeviklərə qarşı döyüşlər aparır, Aran Qarabağ və Zaqatala bölgələrində xalqı bolşeviklərə qarşı üsyana qaldırır. Daha sonra bir Azərbaycan süvari alayı və bir batareya ilə Türkiyəyə dönən Nuru Paşa Ərzuruma gələrək Naxçıvan dəstəsinə qoşulur və azadlıq mübarizəsində iştirak edir.

İstanbula yiyələnən ingilislər Nuru Paşanı həbs edir və onu Batumiyə gətirirlər. İngilislər onu Bakı yürüşündə «minlərlə erməninin öldürülməsində» suçlayırdılar. Heç bir güzəştə gedilmədən paşanın edamına hökm verilmişdi. Xəbər Bakıya çatdıqda Azərbaycan hökuməti paşanın həbsdən azad edilməsi yollarını aramağa başladı. Baş nazir Nəsib bəy Yusifbəyli Nağı bəy Şeyxzamanova: «Nağı, Nurunu Batumda tutublar» deməklə, onun qarşısına paşanı xilas etmək vəzifəsini qoyur. 1919-cu ilin martında azərbaycanlılardan ibarət xüsusi hazırlanmış silahlı dəstə Batumidə həbsxanaya basqın edərək qurbanlar bahasına da olsa paşanı oradan qaçırmağa nail olur.

Beləliklə, Nuru paşa yenidən Azərbaycanda idi. Azərbaycan 1920-ci ilin aprelində Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra ermənilər qarışıqlıqdan faydalanaraq, Qarabağda, Zəngəzurda və Göyçədə baş qaldırır, qırğınlar törədirlər. Nuru paşa 1920-ci ilin iyununda Qarabağda bolşevik idarəsini devirir və irəliləyən «Qırmızı ordu»ya və erməni qüvvələrinə ağır zərbələr vurur.

Əlbəttə, bu döyüşlər qurbansız başa gəlmədi. Türkiyədən göndərilən hərbi hissələrdə 10 min nəfərə yaxın əsgər və zabit olmuş, Azərbaycanın azadlığı uğrundakı döyüşlərdə onlardan min nəfərə yaxını canını qurban vermişdi.

Bu qurbanlardan biri də İzzət bəy adlı bir türk əsgəriydi ki, Şamaxı yaxınlarındakı Acıdərədəki məzarda uyuyur. O gündən bu günə qəbirin adı «Türk məzarı» olaraq xatırlanır.

Bəxtiyar Vahabzadə «Tənha məzar» şeirindən bir neçə misranı, lövhəylə yazdıraraq yolçular gəlib keçdiklərində görə biləcəkləri bir məkana asdırıb:

Yolun kənarında tənha bir məzar
Üstündə nə adı var nə soyadı.
Ey yolçu, maşını saxla bu yerdə
Soruş kimdir yatan tənha yerində.
O bir Türk zabiti qəhrəman, mətin
Doğma qardaşına köməyə gəldi.
Qırğına tutulan millətimizin
Haqlı döyüşünə köməyə gəldi.
Uzaqdan hay verib sənin səsinə
Gəldi, gəldi dönmədi öz ölkəsinə.
Düşmən tərəfini o, soldan sağa
Biçib dəstəsiylə cəbhəni yardı.
Torpağın uğrunda düşüb torpağa
Sənin torpağını sənə gaytardı.
Özü qoruduğu, həm can verdiyi
Yolun kənarında dəfn edildi o.
Uğrunda canını qurban verdiyi
Torpağı özünə vətən bildi o,
Yolçu avtomobili bu yerdə saxla.
O məzar qarşısında sən təzim eylə.
Hörmət et, dua ver onun ruhuna,
Ayaq basdığın yer borcludur ona.

Türklərin bizim azadlığımız uğrunda bu fədakarlığına ən yüksək qiyməti M.Ə.Rəsulzadə vermişdir: «Sonra mənhuz bir ixtilal nəticəsində məzarları unudulmuş qalan Anadolu məhəmmədcikləri Bakıdakı şəhadətləri ilə Türklüyə yeni bir siyasi vücud əta ediyorlardı. Məddətən unudulmuş, fəqət mənən bütün qəlblərdə dəfn edilmiş bu qəhrəman Şəhidlər yalnız Bakıdamıdırlar? Naxçıvandan, Qarabağdan, Şamaxıdan, Gəncədən ta Bakıya qədər bir yer varmı ki, orada böylə bir fədakar yatmasın!..?

Cavid Şahverdiyev

Səsi çatan o taya əli yetmədi Şəhriyarın...

$
0
0
Səsi çatan o taya əli yetmədi Şəhriyarın...

Heydərbaba, ildırımlar çaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda
Səlam olsun şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.


O taylı, bu taylı Azərbaycanın böyük şairi Şəhriyar. Bütün türk dünyasının sevimlisi, nisgil, göz yaşı, həsrətlə adı qoşa çəkilən Şəhriyar.

Hələ sovet Azərbaycanından hamımızın həsrət ünvanı kimi baxdıgımız o tayı bir də Şəhriyarla tanıyıb sevmişik. Bir zamanlar biz türklərin paytaxt şəhəri olan Təbrizi, milli yaddaşımızı oyadaraq bizə təkrar sevdirən Şəhriyar olub. Səsindəki həsrət və yanğıya kövrəldiyimiz, sanki bir hissəsi kəsilmiş, yaralı torpağı şeirlərində bütövləşdirən şairdir Şəhriyar. Ürəyimizdə yara açan tikanlı məftillərin ağrısını-acısını “Heydərbabaya salam”la unutmuşuq. Uşaqdan böyüyə hər kəsin dilinin əzbərinə çevrilib Heydərbabasına ünvanladığı mənzum şeiri. O taylı, bu taylı Azərbaycanın azadlıq arzularını əks etdirən Vətən şeirləri bir himn kimi dolaşıb dillərdə.

Məhəmmədhüseyn Şəhriyar 1907-ci ildə Təbrizin Qaraçəmən elinin Xoşginab kəndində vəkil Hacı Mir Ağa Xoşginabinin ailəsində dünyaya gəlib. Atası şeir və musiqini şox sevən biri olub. Anası Kövkəb xanım da şifahi xalq yaradıcılığından, klassik irsimizdən, xüsusən, Seyid Əzim Şirvaninin qəzəllərindən tez-tez oğlu Şəhriyar üçün oxuyarmış. İlk təhsilini Xoşgonab kəndində Molla İbrahimdən almışdı. Orta məktəbi Təbrizdə bitirmiş, 1922-ci ildə Tehran Universitetinin Tibb fakültəsinə daxil olmuşdu. Tələbəlik illərində Surəyya adlı bir qızla dərin eşq yaşayır. Lakin bu sevgi yollarında qızın yüksək rütbəli məmur qohumuyla üz-üzə gəlir. O, gənc tələbəni tutduraraq zindana atdırır, sonra isə Nişapura sürgünə göndərir. Doğma və yaxınlarından ayrılıq Şəhriyara nisgil gətirir, təqib və təhdidlər onu çətin sınağa çəkir.

Yaradıcılığa farsca şeirlər yazmaqla başlıyıb, bu dildə təkrarsız, gözəl əsərlər yaradıb. Nizami, Rumi, Xəyyam, Hafiz, Sədi, Şəms Təbrizi, Saib Təbrizi poeziyası ilə hələ gənc yaşlarından tanış olub. Ötən əsrin 19-20-ci illərindən etibarən istedadlı bir şair kimi tanınan Şəhriyar klassik şeirın bir çox şəkillərində əsərlər yazıb. Ədəbiyyatı gözəl sənət inciləri ilə-qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirib. Məhəbbət lirikasının dahiləri Hafiz və Füzulinin qəzəlləri ilə müqayisə oluna bilən sevgi şeirlərinin müəllifidir Şəhriyar.

Yaradıcılığa Behcət təxəllüsü ilə başlamış, sonra Hafiz divanından fal açmaqla Şəhriyar təxəllüsünü götürmüşdür.

Məhəmmədhüseyn Şəhriyar Azərbaycan şeirinin ən yüksək zirvəsinə ucalıb.

Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrıllığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?


Azərbaycan şeir aləmində Şəhriyar qədər ayrılığın, nisgilin, həsrətin rəsmini çəkən ikinci bir şair tapmaq çətindir. O sadə xalq dilində yazılmış əsərlərilə milyonların qəlbində taxt qurub. Xalqı ilə yaşadı, onun kimi düşündü, onun kimi məhrumiyyət çəkdi, kədərləndi, onunla birgə sevindi Şəhriyar.

Uşaqlığı Heydərbaba dağının ətəklərində, Xoşginabda, Şəngilavada, Qaraqurşaq kəndində, Qaraçəməndə keçən şair mühitinin zəngin etnoqrafik çalarları, qaynar həyatı, rəngarəng milli adət-ənənələrini dünya şöhrəti qazanmış “Heydərbabaya salam”mında əbədiləşdiridi. Şəhriyarın Azərbaycan türkcəsində ilk əsəri olan “Heydərbabaya salam” mənzum şeiri 1954-cü ildə Təbrizdə nəşr olunduqdan dərhal sonra bu əsərə ilk səs verən qardaş Türkiyə elindən Məhəmməd Əmin Rəsulzadə oldu. O, Türkiyədə nəşr olunan “Azərbaycan” dərgisində “Ədəbi bir hadisə” adlı uzaqgörən bir məqalə yazdı.

Bütöv Azərbaycan həsrətilə alışıb yanan, “Qırx ildir ki, dustağam mən, qaralar içrə ağam mən” deyən şair ömrü boyu Qüzey Azərbaycanı görə bilməsə də, bu yerlərin xəyalı ilə yaşamış, Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə və digər şairlərlə məktublaşmış, əsərlərində tez-tez Bakını, Sabiri, Səməd Vurgunu yad etmişdir. Süleyman Rüstəmə cavab məktubundan olan bu sətirlər hər bir Azərbaycan övladının qəlbini titrədir:

Səsin mənə nəfəs oldu,
Qəbir yenə qəfəs oldu.
Bir balaca həvəs oldu,
Dedim yenə durum yazım,
Özumə bir qəbir qazım.
Qardaşların gözündən öp,
Bəxtiyarın üzündən öp,
Səmədin də sözündən öp,
Mən də təkəm sizə qurban,
Tək canım hammıza qurban.

Türk ellərinə, türk millətinə, türk (Azərbaycan) dilinə vurğunluğunu ifadə etdi şerlərində.

Türkün dili tək sevgili, istəkli dil olmaz,
Ayrı dili qatsan bu, əsil dil, əsil olmaz,


- deyərək dilimizin qüdrətindən bəhs etdi.

Azərbaycan türkcəsində yazdığı əsərlərindən qürurlanaraq başqa bir şeirində “Türki bir çeşmə isə, mən onu dərya elədim” dedi Şəhriyar.

Doğma Türkiyəyə xəyalən səfər edərək bu yurda sevgisini, özləmini də belə dilə gətirdi:

Gəlmişəm nazlı Hilal ölkəsinə,
Fikrətin incə xəyal ölkəsinə.
Akifin marşı yaşardıb gözümü.
Baxıram Yəhya Kamal ölkəsinə.
Mən də Azər balası, Türk oğlu,
Qonağam doğma qarındaşlarıma.

“Həyat vəfasızdır” deyirlər. Haçansa payız rüzgarı əsir, qarşısına çıxan hər şeyi süpürüb aparır. Əcəl gözlənilməzdi, qaşla gözün arasındadır, görə bilmirik. Dünya gəlimli-gedimlidir. Ulu Dədə Qorqudumuz da elə bu öyüdlə Oğüz övladlarına dərs verirdi, “Torpaq almamış, yer gizlətməmiş kamınızı alın, yaxşı ad qoyun” - deyə. Əcəl xəbəri də özü kimi gözlənilməz olur. Heç kim ölümə inanmaq istəmir, inana bilmir. O ki qala Şəhriyar. Zəngin ədəbi irsi ilə yalnız o taylı, bu taylı Azərbaycanın deyil, dünyanın Azərbaycanlılar yaşayan bütün ölkələrində dərin məhəbbətlə sevilən ustad şair Məhəmmədhüseyn Şəhriyar. Heç özü də inanmazdı ki, bir gün həyatın dolanbaclarında, döngə və dolaylarında gözləyən ölüm mələyi onu öz qanadlarına alıb aparacaq. Və bir gün ildırımlar onsuz çaxacaq, ağ buludlar köynəklərini onsuz sıxacaq, novruz gülü, qar çiçəyi, min illər oldugu kimi, yenə qar altından boylanaraq günəşi salamlayacaq:

Heydərbaba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu.
Heç bilmədim gözəllərin necə oldu?
Bilməz idim döngələr var, dönüm var
İtkinlik var, ayrılıq var, ölüm var.


1988-ci ilin sentyabr ayının 18-də Tehranın Mehr xəstəxanasından duyulan acı xəbər qəfil küləklərin pəncərəyə çırpıldığı kimi ayrılığın, itkinliyin tül pərdələrini də üzümüzə çırpdı. Dünyaya gələn bir gün getməlidir. Süleymana qalmayan dünyadı bu, dogru. Amma kam almadı, nisgili, həsrətilə köçdü bu dünyadan Şəhriyar! Bu nisgil, bu həsrət təkcə özünün olsaydı, nə vardı ki, bu o taylı, bu taylı bütöv Azərbaycanın, taleyin hökmü ilə müxtəlif ölkələrə səpələnmiş dünya Azərbaycanlılarının arzusu, istəyi idi.

Çağırsa ünü yetən bu taya əli yetmədi. Göz yaşı Arazın sularına qarışaraq axdı, axdı, illəri yola saldı. Təbrizdən Bakıya, Gəncəyə, Naxçıvana uzanan yollardan soraq gəlmədi, Vətənində tək və qərib qalan Şəhriyar ömrünün son günlərində “Dünya yalan dünyadır” qənaətinə gəldi.

Qorxum budur, oyun ola,
Millət yenə qoyun ola, - qorxusuyla köç etdi Şəhriyar.


Xudafərin körpüsü Arazla baş-başa verib bu ayrılığın xiffətilə kərpic-kərpic yandı, damla-damla əridi. Ağır itki, çətin dərddir nisgilli Şəhriyar yoxluğu! Amma təsəlli də var. Təsəlli Şəhriyar sənəti, onun o tay - bu tay Vətənimizin xöşbəxt gələcəyindən xəbər verən arzularının, ümidlərinin ölməzliyi, Şəhriyarın cağdaş nəslimizə vəsiyyətidir.

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!
Səndən uzaq düşsəm də, eşqin ilə yaşayıram.
Yaralanmış qəlbim kimi qəlbi viran, Azərbaycan !
Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!


Gülparə Bayram

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV - III YAZI

$
0
0
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV - III YAZIAMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)


Nəcəf bəy Vəzirov 1890-cı illərdə qələmə aldığı digər pyeslərində də cəhalətə, avamlığa qarşı mübarizə apararaq millətin və dinin adına yapışdırlan xoşagəlməz “adətləri, “mərasimləri” tənqid etmişdir. Məsələn, “Dalldan atılan daş topuğa dəyər” pyesində sehr, caduya inanan Xırda xanımları, Nurcahanları tənqid etmişdir. Belə ki, bəy arvadı olan Xırda xanım dərvişin sehr, cadusu ilə təhsilsiz olan qızını cavan bir həkimə ərə vermək istəyir, üstəlik oxumuş qızları da bəyənmir. Ancaq onlardan fərqli olaraq Vəzirovun müsbət obrazı olan İskəndər bəy isə təhsil görmüş bir həkimdir. İskəndər bəyin və müəyyən anlamda da Dəli Şirinin obrazında Vəzirov dini xurafat və dini mövhumatın tənqidini vermişdir.

“Yağışdan çıxdıq, yağmura düşdük” pyesində də Vəzirov əsas diqqəti müsəlmanların öz dinlərindən, milli törələrindən xeyli dərəcədə uzaqlaşıb cahilləşməsinə yönəltmişdir. Əsərin müsbət qəhrəmanı olan Əşrəf bəyin dilindən Vəzirov deyirdi ki, peyğəmbərimizin dediyi kimi, müsəlman müsəlman qardaşına dəstək olmalıdır, amma hazırda müsəlman müsəlmana badalaq gəlməklə məşğuldur. Ona görə də, bütün müsəlman dünyası zülmət içindədir. O yazır: “Adını müsəlman qoyan üçün dünyada hər bir dərdlərdən acı odur ki, hansı din qardaşımıza rast gəlirsən, onda mürüvvət, rəhm, məhəbbət nişanələri bilmərrə görünmür və halonki Həzrət Rəsul əleyhüssəlam buyurubdur ki, Məğribdəki müsəlmana iynə batsa, Məşriqdəki gərək onun ağrısın bilsin... Bu saat yer üzündə nə qədər müsəlman var, həmən zəlalətdədirlər... Səbəb? Ehkami-şəriət bilmərrə yaddan çıxıb... Elm yox, tərbiyə yox, ədəb yox... Hər bir qədəmdə vəhşi nadanlıq, adam öldürmək, qan tökmək, yalan demək... Sübut? Tamaşa edin, divanxanalar qapısında qoyun sürüsü kimi boyun-boyuna büzülüb yığılan kimdir? Müsəlman! Bir-birinin canına-malına düşmən kimdir? Müsəlman! Bu çolaq, çiyni düşük, dilənçi kimdir? Sərgərdan, əli qoynunda neyləyim deyən kimdir? Ah! Yazıq, bədbəxt, biçarə müsəlman!.”.

Eyni zamanda, Əşrəf bəyin dilindən Vəzirov deyir ki, Avropada bir oğlan biri qızı sevəndə ürəyini ilk növbədə ona açması orada ədəbsizlik sayılmır, nəinki müsəlman ölkələrində: “Avropa əhlinin bu qaydası yaxşıdır ki, oğlan öz xahişini qıza qandırır, qız da elə ata-anasına məlum eləyir, cavab çıxır: bəli, ya xeyr. Vəssalam!.. Bizim işimiz çətindir. Mənim əlacım ona qalıbdır ki, özüm mərd-mərdana deyim; hərçənd utanıram, həya eləyirəm”. Deməli, Vəzirov da ailənin qurulmasının qarşılıqlı münasibətlər əsasında olmasını vacib hesab etmiş, üstəlik qadınlarmızın son zamanlarda düşdüyü vəziyyətə haqq etmədiyinə inanmışdır. Hər halda onun qadın obrazlarının dilindən deməsi ki, rus-Avropa təhsili görmüş kişilər artıq türk arvadlarını bəyənmirlər, bu təsadüfi ola bilməzdi.

Bu onun nəticəsi idi ki, bir yanda müsəlmanlıq adı altında milli dəyərlərmizdən, eyni zamanda əsil islam qayda-qanunlarından uzaqlaşdığımız kimi, yeni dövrdə də zahirən ruslaşmağa-avropalaşmağa qədəm qoymuşduq. Bunu, “Nə əkrəsən, onu biçərsən” pyesində Nurcahanın dilindən Vəzirov belə ifadə etmişdir: “Neçə gün bundan əqdəm getmişdim Ağa Cəfərgilə, girdim otağa, gördüm onun arvadı Gülbacı Rusiyət libasında öz-özünə danışır: “Razdivay pajalskə”. Soruşdum, a qız, dəli olubsan nədir? Nə danışırsan? Dedi neyləyim, başına dönüm, Nurcahan xala? Əmi oğlu evə gələndə deyir ki, türk arvadları bircə qara quruşa dəyməzlər, özləri pinti, libasları yaraşıqsız, üstlərindən pis iy gəlir... Gedirsən xarici qızlarının yanına, adama elə naz-qəmzə edirlər ki, adamın ağlı başından çıxır”. Başqa bir yazısında da Vəzirov bu məsələyə toxunaraq bildirirdi ki, nəinki rus-Avropa təsiri altında olanlar, eləcədə digər bəzi müsəlman kişilər də rus qadınlarına uyaraq ailələrini dağıdırlar.

Gördüyümüz kimi, N.Vəzirov da A.A.Bakıxanov, H.Zərdabi, S.Ə.Şirvani və başqa milli ruhlu mütəfəkkirlərimiz kimi, Azərbaycan xalqının nicatını sonunda milli-dini dəyərləri aşağılamadan yeni dünyanın üsul və qaydalarını mənimsəməkdə – dünyəvi elmlər öyrənməkdə, yeni məktəblər və tibb ocaqlarının yaranmasında, qəzetlərin nəşrində görmüşdür. Bu yolda isə Vəzirov islamı dinini və milli dəyərləri nəinki əngəl kimi görmüş, əksinə həm islam dininin, həm də milli dəyərlərin mütərəqqi tərəflərinin olmasını, ancaq müsəlmanların-türklərin bundan uzaq salındığını dəfələrlə qeyd etmişdir. Bu isə o deməkdir ki, N.Vəzirov heç də bəzilərinin yazdığı kimi M.F.Axundzadənin ateizmini davam etdirən inqilabçı-demokrat deyil, o, millətini sevən, islama hörmət edən bir mütəfəkkir olmuşdur.

Yeri gəlmişkən, Vəzirovun əsas yaradıcılığı 19-cu əsrin ikinci yarısı ilə bağlı olsa da, ancaq qismən 20-ci əsrin əvvəllərində də ictimai-maarifçi baxışlarına uyğun bəzi məqalələr və pyesləer yazmışdır. O, XX əsrin əvvəllərində «Həyat», «Tazə həyat», «İrşad», «Yeni İrşad», «Açıq söz» və b. qəzetlərdə nəşr olunan məqalələrində ictimai-maarifçi dünyagörüçündə millətin istiqbalı məsələsinə diqqət yetirmşdir. N.Vəzirov yazırdı ki, sözdə millətpərəstlikdən, insanpərvərlikdən, müsəlmanlıqdan əl çəkib, millətin birliyi və vətəninin azadlığı uğrunda çalışmaq lazımdır: “Millətpərəstlikdən, vətəndaşlıqdan dəm vururuq qaraca qəpikdən ötrü, qoçuluq edirik genə o qəpikdən ötəri?! Yalandan Quranamı, kitabamı and içmirik o qəpikdən ötəri”.. N.Vəzirov yazır ki, onun üçün ən böyük problem müsəlman qardaşlarının cəhaləti, avamlığı, nadanlığı, bir sözlə millətin dərdidir. O ümid edirdi ki, 1905-ci il inqilabı türk millətinin də oyanışına səbəb olacaq və millətin varlıları məktəblər, xeyriyyə cəmiyyətləri, milli təşkilatlar və qəzetlər yaradacaqlar. Bununla da müsəlmanlar tərbiyələnər, elmlənər, millət dərdi çəkər, soydaş və dindaşlarını aldatmaz.

Vəzirov “Həyat” qəzetində (1905) dərc olunan başqa bir məqaləsində yazırdı ki, atrıq müsəlmanlar-türklər də “mənəm, mənəm”likdən əl çəkub elm haqqında düşünüb, bu dünyada cəhalət nəticəsində məhv olmağın çarəsini tapmalıdırlar. O, yazır: “A kişi, kərbəlayı, bir qəribə, yüz il cürəbəcürə işlərə düçar olub xabi-qəflətdə, cəhalətdə qalıb, indi zülmatı gözləyirik. Cəmi məxluqdan geri, avara, sərgərdan. Bu müsibətlərin aqibəti hər bir qədəmdə sübut: yerindən qalxan “mənəm, mənəm” deyib, girib meydana əində xəncər, belində pişto (revolver), gün keçmir cavan cavan dalınca yox olur və necə oğlanlar! Məgər bu müsibət deyil? Məgər belə ruzigar həmin cəhalətin meyvəsi deyil? Bu gecə vaqiədə, kərbəlayı, qalqmışdım asimana, səslənirdim: müsəlman! Xabi-qəflət kifayətdir, rəhminiz gəlsin övladnıza. Zəmanə elm-tərbiyə zamanıdır, insaniyyət zamanıdır. Qoymuyunuz övladınızı cəhalətdə qeyrilərə əsir, qul. Axır onlar sizin əziz balalarınızdır, rəhm ediniz”.

Ancaq bütün bunlara baxmayaraq yenə də müsəlmanların bir araya gəlməsindən çox özlərinin özlərinə düşmən kəsildiyini yazan Vəzirov inanırdı ki, əgər bu müsəlmanlar şəriətin əsil mahiyyətindən xəbərdar olsaydılar pis əməllərindən utanardılar, O, da bir dərviş kimi Allahdan diləyir ki, bu bəlalardan müsəlmanları uzaq eyləsin: “Xudaya! Bizləri cəhalətdən xilas, şəriətimizə mehriban et. Rəhmindən məhrum edib bizləri birəhm qılma, insaf, mürüvvət əta et”. Ona görə, ancaq bir şey də həqiqətdir ki, bir çox müsəlmanlar min əsrdir bu cür vəzlərə qulaq versələr də əməl etmirlər: “Bir toxumdur atıram havaya, bitə ya da bitməyə”. Bizcə, bir az da bədgümanlığa qapılaraq müəyyən zamanlarda Vəzirov hesab etmişdir ki, sözün həqiqi mənasında dininin qayda-qanunlarına, millətinin törələrinə əməl edə biləcək bir müsəlman belə qalmamışdır.

Ancaq ondakı bu pessimizmin müvəqqəti olduğunu görürük. Çünki başqa bir məqaləsində o, müsəlman dünyasında xeyirli, uğurlu bir işin olmasına ümidini itmədiyini də ifadə etmişdir. Məsələn, həmin yazıdan belə məlum olur ki, o, müsəlman dünyasından Qacarlarda qanunların büsatına, Osmanlıda Məclisin açılmasına, müsəlman ölklərində hürriyyətin baş verməsinə ən azından yaxın zamanda çox da ümid bəsləməsə də, bunun əvəzində süni-şiə söhbətinin aradan qalxacağına, müsəlmanların cəhalətdən ayılacağına isə ümidi çoxdur.

Qeyd edək ki, Cümhuriyyət dövründə də N.Vəzirov vətən və millət məsələsini önə çəkmiş, vətəni qoruyan əsgərlərə hörmət etməyi, çarəsiz millət övldalarına yardım etməyi, vətənin hər bir qarış torpağını sevməyi vacib saymışdır: «Bəs indi biz azərbaycanlılar-türklər öz vətənimiz haqqında necə rəftar edirik?... Gecə-gündüz, vaxtlı-vaxtsız, hər dəqiqə vətənin qanını soran quzğunluq! Amandır, quzğunlar! Vətən əldən gedər, yaman günlərə qalarıq. Balalarımızın xatirinə, gələcəkdə övladlarımızın xatirinə rəhm edin vətənə, rəhm edin millətə, əl çəkin mürtəd işlərdən, yoxsa gələcək tarixində adınız çəkilində lənət oxunacaqdır».

Nəcəf bəy Vəzirovun dünyagörüşü ilə bağlı fikirlərimizi yekunlaşdıraraq belə bir nəticəyə gəlirik ki, onun ictimai-maarifçi görüşlərinə xeyli dərəcədə rus-Avropa mədəniyyətinin ciddi təsiri olmuşdur. Belə ki, o, yaradıcılığının ilk dövrlərindən başlayaraq bir müddət milli-dini adət-ənənələri əsasən köhnəlmiş hesab edərək sərt tənqid etdiyi halda, bunun müqabilində Qərb-Avropa mədəniyyətindən yararlanmağın müsbət cəhətlərindən bəhs etmişdir. Belə ki, Vəzirov dövründə mövcud olmuş və köhnəlmiş hesab etdiyi “adət-ənənələri”in əslində İslam-Şərq-Türk mədəniyyətinə sonradan olunmuş əlavələrlə qarşıq salmışdır. Yəni o, köhnəlmiş “adət-ənənələr” dedikdə, bunu əsil milli-dini dəyərlərlə qarışıq salaraq ondan imtina etməyi və inkişafda olan Qərb mədəniyyətinə üz tutmağı məqbul saymışdır.

Ancaq bir müddət sonra Vəzirov müəyyən dərcədə də olsa, həm Qərb mədəniyyəti heyranlığından uzaqlaşmış, həm də İslam-Şərq-Türk mədəniyyətini ona əlavə olunmuş “adət-ənənələrdən” fərqləndirməyi bacarmışdır. Bu isə o deməkdir ki, onun dünyagörüşündə müəyyən dəyişiklik baş vermiş, Vəzirov artıq nisbətən milli-dini mədəniyyətin təsiri altında ictimai-maarifçilik baxışlarını ortaya qoymağa başlamışdır. Hər halda Vəzirovun dünyagörüşünün ikinci mərhələsində görürük ki, onun qəhrəmanları nicat yolunu yalnız Qərb mədəniyyətində axtarmır, eyni zamanda əlavələrdən uzaq olan İslam dini və milli mədəniyyətə də maraq göstərir. Xüsusilə də, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində N.Vəzirov daha çox milli-dini dəyərlər çərçivəsində millətin inkişafına inanmış, rus-Avropa mədəniyyətinə heyranlğı nisbətən azalmışdır. Hər halda Vəzirov bir çox gerçəkləri gördükdən sonar bir cəmiyyətin tənəzzüldən uzaqlaşıb tərəqqiyə qədəm qoyması üçün, ilk növbədə milli törələrinə və dini dəyərlərinə sahiblənməsinin vacibliyini də dərk etmişdir.

Karabakhmedia.az

Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi ilə

$
0
0
Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi ilə

Azərbaycan və Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən əsas amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli oluğu kimi, Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə Azərbaycan türklərinin maddi, mənəvi və hərbi yardım göstərmələri Türkiyə üçün bir o qədər önəmli olmuşdur.

Bu gün Qafqaz İslam Ordusunun Azərbaycandakı fəaliyyətləri və göstərdikləri xidmətlər haqqında ciddi elmi araşdırmaların aparılması, bu barədə xeyli sayda məqalələrin, kitabların yazılması, sənədli filmlərin çəkilməsi olduqca təqdirə layiq bir haldır. Lakin gərəkdir ki, milli mücadilə dönəmində Türkiyə ordusuna qatılaraq müxtəlif cəbhələrdə Anadolu türkləri ilə çiyin – çiyinə savaşan Azərbaycan hərbi birliklərinə də eyni dəyəri və önəmi verək.

1920 – ci ilin iyul ayında Türkiyəyə mühacirət etmiş Azərbaycan Cümhuriyyəti ordusunun bir süvari, bir piyada alayındın və topçu batareyalarından ibarət 1200 (bəzi qaynaqlarda 2000) nəfərlik bir birlik Türkiyə Böyük Millət Məclisinin qərarıyla Kazım Qarabəkir Paşanın komandanlıq etdiyi Şərq ordusunun ( 15 – ci ordu korpusu) sıralarına qəbul olunmuş, Qurtuluş savaşında iştirak etmişlər. Həmin birlikdə olan zabitlərdən bir çoxu savaşdan sonra da Türkiyə Silahlı Qüvvələrində xidmətlərini davam etdirmiş, bəziləri general və polkovnik rütbələrinə qədər yüksəlmişlər.

Cümhuriyyətin mühacir zabitləri haqqında silsilə məqalələr çərçivəsində bu dəfə sizlərə milli mücadiləyə qatılaraq Türkiyənin qurtuluş savaşında iştirak etmiş Azərbaycan türklərindən daha bir zabit, polkovnik Məmməd Qazax haqqında söhbət açacam.

Kimdir Məmməd Qazax?!


Qurtuluş savaşı iştirakçısı, Türkiyə Silahlı Qüvvələrinin polkovniki Məmməd Qazax, Azərbaycan Cümhuriyyəti ordusunun 3 – cü süvari alayının zabiti Gülməmməd Gülməmmədovdur. Türkiyəyə mühacirət etdikdən sonra ad və soyadını Məmməd Qazax olaraq dəyişmişdir.

Cümhuriyyət mühacirləri ilə bağlı qaynaqlarda Gülməmməd Gülməmmədov haqqında məlumatlar olduqca azdır. Bu onun hərbi xidmətdə olmasıyla bərabər, həm də Ankara, İstanbul və İzmirə nisbətən daha kiçik bir şəhərdə yaşaması ilə əlaqədar olmuşdur. Onun adı ilk dəfə qarşıma “Cümhuriyyət” qəzetinin 30.08.1933 – cü il tarixdə çıxan sayında, əsgəri təltif siyahısında çıxmışdı. Adları mənə məlum olan bir neçə azərbaycanlı zabitin sırasında, adının önünə Gəncədən olduğu yazılan Gülməmməd adlı bir zabitin yüzbaşı (kapitan) rütbəsi ilə təltif olunması diqqətimi cəlb etmişdi. Cümhuriyyət ordusunun mühacir zabitlərindən Məmməd Ağpoladın arxivindən əldə etdiyim fotoların birində Məmməd Ağpoladın, Baba Behbudun, Osman Qazaxın, Əyyub Sayqının kimliyini təsbit etsəm də, kimliyini təsbit edə bilmədiyim iki nəfərdən biri Gülməmməd Gülməmmədov idi. Cümhuriyyət dönəminin dəyərli tədqiqatçılarından Dilqəm Əhmədin İstanbuldan aldığı və bir surətini də mənə göndəriyi Cümhuriyyət orusunun zabitlərinin 8 nəfərinin təsviri olduğu çox dəyərli bir fotonun arxasına yazılan qeyd sayəsində Gülməmməd bəylə bərabər başqa bir neçə azərbaycanlı zabitin də kimliyini aşkar etməyə müvəffəq olduq.

Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi iləSoldan: Məmməd Ağpolad (Rzayev), Baba Behbud, Məmməd Qazax (Gülməmməd Gülməmmədov. Oturanlar, sağdan: Osman Qazax (Gülməmməd Gülməmmədovun əmisi, polkovnik Osman ağa Gülməmmədov), Əyyub Sayqın (Əyyub Rəfibəyli)

Gülməmməd Gülməmmədovla bağlı başqa bir məlumata isə Azərbaycanın Qars konsulu İ. Hacıbəyovun 1922-ci ilin yanvarın 31-də Azərbaycan Xarici İşlər Komissarı Mirzə Davud Hüseynova göndərdiyi məktubda rast gəlmək mümkündür.

1921-ci ilin sonunda Azərbaycanın Qarsda baş konsulu təyin edilən İ.Hacıbəyov Qarsa yola düşməzdən əvvəl Azərbaycanın Türkiyədəki səfiri İbrahim Əbilovdan aşağıdakı məzmunda tapşırıq almışdı.

1) Azərbaycan vətəndaşlarının qeydiyyatı aparılmalı

2) Qarsda və ətraf rayonlarda yaşayan Azərbaycandan qaçmış əksinqilabçı elementləri aşkar etməli;

3) Bu şəxslərin adı, soyadı, anadan olduğu yer haqqında Ankarada ona və Bakıda Xarici İşlər Komissarlığına məlumat verməli, müvəffəq olarsa onları Qarsdan uzaqlaşdırıb Azərbaycana göndərməli.

Bu tapşırığın icrası ilə əlaqədar İ. Hacıbəyov 1922-ci il yanvarın 31-də Azərbaycan Xarici İşlər Komissarı Mirzə Davud Hüseynova göndərdiyi məktubunda yazırdı: “agentura məlumatları əsasında müəyyən edilmişdir ki, Qarsda “Başçılar” (“Vojaki”) adı altında komitə fəaliyyət göstərir. Onun əsas iştirakçılarından müəyyən edə bildiyimiz şəxslər bunlardır.

1) Ağdamdan Bayram bəy Əhmədov
2) Qazax qəzasından Gülağa Gülməmmədov
3) Aleksandropoldan (Gümrüdən) Məmməd Ağa Allahverdi oğlu
4) Ağdaşdan Hacı Səfər Məhərrəm oğlu
5) Gəncədən Qafar bəy Rəfibəyov.
6) Qarabağdan olan mülkədar, müsavat ordusunun keçmiş zabiti Baba
Mustafa oğlu Fərhadov

Əgər Sovet ordusu ilə Türkiyə arasında müharibə olsa bu şəxslər də “Başçılar” (“Vojaki”) Türkiyə korpuslarına bələdçilik edəcəklər. Onlar Sovet respublikalarından informasiyalar alır və Şərq Cəbhəsinin siyasi Şöbəsinə məlumat verirlər. Onların Qarsda qərargahı – konspirativ mənzilləri vardır.

1922 – ci il fevralın 22 – də İ.Hacıbəyov Qarsdan göndəriyi digər məktubunda bir daha göstərir ki, “Başçılar” komitəsinə Müsavat ordusunun keçmiş zabitləri rəhbərlik edirlər. O, Əhməd bəy Ağayevin Malta sürgünündən qayıtmasından sonra bu zabitlərin çoxunun Türkiyənin təbəəliyini qəbul etdiklərini və 6 – cı diviziyanın zabitləri olduqlarını yazırlar. İ. Hacıbəyov Azərbaycan ordusunun keçmiş zabitlərindən Səməd bəy Rəfibəyovun, Gülağa Gülməmmədovun, Baba bəy Fərhadovun, Əhməd bəy Əhmədovun, Qafar bəy Rəfibəyovun, unter – zabitlər Bəkir bəyin, Adil bəy Tarxovskinin, idmançı – kavalerçi Mirzə bəyin, Səfər bəyin, Məmməd bəyin adlarını çəkir və bütün bunların Kazım Qarabəkir paşanın qərargahında qulluq etdiklərini, vəzifələrinin sovet respublikalarının orduları haqqında məlumat toplamaqdan ibarət olduğunu göstərir.

Hər iki məktubda Gülməmməd bəyin adının yalnışlıqla Gülağa yazılması heç də təsadüfi deyildi. Çünki Gülməməd bəyə bütün silahdaşları “Gülül ağa” deyə müraciət edərdilər. Ona doğulub boya – başa çatdığı Salahlı kəndində də bu cür müraciət edərmişlər.

Salahlıda başlayan məşəqqətli və şərəfli ömür yolu

Gülməmməd ağa 1899 – cu ildə Qazax mahalının Salahlı kəndində bəy ailəsində anadan olmuşdur. Mənsub olduğu Gülməmmədovlar ailəsindən görkəmli şəxsiyyətlər yetişmişdir. Gülməmməd 5 yaşında olarkən atası Məmməd ağa, bir müddət sonra isə anası Qiymət xanım vəfat etmişdir. Anası Qiymət xanım Qazax mahalının başqa bir tanınmış sülaləsi olan Vəkilovlar nəslindən idi. Hər iki valideyinini itirən Gülmməmməd ağa əmisi Əhməd ağa Gülməmmədovun himayəsində böyümüşdü. Salahlıda ibtidai məktəbi yaxşı qiymətlərlə başa vurduqdan sonra təhsilini Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasında davam etdirir. 1917 - ci ildə təhsilini bitirib vətənə qayıdır. Lakin müəllimlik etməyə macal tapmamış Qafqazda savaş başlayır. Vətənin darda olduğunu görən Gülməmməd bəy yeni yaradılmaqda olan Azərbaycan ordusuna qoşulan ilk könüllülərdən olmuşdur. O, hərbi xidmətə Gəncədə polkovnik Süleyman bəy Əfəndiyevin komananlıq etdiyi hərbi hissədə başlamışdır.

İlk döyüş

İnqilabdan sonra Zaqafqaziya Komissarlığının tələbi əsasında Cənubi Qafqazı tərk edən rus hərbi hissələri silahlarını təhvil verməli, həmin silahlar yeni yaradılmış milli hissələrin təhcizinə yönəldilməli idi. Lakin bir çox hallarda Rus qoşun hissələri silahları təhvil vermək istəmir, Gürcüstandan Azərbaycana keçib, Şimala doğru hərəkət edərkən bolşeviklərin və rus qoşunlarında xidmət edən erməni hərbiçilərin təhriki ilə silahlarını Bakıda Stepan Şaumyanın başçılıq etdiyi bolşevik – daşnak qüvvələrinə təhvil verirdilər. 1918 – ci ilin yanvar ayının 9 – da Gürcüstandan Azərbaycana keçən Rus ordusuna aid hərbi eşelonların silahları təhvil verməməsi Şəmkir dəmiryol stansiyasında minlərlə insanın həlak olması ilə nəticələnən silahlı münaqişəyə səbəb olmuşdur. Bu döyüşlərdə konüllü dəstələrlə birgə Azərbaycan hərbi birlikləri də iştirak edir. Rus orusunun tərk – silah edilərək 20 ədəd topun, 70 ədəd pulemyotun, 15000 ədəd tüfəngin ələ keçirilməsi ilə nəticələnən döyüşlərdə gənc əsgər Gülməmməd Gülməmmədov da igidliklə vuruşmuşdur.

Azərbaycanın istiqlaliyyəti elan olunduqdan sonra Gülməmməd Gülməmmədov 1918 – ci ilin iyun ayında Gəncə şəhərində Azərbaycan ordusunu zabit kadrları ilə təmin edilməsi üçün açılan hərbi məktəbə qəbul olur. Təhsilini tamamladıqdan sonra “mülazimi əvvəl” (leytenant) rütbəsi ilə Azərbaycan Cümhuriyəti Ordusunun tatar süvari alayında hərbi xidmətini davam etdirir.

Qarabağ savaşında

Qafqaz İslam Ordusunun Bakı şəhərini işğaldan azad etməsindən sonra, 23 sentyabr 1918-ci il tarixdən etibarən Qarabağı erməni zülmündən xilas etmək üçün Qarabağ hərəkatı başlamışdır. Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı qüvvələrinə Cəmil Cahid bəy komandanlıq edirdi. Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və 1 – ci Azərbaycan diviziyası daxil idi. Gülməmməd bəy bu döyüşlərə öz əmisi, tatar süvari alayının zabiti olan Osman ağa Gülməmmədovun komandiri olduğu süvari bölüyünün tərkibində qatılmışdır. Qafqaz İslam Ordusu oktyabr ayının 4 – də Ağdamdan başlayaraq Şuşa istiqamətində hücuma keçmiş, 8 oktyabr 1918 – ci ildə Şuşa çəhəri bütünlüklə erməni – daşnak qüvvələrindən təmizlənmişdir.

Osmanlının birinci dünya savaşında məğlub olması və Mudros sülh sazişinin imzalanmasından sonra, 1918 – ci ilin noyabr ayından etibarən Qafqaz islam Ordusu Azərbaycandan çəkilmək məcburiyyətində qalır. Qafqaz İslam Ordusunun çəkilməsinən sonra Azərbaycan Cümhuriyyəti ordusunda yeni hərbi birliklər yaradılmağa başlanır. Belə hərbi birliklərdən biri də 1 – ci süvari diviziyası idi. Tatar süvari alayının əsasında yaradılan diviziyaya 1 – ci tatar süvari alayı, 2 – ci Qarabağ süvari alayı, 3 – cü Şəki süvari alayı daxil idi. 1918 – ci ilin oktyabr ayından etibarən Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni separatçılarına qarşı döyüşlərdə qəhrəmanlıqla iştirak edən Gülməmməd bəy 1919- cu ildən yeni formalaşqda olan 3 – cü Şəki süvari alayında xidmət etməyə başlayır.

1920 – ci ildə Qarabağda erməni – daşnak terrorçuları Ermənistan hökumətinin və rus – bolşevik hökumətinin dəstəyi ilə Qarabağda kütləvi üsyan hazırlıqları görürlər. Martın 22 – də gecə saat 3 – də eyni vaxtda Şuşa, Xankəndi, Əsgəran, Xocalı və Tərtərdə yerləşən qoşun bölmələrimizə qəfləti hücuma keçirlər. Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfləti hücum edən daşnaklar qeyri bərabər döyüşdə postlarda keşik çəkən əsgərləri qətlə yetirərək Əsgəran keçidini ələ keçirirlər. Bununla da Xankəndi və Şuşada yerləşən hərbi qarnizonlar çətin vəziyyətə düşür. 1920 – ci il martın 26 – da Azərbaycan ordusu daşnak terrorçularına qarşı genişmiqyaslı hücuma başlayır. Hücumun ilk günündə milli ordunun gənc zabiti Gülməmməd Gülmməmmədovun da sıralarında olduğu 3 – cü Şəki süvari alayı Tərtər istiqamətində hücuma keçərək Çaylı və Bürcü kəndlərini tuturlar. Aprelin 2 – də Talış kəndi istiqamətində hücuma keçirlər. İlk hücum uğursuzluqla nəticələnsə də ikinci hücumda Talış, daha sonra isə Levonarx kəndi tutulur

Qarabağda başlanan döyüş əməliyyatları aprel ayının ortalarında Azərbaycan ordusunun zəfəri ilə yekunlaşır. Əsgəran qalası ilə bərabər Qarabağın digər bölgələri də daşnaklardan təmizlənir.

Qarabağ üsyanı və “32 – lərin dastanı”

Azərbaycan ordusunun əsas qüvvələrinin Qarabağda erməni-daşnaklarına qarşı mübarizə aparmasını fürsət bilən, Rusiya hökuməti yüz minlik 11 – ci Qızıl ordunu Azərbaycana yeridir. 28 aprel 1920 – ci ildə Azərbaycan Qızıl ordu tərəfindən işğal olunandan sonra ölkədə olduqca acınacaqlı bir vəziyyət yaranır. Qızıl ordu Bakıda bolşeviklər, ermənilər və ruslar tərəfindən gül-çiçəklə qarşılandığı bir zamanda Azərbaycan xalqının milli mübarizəsinin əsas mərkəzi olan Gəncə şəhərində üsyan hazırlıqları gedirdi.

Buna qədər isə Qarabağda XI Qırmızı Ordu hissələri ilə Azərbaycan ordusunun əsgərləri arasında bir neçə lokal toqquşmalar baş vermişdi. Hələ mayın 21 – də bolşeviklər Qırmızı Ordunun Tərtərdə yerləşən 32 – ci piyada diviziyasının və 282 – ci alayının yerinə yeni hərbi hissələr gətirirlər. Yerlərini təhvil verib gedən 282 – ci alay özləri ilə Tərtərdə yerləşən 3 – cü Şəki süvari alayının atlarını da aparmağa cəhd etdikdə, əsgərlər müqavimət göstərmişlər, əks tərəf isə öz növbəsində top atəşləri ilə cavab verdikdə sıralarına Gülməmməd Gülməmməovun da oluğu 3 – cü Şəki süvari alayı hücuma keçərək 282 – ci alayın əsgərlərinin demək olar ki, hamısını qırmışdılar. Yeni hərbi birləş- mələrlə Tərtərə gələn Çingiz İldırım və Dadaş Bünyadzadə həlak olanların dəfn mərasimində “müsavatçılardan intiqam alacaqlarını” bildirmişdilər. Doğrudan da bu xainlərin rəhbərliyi ilə hadisənin səhərisi günü Tərtər əhalisinə divan tutuldu.

Bunun üzərinə may ayının 24 – dən 25 – nə keçən gecə Gəncədə də milli qüvvələrin üsyanı başlayır. Xəbəri dəqiqləşdirmək və Gəncə üsyanına kömək məqsədi ilə Yevlaxa yola düşən 3 – cü Şəki süvari alayının komandiri Ehsan xan Naxçıvanski onu müşaiyət edən bir neçə hərbçi ilə birlikdə həbs edilərək XI Qırmızı Ordunun Yevlaxda yerləşən qərargahına gətirilərək orada öldürülür. Alay komandirinin güllələnməsindən sonra 3 – cü Şəki süvari alayı parçalanaraq pərakəndə hala düşür. Gülməmməd Gülməmmədov alayın özü ilə bərabər 4 nəfər zabit, qalanı isə əsgərlərdən ibarət olan 32 nəfərlik kiçik bir birliyi ilə Qarabağa doğru hərəkət edir. Onlar Bərdənin sağ sahilinə keçərək sayı 1200-1500 nəfərə yaxın olan yerli üsyançılarla birləşirlər. Əsas qüvvələrin Gəncəyə yeridilməsi və yaz yağışlarından daşmış Tərtər çayının aranı kəsməsi səbəbindən Bərdənin sağ cinahında XΙ ordu hissələrinin mövqeyi zəif idi. Yaranmış əlverişli şəraitdən istifadə edən “32-lər” partizanları səfərbərliyə alaraq Bərdənin sağ sahilindəki qüvvələri şəhərin kənarına sıxışdırıb Qarabağa hərəkət üçün ciddi strateji əhəmiyyət kəsb edən bu mövqeyi bir həftəyə qədər nəzarət altında saxlaya bilirlər. Bu hadisə xalq içərisində və tarixi ədəbiyyatda “32 – lərin dastanı” kimi qalmışdır.

Ç. İldırım və D. Bünyadzadə ilə birlikdə konspirativ şəkildə Ağdama, Şuşaya, Qaryaginə gedərək, yerli kommunistlərdən M. Məmmədxanov, A. Qaragözov, S. Səfərov, A. Saturyan və b. köməyi ilə özünü müdafiə komitələri, bolşeviklərdən ibarət könüllü birliklər yaratmağa çalışırdılar. Bərdədə isə “32-lər” partizanlarla birlikdə hələ ki, XΙ ordu birliklərinin həmlələrinə sinə gərməkdə idi. Vəziyyətin ciddiləşdiyini görən Ç. İldırım üsyan başçılarının təhvil verilməyəcəyi təqdirdə Bərdənin bombardman ediləcəyini bildirir. Bu ultimatumdan sonra üsyançılar şəhəri tərk edib Şuşa istiqamətində geri çəkilməyə məcbur olurlar. Gülmmməd ağanın əmisi Osman ağa da 1 – ci tatar süvari alayının zabiti idi. Gülməmməd bəy silahdaşları ilə geri çəkilərək Osman ağa Gülməmməovun da sıralarında olduğu tatar süvari alayı, daha sonra Cavanşir piyada alayı və digər hərbi birliklərlə birləşirək Nuru Paşanın komandanlığı altında iyun ayının 3 – dən 4 – nə keçən gecə Şuşaya girərək inqilabi komitənin üzvlərini və fəal kommunistləri həbs edirlər. İyun ayının 15 – nə qədər davam edən Qarabağ üsyanı əlavə güclərin gətirilməsi və düşmən təyyarələrinin bombardımanı ilə Qırmızı Ordunun qələbəsi ilə başa çatır. Azərbaycan ordusunun bir piyada alayı, bir süvari alayı və topçu batareyalarından ibarət qüvvələri Cəbrayıl, Qaryagin istiqamətində geri çəkilməyə məcbur olurlar. Onlar Araz çayından keçib İrana daxil olurlar.

İstiqlal savaşında

Uzun və məşəqqətli yolları qət edərək Türkiyəyə gəlib çatan Azərbaycan süvari alayı və digər birliklər Türkiyə Böyük Millət Məclisinin qərarıyla Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (15-ci kolordu) sıralarına qəbul olunurlar. Azərbaycan hərbi birliyinin Türkiyə ordusuna qoşulacağı ilə bağlı xəbəri 8 iyul 1920-ci il tarixdə TBMM-də ümumi hərbi vəziyyətlə bağlı çıxış edən İsmət İnönü verir.

Gülməmməd bəy 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən qurtarılması ilə sona çatan Şərq hərəkatında igidliklə vuruşur. Sarıqamışın, Qarsın, İqdırın, Kağzmanın Gümrünün geri alınmasında iştirak edir. Xitmətlərinə görə böyük öndər Mustafa Kamal Atatürk tərəfindən İstiqlal Medalı ordeni ilə təltif edilir. Savaşdan sonra “Şeyx Səid”, 1-ci Ağrı, 2-ci Ağrı üsyanlarının qarşısının alınmasında iştirak edir.

1928-ci ildə İstanbulda hərbi məktəbə daxil olur. 1929-cu ildə hərbi məktəbdən məzun olduqdan sonra, baş leytenant (üst teğmən) rütbəsi ilə Türkiyə silahı Qüvvələrindən xidmətini davam etdirir. Hərbi xidməti boyunca bacarıqlı və intizamlı bir zabit kimi müntəzəm olaraq təltif olunur. Polkovnik rütbəsində olarkən yaş səbəbi ilə təqaüdə çıxır.

“Kür axırmı, Qarayazı ona baxırmı”

Bu kövrək sətirləri 1960 – cı illərdə Gülməmməd ağa bir məktubda əmisi oğlu Fərhad Gülməmmədova yazmışdı. Gülməmməd ağa atasını və anasını itirdikdən sonra əmisi Əhməd ağanın himayəsində böyümüşdü. Fərhad Gülməmmədov da həmin əmisinin oğlu idi. Həmin dövdə Bakıa məktəb direktoru işləyən Fərhad Gülməmmədov Türkiyəyə getmək, əmisi oğlu ilə görüşmək istəsə də, Sovet təhlükəsizlik orqanları buna imkan vermir. Gülməmməd Gülməmmədov əmisi Osman ağa ilə Türkiyəyə mühacirət etdikdən sonra, Azərbaycanda qalan əmisi Əhməd ağa Gülməmmədov uzun müddət Sovet təhlükəsizlik orqanlarının təqibinə məruz qalmış, “1925 – ci ildə gizli fəaliyyət göstərən antisovet Müsavat Firqəsinə üzv olması, Qarsda yaşayan qardaşı, keçmiş zabit Osman ağa və qardaşı oğlu Gülməmməd ağa Gülməmmədovla yazışması” iddiası ilə 17 mart 1927 – ci ildə həbs olunmuşdu. Əhməd ağa “AzÇK” kollegiyasının 15 mart 1928 – ci il tarixli qərarı ilə 3 il müddətinə həbs olunur, lakin bir müddət keçdikdən sonra sürgünə yollanır. Sürgündə olarkən sürgün müddətini 3 il daha uzadırlar. Əhməd ağa 1935 – ci ildə vətənə qayıdır, lakin 1937 – ci ilin dekabr ayının 12 – də təkrar həbs edilərək “sürgündən qayıtdıqdan sonra müsavatçılarla əlaqələrini bərpa edib antisovet böhtançı xarakterli söhbətlər aparması” iddiası ilə 1938 – ci ilin yanvar ayının 16 – da güllələnmişdir.

Qazax ailəsi

Məmməd Qazax Amasya şəhərində xidmətdə olduğu zaman, orada əslən Qazaxın Aslanbəyli kəndindən olan məşhur din xadimi Hacı Mahmud əfəndinin nəvəsi – böyük övladı Veyis əfəndinin oğlu İbrahim Karanın qızı Semiha xanım (1921 – ci il doğumlu) ilə evlənmişdir. Semiha xanımın anası əslən Daş Salahlıdan olan Gülsəba xanım Mustafa ağa qızı Miralayevadır, 1920 – ci ildə qardaşları Yasin bəy və Nəsib bəylə birlikdə Türkiyəyə mühacirətə getmişdi. Gülsəba xanımın anası isə Sayalı xanım Hacı Mahmud əfəndinin qızıdır, yəni Gülsəba xanım dayısı oğluna ərə getmişdi.
Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi ilə

Məmməd Qazaxın toy mərasimindən bir fotoşəkil

Polkovnik Məmməd Qazaxın Semiha xanımla evliliyindən üç övladı olmuşdur: Əyyub, Qiymət və Zəkiyyə. Əyyub 5 yaşında ikən vəfat edib.

Məmməd bəyin qızları evli-eşiklidir - Qiymət Erdör, torpaq mütəxəssisidir, Kənd Təsərrüfatı Nazirliyində çalışmış, hazırda təqaüddədir. İstanbulda yaşayır, iki oğlu var. Böyük oğlu Burak Erdör (bir qızı var) mühəndisdir, kiçik oğlu Murad Erdör isə özünə aid bi şirkətin idarə heyyətinin sədri Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi iləvəzifəsində çalışır. Zəkiyyə xanım isə Amasyada yaşayır, iki qızı var.

Məmməd Qazax ömrünün son illərini Amasya şəhərinə yaşamış, 1970-ci ildə vəfat etmişir. Həyat yoldaşı Semiha xanım isə 1996-cı ildə Amasyada vəfat etmiş və ömür-gün yoldaşı Məmməd bəyin yanında dəfn edilmişdir.

Orxan Cəbrayıl


İstifadə olunan qaynaqlar:

1. İsmayıl Umudlu, “Georgi xaçı” kavalerləri, Ayna 18 aprel 2009, səh 14
2. “Azəbaycan Xalq Cümhuriyyəti ensiklopediyası”, II cild, Bakı 2005, səh.365 – 366
3. Hüseyn Baykara, “Birinci dünya savaşında Osmanlı ordusunda, İstiqlal savaşında Azərbaycan əsgəri hissələri”, “Türk Kültürü” dərgisi, 1964, s 22, səh. 72 – 74
4. “Cümhuriyyət” qəzeti, Ankara 30.03.1933. səh 1
5. Mehman Süleymanov, “Nuru Paşa və silahdaşları”, Bakı 2014, səh 277 – 285
6. Mehman Süleymanov, “Həyatını Vətən yolunda qurban etmiş Cümhuriyyət generalı”, 22.05.2016, Xalq qəzeti
7. Əbdulhəmid Avşar, “Türkiyənin istiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında (1919 – 1922), Bakı 2007
8. Azərbaycan tarixi. XIX – XXI əsrin əvvəli. Bakı,2010
9. Xaləddin İbrahimli, “Azərbaycan Mühacirəti Tarixi”, Bakı 2017
10. Arif Həsənov, “Qarabağ müharibəsi 1918 – 1920”, http://www.academia.edu
11. Nazim Mustafa, “Azərbaycan əsgər və zabitləri Türkiyə ordusunda”, “Vətəndaş” qəzeti, № 61 (75), 4 noyabr 1994 – cü il

Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov

$
0
0
Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy ƏmircanovAzərbaycanın görkəmli dövlət xadimi və Parlamentin ilk üzvlərindən olan Əbdüləli bəy Şirəli bəy oğlu Əmircanov 1870-ci ildə Şəkidə anadan olub.

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmiş və 1888-ci ildə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib.

Tiflisdəki Aleksandrovsk Müəllimlər İnstitutunda Ə.Əmircanov Azərbaycanın tanınmış maarif xadimləri olan S.M.Qənizadə, H.Mahmudbəyov, S.Əbdürrəhmanbəyovla birlikdə təhsil almış və yaxın dostluq münasibətində olub.

Əlavə edək ki, tanınmış milyonçu Şəmsi Əsədullayev 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar Ə.Əmircanovun təhsil aldığı Tiflis Müəllimlər İnstitutunda öz adına iki təqaüd təyin etdirmişdi.

Ə.Əmircanov Tiflisdə ali təhsilini bitirdikdən sonra Şəkiyə qayıtmış və burada şəhər məktəbində müəllim işləmişdi. O, həmin məktəbdə Azərbaycan dilində dərs keçilməsi, rus dilinin öyrədilməsi, tarix, coğrafiya, təbiətşünaslıq və riyaziyyatın tədrisində böyük rol oynamışdı.

XIX əsrin axırlarında Ə.Əmircanov Lənkərana köçmüş, orada müəllim işləmiş və o dövrün tanınmış maarifçisi olan Teymur bəy Bayraməlibəyovla (1862-1937) birlikdə bir çox mədəni-maarif tədbirləri həyata keçirmişdi. Ə.Əmircanov Lənkəranda çalışarkən, orada ailə həyatı qurmuşdu.

XX əsrin əvvəllərində Ə.Əmircanov Bakıya köçmüş, rus-Azərbaycan məktəblərində dərs demiş, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib olaraq çalışmışdı.

Ə.Əmircanov Bakıda o dövrdə fəaliyyət göstərən mədəni-maarif cəmiyyətlərinin işində yaxından fəallıq göstərmişdi. Belə cəmiyyətlərdən biri də "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" idi. Bu cəmiyyətin fəaliyyətinə xeyriyyə ilə yanaşı, mədəni və təhsil müəssisələrinin inkişafına kömək də daxil idi. Cəmiyyət bu məqsədlə məktəblərin və tələbələrin dərsliklə təmin edilməsinə, həmçinin, ən kasıb şagirdlərin məktəbə daxil olmasına və orta təhsil müəssisələrində təhsillərini tamamlamasına kömək göstərirdi.

Ə.Əmircanov bu cəmiyyətin işlərində fəallıq göstərən ziyalılardan idi.

Ə.Əmircanovun yaxından əməkdaşlıq etdiyi digər bir cəmiyyət isə "Nəşri-Maarif" idi. "Nəşri-Maarif" Cəmiyyəti aşağıdakı işləri reallaşdırmağı da planlaşdırırdı: kitabxana - oxu zalı açılışı; pedaqoji kurslar və xalq müəllimlərinin hazırlığı üçün xüsusi təhsil müəssisələrinin təşkili; tamaşaların qoyuluşu; ədəbi axşamların keçirilməsi və s.

Qeyd edək ki, Ə.Əmircanov Cəmiyyətin bu işlərində yaxından fəallıq göstərirdi.

1917-ci ildə Rusiyada baş verən Fevral - burjua inqilabından sonra Ə.Əmircanov da siyasi hadisələrə qoşulur. 1918-ci ilin 31 Mart hadisələrində erməni silahlıları Bakıda birbaşa Şaumyanın göstərişi ilə on mindən çox günahsız dinc insanı qətlə yetirdilər. Həmin dövrdə qətliamın qarşısını almağa çalışan ziyalılardan biri də Ə.Əmircanov idi. O, 1918-ci ilin martında yaradılmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi.

1918-ci ilin 28 Mayında Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və F.X.Xoyski yaratdığı ikinci hökumət kabinəsində (17.06.1918) Maliyyə naziri vəzifəsinin icrasını Ə.Əmircanova tapşırdı. Ə.Əmircanov Maliyyə naziri olarkən onun başçılığı ilə hökumət bankı da fəaliyyət göstərir.

1918-ci ilin oktyabrın 6-da Nazirlər Şurasının sədri F.X.Xoyski kabinə dəyişikliyi edir və Ə.Əmircanov Maliyyə naziri vəzifəsindən uzaqlaşıb, Dövlət Müfəttişi vəzifəsini icra edir.

1918-ci ilin dekabrın 7-də Bakıda Azərbaycan Parlamenti fəaliyyətə başlayır. Ə.Əmircanov da Parlamentə üzv seçiləcək bitərəflər qrupuna daxil olur.

1918-ci ilin dekabrında F.X.Xoyski hökuməti istefa verdiyindən Ə.Əmircanov Dövlət Müfəttişi vəzifəsini tərk edir.

1919-cu ildə Ə.Əmircanov B.Cavanşirlə birlikdə xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün Bakıda "Dəyanət" şirkəti yaradırlar.

Ə.Əmircanov Cümhuriyyət dövründə bir çox mədəni-kütləvi tədbirlərin təşkilatçılarından biri idi.

Ə.Əmircanovun Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətinin öyrənilməsində Parlamentdəki çıxışları mühüm rol oynayır. O, bu fəaliyyətində yeni yaranmaqda olan dövlətin iqtisadiyyat, sənaye, gömrük və digər sahələrini inkişaf etdirməyə çalışır. Bu sahələr üzrə yeni qanun layihələrinin hazırlanıb müzakirəyə çıxarılmasında böyük fəallıq göstərir.

1918-ci ilin dekabrından Bakıda Azərbaycan parlamenti fəaliyyətə başlayır. Ə.Əmircanov Azərbaycan Parlamentinin üzvü olaraq iclaslarda fəal iştirak edir, dövlətin maliyyə, vergi sistemlərinə aid sənədlərin hazırlanmasında mühüm rol oynayırdı.

Bu baxımdan onun Parlamentin 1919-cu ilin iyunun 16-da keçirilən qırx səkkizinci iclasındakı çıxışları maraqlıdır. Əsasən səkkiz məsələnin müzakirəsinin keçirildiyi iclasda Ə.Əmircanov iki sənədlə bağlı məruzə edirdi: 1) Gəlir vergisindən azad olunan varidat miqdarının artırılması haqqında; 2) maliyyə nəzarətində gömrük vergisi şöbəsinin fəaliyyəti haqqında.

Ə.Əmircanov birinci qanun layihəsini Azərbaycan və rus dillərində oxuyub, Parlament üzvlərini tanış edir. O bildirir ki, 1917-ci ilin 13 iyun qanununa görə, gəlir vergisindən azad olunan varidatın miqdarı min rubl təyin edilmişdi. O bildirir ki, bu min rublun dəyəri indi çox aşağı düşdüyündən, Maliyyə naziri təklif edir ki, bu rəqəm 5 min rubla qaldırılsın, bu məbləğdən artıq olan varidatdan 187 min manat vergi alınsın. Layihə maddələr üzrə səsə qoyulduqdan sonra qəbul edilir.

Parlamentin 1919-cu ilin 2 oktyabrında keçirilən səksəninci iclasında çıxış edən Ə.Əmircanov Azərbaycanın əsas sərvətlərindən balıqçılıq haqqında məlumat verir: "Bizim Azərbaycanımız o qədər balıq verir ki, onu Rusiyadan başqa, Avropa və Amerikaya da aparırdılar, yenə qurtarmırdı. Bir Bankə ilə Samur çayı arasında tutulan balıq bunu sübut edir. Məsələn, 1916-cı ildə tutulub 1.950 000 put, 1917-ci ildə 2 milyon beş yüz min put xırda balıqlar tutulmuşdu. Bunların hamısı Rusiyaya gedib. Bankədən aşağı hərçəndi burada hesabı yoxdur, əlbət ki, ondan da çox balıq tutulur. Kutayis və Gürcüstanın dolanacağı bütün-bütünə bu balıqdandır. Kürdən çıxan naqqa və som balıqlar var ki, müsəlmanlar yeməyirlər, onlar gərək xaricə çıxsın".

1920-ci ilin fevralın 2-də Parlamentin yüz iyirmi birinci iclası keçirilir. Parlamentin iclasına müvəqqəti sədrliyi doktor Məmmədrza ağa Vəkilov edir. İclasda ilk olaraq Parlament sədrinin müavini məsələsi həll olunmalıdır. Həsən bəy Ağayev səhhətindəki problemlərlə bağlı istefa verdiyindən, onun yerinə bir şəxsin seçilməsi zəruriliyi ortaya çıxıb. "Müsavat" fraksiyası tərəfindən həmin vəzifəyə Məmməd Yusif Cəfərovun namizədliyi irəli sürülür. Eyni qaydada Ə.Əmircanov, Ə.Qarayev və Kravçenkonun da namizədliyi irəli sürülsə də, onlar öz namizədliklərini geri götürürlər. M.Y.Cəfərovun namizədliyi gizli şar üsulu ilə səsə qoyulur. Lehinə 47 ağ şar və əleyhinə 5 qara şar verilir və o, Parlament sədrinin birinci müavini seçilir.
Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov

Ə.Əmircanov çıxışlarında, irəli sürdüyü fikirlərdə qətiyyətli və konkretlik tərəfdarı idi. Onun bu mövqeyi Parlamentdə qəbul edilir, diqqətlə yanaşılırdı.

1920-ci ilin Aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Ə.Əmircanov Türkiyəyə - İstanbula gedir.

O, 1920-ci illərdə Türkiyədə siyasi fəallıq göstərir. 1928-ci ilin iyununda M.Ə.Rəsulzadənin sədrlik etdiyi Azərbaycan Milli Mərkəzinin ikinci heyəti aşağıdakı mühacirlərdən ibarət olaraq formalaşır: M.Ə.Rəsulzadə (sədr), Ə.Əmircanov (xəzinədar), Ə.M.Topçubaşov, M.Y.Mehdiyev, M.Məhərrəmov, X.Xasməmmədov, M.Vəkilli və Ə.Şeyxülislamov.

M.Ə.Rəsulzadənin yazdığı məlumatlarda isə Ə.Əmircanovun Azərbaycan Milli Mərkəzinin üzvü kimi adı 1927-ci ildə mövcud olmuş birinci heyətdə də qeyd olunur. Azərbaycan Milli Mərkəzinin 1934-1936-cı illərdəki siyahısında isə onun adı qeyd olunmur.

Ə.Əmircanovun 1920-ci illərdəki fəaliyyəti və əlaqələri ilə bağlı sənədlərə 1921-ci ildə rast gəlmək mümkündür. Bu sənədlərdən aydın olur ki, o, artıq 1921-ci ildə İstanbulda yaşayırdı və Xəlil bəyə yazdığı məktubda ağır vəziyyətdə olan mühacirlərə kömək etməsini xahiş edirdi.

X.Xasməmmədov 1921-ci il mayın 23-də ona yazırdı: "Çox hörmətli Əbdüləli bəy! Sizin 22 mayda yazdığınız məktuba cavab olaraq bildirirəm ki, bizim qaçqınlara kömək etmək üçün sərəncamımızda heç bir vəsait yoxdur".

1928-ci ilin 17 iyununda Ə.Şeyxülislamov Parisdən Ə.Əmircanova məktub göndərir. Həmin məktubda maliyyə problemlərinə toxunan Ə. Şeyxülislamov sonda yazır: "Bundan əlavə, mən başqa yolla Azərbaycandan məlumat almaq üçün orada kiminləsə əlaqə saxlamalıyam. Çox xahiş edirəm ki, bu məktubu alan kimi iyul ayı üçün mənə veriləcək pulun heç olmasa 1000 frankını teleqrafla göndərin".

Ə.Əmircanovun Azərbaycan Milli Mərkəzindən uzaqlaşması məlumatı Ə.M.Topçubaşovun C.Hacıbəyliyə 1928-ci ilin 26 noyabrında Parisdə yaşadığı Sen-Kludan yazdığı məktubda da qeyd olunub. Ə.M.Topçubaşov yazırdı: "...M.Ə.Rəsulzadədən latın hərfləri ilə yazılmış məktub aldım. O təsdiqləyir ki, baş vermiş narazılıq nəticəsində X.Xasməmmədov, Ş.Rüstəmbəyli, Ə.Əmircanov artıq Mərkəzin heyətindən çıxıblar. Ə.Əmircanov bu haqda Ə.Şeyxülislamova yazıb".

Ə.Əmircanov 1937-ci ilin 17 mayında İstanbuldan Mir Yaqub Mehdiyevə göndərdiyi məktubda Qafqazda yaşayan 9 milyonluq əhalinin 6 milyonunun müsəlman, 3 milyonunun isə gürcü və erməni olduğunu qeyd edir. O bildirir ki, Türkiyədəki türklər say etibarı ilə çoxluğa baxmayaraq, müsəlmanların yox, gürcü və ermənilərin aparıcı mövqe tutduqlarına təəccüblənirlər.

Ə.Əmircanov məktubun sonunda yazır: "Sizin "patriotluğunuza" müraciətlə xahiş edirəm ki, yeni Azərbaycan Milli Mərkəzinin siyahısının hazırlanmasına başlayasınız. Siz sədr olmalısınız. Türkiyədən kənar, kimi istəyirsiniz cəlb edin. Buradan türklərin etibarını qazanmış adamları dəvət edin. Aşağıdakıların cəlb olunmasını təklif edirəm: Mustafa Vəkilli, Xasməmmədov, Mirzə Hacızadə, Mir Əli, Sultanov və Əmircanov (yəqin ki, Lütfəli Əmircanov - red.). Mənim müraciətimə diqqət edərək, vaxt az olduğundan tez cavab verin. Güclü Milli Milli Mərkəzin təşkili vaxtı gəlib çatıb".

Ə.Əmircanov 1948-ci ildə İstanbulda vəfat etmişdir.

Nəsiman YAQUBLU
tarix elmləri doktoru


Mənbə: 525.az

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür

$
0
0
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür

Bu gün Azərbaycanın vətənpərvər şairi Xəlil Rza Ulutürkun doğum günüdür. Azərbaycan poeziyasında məxsusi yeri olan şairin vətən üçün döyünən ürəyinin səsi bu gün də eşidilir – alovlu misralarında.

Bütün zamanlarda Sözün qüdrəti, hökmü böyük olub. Məqamında səslənişi ilə könüllər nura boyanıb, aləm gülşənə dönüb, aydın, işıqlı sabahlara doğru yol başlayıb...

Hər şeydən uca, dəyərli olan, düşüncəyə hakim kəsilən Söz göy qurşağının rəngləri kimi çoxçalarlıdır. Sənətkarlar yaratdıqları əsərlərində kimlərinsə mənəvi dünyasını, taleyini, obrazını sözün rənglərilə elə təsvirə alır ki, onları sevməmək, yaxına almamaq mümkünsüzdür. Əlbəttə ki, təsvir və bənzətmələrin duyğusallıqla ifadəsində sözün yeri əlahiddədir.

Onda da ola söz həqiqi mənada sülhü, əmin-amanlığı, xalqın azadlıq arzularını, istiqlalını, milli mənafeyini və mənəvi dəyərlərini ifadə etmiş olsun. Fitri istedadın, dağ şəlaləsi təki coşqun bir ehtirasla axan yaradıcılıq eşqinin vətənpərvərlik, yurdsevərlik sevgisilə dopdolu olan sənət sahiblərinin amalı belə bir ülvi hisslərlə süslənəndə xalq mənəvi ucalığın, rahatlığın, qəlbə bahar təravəti gətirən gülzarlığın içində olar. Bütün bunları böyük sənətkarlıqla, bədii təfəkkürün işığında obrazlı şəkildə, həm də xalqın milli qürurunu, müstəqillik duyğularını ucadan-uca sözün qüdrətilə ifadə edə bilmək məharəti də hər kəsə nəsib olmur.

Bu fikirlərin işığı düşüncəmi 100 ildən də bir qədər uzaqlara çəkib aparır. Hansı ki, H.B.Zərdabi, M.F.Axundovdan başlamış, xalqı qəflətdən oyatmaq, savadsızlığa, mədəni geriliyə qarşı mübarizənin, mənəvi dəyərlərin, vətənpərvərlik duyğularının formalaşması və ictimai şüura təsiri yolunda mübarizəni genişləndirmək bir amal olaraq münəvvər insanların qəlbini çulğamış, ümdə vəzifəsi olmuşdur. Milli mücadiləni yaymaqdan ötrü XIX əsrin sonları və XX əsrin əvvəllərinin milli oyanış dövründə M.Şahtaxtlı, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Hüseynzadə, Ü.Hacıbəyov və digər maarifpərvər ziyalılar doğma ana dilimizdə yaratdıqları mətbuatda öz fikirlərini bir toxum kimi səpməyi vacib sandılar. Və beləliklə, böyük bir maarifçi nəsil - mollanəsrəddinçilər, füyuzatçılar milli dirçəliş işığında öz fikir və amallarını bir vətəndaş qeyrətilə yaymağa başladılar. Bu yolda təqiblər, sui-qəsdlərlə üzləşsələr də, milli məfkurəni xalqa aşılamaqdan çəkinmədilər. Və zamanı üçün nə qədər çətin də olsa bunlara müəyyən mənada nail ola bildilər. Bunun ardınca xalqı azadlığa, müstəqilliyə aparan yollarda mücadilə edən vətənpərvər ziyalılar, ictimai-siyasi xadimlər böyük fədakarlıq və əzmkarlıqla Şərqdə ilk müsəlman dövlətini, parlamentli, azad və müstəqil Azərbaycan Demokratik Respublikasını qurdular (1918-1920). Cəmi 23 ay yaşayan və bolşeviklərin qəsbkarlığı ilə devrilərək, ömrü yarıda bitən cümhuriyyətin qurucuları, qeyrətli vətən oğulları az bir vaxtda qarşıya qoyduqları böyük vəzifələri müstəqillik eşqinin gücü, qüdrətilə həyata keçirməyə nail oldular. Bu gün hər birimiz dövlətçilik tariximizin bir şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti qurucularının böyük fədakarlığı ilə qürur duyuruq.

Bu yerdə ötən əsrin axırları milli oyanış dövrünün tarixilik və müasirlik baxımından ənənəvi və yeni məna kəsb edən müstəqilliyin bərpası və xalqın azadlığı uğrunda mübarizələrdə təhdidlərə məhəl qoymadan milli mücadilənin önündə gedən aydınlarımızı, vətən aşiqlərini göz önündən keçirirəm. Və bu milli-mənəvi duyğuları yaşadığımız indiki anlarda, 70 ildən sonra onun bərpası yolunda aparılan mübarizədə M.Ə.Rəsulzadənin və silahdaşlarının azərbaycançılıq məfkurəsindən qor alan, müstəqillik amalını ruhunda, varlığında bir məşəl kimi daşıyan milli istiqlal şairi Xəlil Rza Ulutürkü xatırlayıram. Xalqı Sovet imperiyasının caynağından qurtarmağa, öz taleyini özü həll etməyə səsləyən, vətənpərvərlik eşqi, ədəbi-bədii yaradıcılığı, poetik inciləri ilə yaddaşımıza nur çiləyən azadlıq aşiqi hər zaman qürur duyduğumuz ədəbi şəxsiyyətdir. O, bütün yaradıcılığı boyu, ələlxüsus da ötən əsrin 80-ci illərindən başlamış milli mücadilədə özünün əqidəsi, ideoloji mübarizəsi, sözünün qüdrətilə hər bir azərbaycanlının hafizəsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisi kimi yaşayır. Xəlil Rza Ulutürkün yaradıcılığı başdan-başa xalqın azadlığı, vətənpərvərlik duyğuları, müstəqillik arzuları, istiqlalı ilə süslənmiş, milli-bəşəri amallar ilə ifadə olunmuşdur.
Xəlil Rza Ulutürkün yaradıcılığını mövzusuna görə 3 mərhələyə bölmək olar:

I. Sovet dövrü.

II. Milli-azadlıq hərəkatının meydan dövrü.

III. Müstəqillik dövrü.


Xəlil Rzanı milli mücadiləyə aparan azadlıq arzuları yaradıcılığının ilk dövrlərindən, birinci mərhələsində pöhrə tutmuş, göyərmiş, qəlbini, ruhunu sarmışdı. Azərbaycançılıq məfkurəsinə, xalqına bütün qəlbi, ictimai şüuru ilə bağlı olan şairin bağrından qopan misraları bir cəngavərin azadlığa səsləyən marşına bənzəyirdi. O, qəlbi vətən və xalq üçün çağlayan bir vətəndaş kimi, hələ gəncliyindən ölkəsini azad, müstəqil görmək istəyirdi. Vaxtilə Xalq Cümhuriyyətinin yüksəltdiyi bayrağın endirilməsi ilə heç vəchlə barışmır, onun yenidən yüksələrək başımızın üstündə dalğalanmasını görmək arzusu ilə yaşayır, səsinin-sözünün gücü, qüdrətilə mübarizə aparırdı. Şair bilirdi ki, bu mübarizənin təməlində onun milli varlığının, kimliyinin, ifadəsi olan ana dilinin qorunması, yaşadılması qayğıları dayanır. 1962-ci ildə yazdığı "Ana dili" şeirində vaxtilə dilimizin başına oyun açanlara, onu öldürməyə, məhv etməyə cəhd edənlərə qarşı üsyan edir, öz içimizdə də dilimizin qədrini bilməyənlərə, onu qorumayanlara qarşı sanki qələmindan misra-misra od saçırdı:

Kim qoruya bilməyirsə
Öz yurdunu, yuvasını,
udmasın yurd havasını.
Kim qorumur öz dilini,
itsin mənim gözlərimdən ilim-ilim,
O sahili bu sahilə birləşdirən
polad körpüm, qılıncımdır,
günəşimdir mənim dilim!


Şair bilirdi ki, vətən qəsb ediləndə onu azad etmək mümkündü, lakin dil qəsb olunanda bu, millətin, xalqın məhvidir. Bu, Xəlil Rzanı həmişə düşündürür, narahat edirdi. Dildən başlamış, vətəni bütöv, azad görmək, mədəniyyətimizin, ədəbiyyatımızın minillərə söykənən tarixinin yaşadılması uğrunda milli mücadiləyə qoşulmaq onun həyat amalı olmuş, bu yolda bir an da olsa, söz-qələm mübarizəsindən çəkinməmişdir. Elə buna görə də şair rus imperiyasının ağır rejimində qəlb çırpıntıları, həyəcanlar içində yaşamış, təqib olunmuş, bəzən təklənmiş, həyatın ağır sınaqları qarşısında olmuşdur. Lakin bunlar onu qorxutmamış, əqidəsindən dönməmiş, azadlıqsevər ruhu onu daim mübarizə meydanında bir cəngavər kimi döyüşlərə səsləmişdir. Sovet dövründə yazdığı şeirləri birbaşa, həm də mətnaltı ifadələrlə intişar edirdi. Yüzillər boyunca xalqın azad, müstəqil yaşamaq istəyinin təşnəsi olan aydınların arzuları qərinələrin aşırımlarından keçərək vətən sevdalı Məcnun şairin misralarında yenidən boy göstərirdi. Artıq səksəninci illər milli oyanışın ictimai şüurları silkələdiyi bir vaxtda X.Rza öz haqqını müdafiə etmək, azadlıq arzularını gerçəkləşdirməkdən ötrü xalqı mübarizəyə səsləyir, odlu-alovlu şeirləri, çıxışları ilə bu hərəkatın önündə gedirdi. O, üzünü bütün Azərbaycana tutub var səsiylə hayqırırdı:

Sürünmüsən iki əsr,
Övladların əsir-yesir,
Nə qəm, adın çəkiləndə
Yad hələ də zağ-zağ əsir.
... Sən can dedin, çor dedilər,
Haqqını basıb yedilər.
Pak, müqəddəs torpağını
Parçalayıb çeynədilər.
O qurdlara sən vermə can,
Qalx ayağa, Azərbaycan!
... Dəmir-beton qapıları
Tay-tay açan, şölə saçan
Yer titrədən, göy gurladan,
Ulduzları öpüb-qucan,
Nə yaralı, nə yarımcan,
Bizə nəfəs, bəşərə can -
Qalx ayağa, Azərbaycan!


Milli-azadlıq hərəkatının meydan dövrü yaradıcılığının yeni bir məzmun, milli-bəşəri ideya-mahiyyət kəsb etməsilə böyük təsir gücünə malik idi. X.Rzanın şeirləri düşmənə od püskürür, milləti öz azadlığı uğrunda mübarizəyə səsləyirdi. Onun söz mübarizəsi bir ordunun gücündən də qüdrətli idi. Hər bir Azərbaycan vətəndaşı Azadlıq meydanından başlamış, bütün yığıncaqlarda, dəstə halında evlərdə belə, onun şeirlərinin təsiri ilə coşur, xalqın azadlıq arzularının gerçəkləşməsi yolunda birləşirdi.

Döyüşüm qəbrətək davam edəcək
Sevindirmək üçün yurdu, bəşəri.
Dəmiri doğrayan polad qayçıtək
Mənim hər addımım şəri kəsəcək.


- deyən şair bütöv əqidəsi, bədii sözünün gücü ilə mübarizə aparırdı. Bu ideya və məzmunda olan bir çox əsərləri onun səksəninci illərin sonlarından başlamış, müstəqillik uğrunda apardığı mübarizənin əks-sədası idi. Bu dövr yaradıcılığı şairin həm də məddahlığı, rüşvətxorluğu, vəzifəpərəstliyi ifşa etməsilə xarakterikdir. Sovet ordusunun, qırmızı qəsbkarların ölkəmizdə törətdiyi qırğınlar, 1990-cı il faciəsi şairin həyatını fırtınaya döndərmişdi. Bu mübarizədə o, bütün sağlamlığını itirsə də, son gücünədək milli istiqlal uğrunda savaşın önündə getmiş, xalqın ictimai şüurunun formalaşmasına, azadlıq mübarizəsinin ürəklərdə sonsuz bir məhəbbətlə çağlamasına böyük təsir göstərmişdir. Azadlıq carçısı olaraq Baş meydanda, gənclər arasında etdiyi alovlu çıxışları, od saçan şeirləri və müstəqilliyimizin ilkin dövründə yazdığı əsərləri, bütünlükdə bədii yaradıcılığı, publisistik fəaliyyətilə xalqın mübarizə yolunda mayak idi. Qüdrətli, coşqun çaya bənzər səsi ilə xalqın ruhunu alovlandırırdı:

Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan
Ermənisiz Azərbaycan!


Və o zaman şairin səsinə minlərlə, milyonlarla vətən sevdalısı səs verdi. Bu dövrdə mübariz çıxışlarına, meydanı azadlıq ruhu ilə dalğalandırdığına görə Lefertova zindanına atılsa da, sənədli-sübutlu memuar yazılarını işıq üzünə çıxardı, millətin istiqlalına yetdi. Bu, hər inqilabçı şairə qismət olmur. Səd heyf ki, istiqlaliyyət uğrunda qılıncdan kəsərli misraları ilə döyüşüb, mübarizə aparmış azadlıq aşiqi istiqlal şairi olmasını rəsmən təsdiqləyən İstiqlal ordeni ilə təltif olunmasını görə bilmədi. Amma nə qəm, şair özünün və sözünün əbədi olacağına bütün varlığı, şüuru ilə inanırdı. Bu vətənə, xalqına, minbir bərəkətli torpağına bağlılıqdan qaynaqlanırdı. Elə buna görə də deyirdi ki:

Odur, yanır dan yeri...
Addımla günəşlə tən.
Torpaqdan başlanmır, yox,
Kişi qanındakı qeyrət selindən,
Səndən başlanır Vətən.
Məndən başlanır Vətən!


Bu gün şairin sağlığında və özündən sonra nəşr olunmuş çoxsaylı kitablarına nəzər yetirib, hər biri ilə ayrıca tanış olanda bu vətən oğlunun, istiqlal şairinin içindən bir vulkan kimi püskürən əsərlərinin qüdrətinə heyrət etməyə bilmirsən. 1957-ci ildə nəşr olunmuş "Bahar gəlir" ilk şeirlər kitabından başlamış, "Sevən gözlər", "Məhəbbət dastanı", "Hara gedir bu dünya", "Daşdan çıxan bulaq", "Məndən başlanır vətən", "Davam edir 37", "Mən Şərqəm", "Türkün dastanı", "Mən onsuz da əbədiyəm"... üst-üstə 100-ə yaxın topluda hansı ideyaları, hikmətləri əhatə edən mövzular ifadə olunmayıb! Təbiətə, onun yaratdığı gözəlliklərə heyranlıq, milli sərvətimiz olan dilimizə, mədəniyyətimizə, adət-ənənələrimizə, ən başlıcası, vətənə, insana məhəbbət, xalqın azadlıq, müstəqillik arzularının gerçək ifadəsi olan mübarizələr tarixi, xoş günlərimizin vəsfi əsərlərinin leytmotivini təşkil edib. Bütün bunlarla yanaşı, əyriləri, vətəni satanları, qorxaqları, mənsəbpərəstləri və bu qəbildən bütün naqislikləri qılıncdan iti sözünün qüdrəti ilə kəsib-doğrayıb.

Xəlil Rzanın yaradıcılıq diapozonu o qədər genişdir ki, indiki məqamda onları bir araya gətirmək, ümumiləşmiş formada belə, hər birindən bəhs etmək olduqca çətindir. Bu əsərlər yaradıcılığın bütün mərhələlərinin mövzusuna, ictimai-siyasi tutumuna, vətəndaşlıq mövqeyinə, bədii-poetik siqlətinə, ümumən bir sıra prinsiplərinə görə hələ neçə-neçə tədqiqat əsərlərinin predmeti olacaqdır. Bu yaradıcılığın əhatə etdiyi növlərinə gəlincə, qeyd etməliyik ki, şairin istedadı ona ədəbi fəaliyyətin bir çox sahələrində qələm işlətməyə imkan vermişdir. Bunların sırasında bədii əsərləri, tərcümə kitabları, elmi əsərləri, monoqrafiyaları, elmi-tarixi memuarları, bunların da üzərinə ölümündən sonra vəfalı ömür-gün yoldaşı Firəngiz xanım Ulutürkün nəşr etdirdiyi 63 adda kitabını, çap olunmuş və olunmamış gündəliklərini də əlavə etsək, bu yaradıcılıq yolunun nə qədər zəngin, çox növlü və çoxjanrlı olduğundan heyrətlənməyə bilmərik. Xəlil Rza yaradıcılığının ən səbatlı tədqiqatçılarından olan, bir çox kitablarının redaktoru, ön sözün müəllifi, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli şairin 80-ci illər yaradıcılığından bəhs edərək yazır: "1980-ci illərin şeirləri mənəvi dəyərləri, humanist keyfiyyətləri ilə seçilib. Sənətkarın humanizmi müasir şəraitdə azad, müstəqil və demokratik keyfiyyətlər qazanıb, mənəvi-tarixi, qan-idrak yaddaşı ifadə edib.

Xəlil Rza ruhun əbədiyyətini, həyatını qəbul etməklə əslində, milli şəxsiyyətlərin yaşarılığını, deməli, milli ənənəni təsdiq edir, onları xalqın yaşatmasını arzulayır.

Xəlil Rzanın yaradıcılığında ötəri bir həvəs, adi ovqatla yazdığı bir misraya, sətrə belə rast gəlmək mümkün deyil. O, hər açılan sabahların bir-birindən fərqlənməyən adi həyat tərzində təbiət hadisələrindən, bir zərif çiçəyindən, sısqa otundan, xırdaca daşından və əlbəttə ki, üstündən onilliklər ötsə də, ilk gənclik illərindən bütün varlığını sarmış sevgisindən, duyğularından da döyüşkən ruhlu bir şair olaraq söz açır. Bəzən lirik "mən" özünün də dünənindən bu gününə yetdiyi mübariz həyatına kənardan baxaraq heyrətini gizlədə bilmir. Yəni mübarizələr içrə keçən ömründə saf, ülvi hisslərin bir qanadı olan sevgidən (əlbəttə ki, bu sevgi ilk olaraq vətəndən, ana torpaqdan başlayır!) də qaynar təbli, gursəsli bir aşiq təki danışır. Və fikrin ifadə tərzi də onu təlqin edir ki, həyatda heç bir istəyə, arzuya ürəyində işıq, arzu və bu arzuya aşiqtək bağlı olmadan yetmək olmaz. Sevgi, saf niyyət bütün müşküllərin açarı, keçilməz sədlərin cəsarətlə, mərdliklə qət olunmuş aşırımlı yollarıdır. Mübarizəyə gedən yolda, yetişib formalaşmasında saf eşqinin, incə duyğuların ona qol-qanad, yeni güc, coşqun bir ehtirasla yaşamaq, mübarizə aparmaq əzmi aşıladığını "Yalnız sənin eşqinlə" şeirində Xəlil Rza görün necə bir zərifliklə ifadə etmişdir:

... Mən dəmir qayaların altında
bir bulaqdım.
Nə cür qırdım Qayanı,
soruş bəs nə cür axdım?
Mən zərif bir zoğ idim, üstə beş,
on tumurcuq.
Nə cür barlı bağ oldu, o incə zoğ, o cocuq?
Mən dünən bir göy budaq, bu gün başı qarlı dağ...
Nə cür qalxıb ucaldım?
Sənin eşqinlə ancaq!
Sənin eşqinlə ancaq!


Xəlil Rza az yaşadı, lakin azadlıq aşiqi olaraq qəlbində ümmanlara sığmayan vətən və xalq sevgisi ilə dopdolu bir ömür yaşadı. 1994-cü ilin 22 iyunundan sonra özü dediyi kimi, əbədi ömrü başladı. Millətini, vətənini sevən bir insan kimi həyatda ən şirin nemət onun üçün Azadlıq idi. Özü də bütöv və əbədi olan bir Azadlıq!

Azadlığı istəmirəm zərrə-zərrə,
qram-qram!
Qolumdakı zəncirləri qıram gərək,
qıram, qıram!
Azadlığı istəmirəm bir həb kimi,
dərman kimi
İstəyirəm
Səma kimi,
Günəş kimi,
Cahan kimi!
Çəkil, çəkil, ey qəsbkar,
Mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!!!

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
- deyən şairin azadlıq harayı kimi səslənən misraları minlərlə, milyonlarla insanların qəlbini ehtizaza gətirdi. Onun milli azadlıq ideyalarını tərənnüm edən yüzlərlə əsərləri ədəbiyyat tariximizin bir şanlı səhifəsidir. Xəlil Rza həqiqi mənada milli istiqlal şairi kimi xalqın ədəbi yaddaşının günəşidir.

Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru

________________________________________________________________________________________________


Hacı Zeynalabdin Əliyev – 160

$
0
0
Hacı Zeynalabdin Əliyev – 160

Hacı Zeynalabdin İsmayıl oğlu Əliyev 1858-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdam rayonunun Seyidli kəndi) kəndində anadan olmuşdur. Məqalə “Qarabağın Seyidli oymağı” (I kitab, Bakı, 2017) adlı monoqrafiyam əsasında hazırlanmışdır. O, soy-kök etibarilə Seyidli kəndinin Kərbəlayi Miralılar nəslindəndir. Kərbəlayi Miralılar nəsli Seyidli kəndinin sayılıb-seçilən nəsillərindən biridir. Din xadimləri, tacirləri ilə tanınmış nəsil öz adını Kərbəlayi Mirəlinin adından almışdır. Kərbəlayı Mirəli XVIII əsrin ortalarında anadan olmuş, mükəmməl dini təhsil almış, zəmanəsinin savadlı, müdrik din xadimlərindən sayılmışdır. Kərbəlanı ziyarət etdiyi üçün Seyidli kəndində Kərbəlayi Mirəlı adı ilə tanınmışdır. Kərbəlayi Mirəlı 1826-cı ildə vəfat etmişdir.

Hacı Zeynalabdin Əliyevin atası İsmayıl (1818-...) Kərbəlayi Mirəlinin oğludur. İsmayıl da atası kimi dövrünün oxumuş, savadlı insanlarından sayılmışdır.

Hacı Zeynalabdin Əliyevin həyatı və fəaliyyətinə aid təəssüf ki, əlimizdə kifayət qədər məlumat yoxdur. Onun adını ilk dəfə uşaq ikən ana babam Məmməd Məmmədovun (1917-1990) söhbətlərindən eşitmişəm. Tanınmış maarif xadimi, müdrik el ağsaqqalı ana babam Məmməd Məmmədov Hacı Zeynalabdinin əmisi Ağamalının (1808-1848) kötücəsidir. Babam Hacı Zeynalabdini rəhmətlə xatırlardı. Məmməd babamın söhbətlərindən bilirdim ki, Seyidli kənd sakinləri ona hörmət əlaməti olaraq “Hacı əmi” deyə müraciət edərdi.

Hacı Zeynalabdin Əliyev mükəmməl dini təhsil almış, ərəb, fars dillərini, şəriət elmlərini öyrənmişdir. Məşhəd və həcc ziyarətində olmuşdur.
Hacı Zeynalabdin Əliyevin Qarabağda qoşa dəyirmanı, dükanları, karvansaraları, geniş torpaq sahələri, meyvə bağları olmuş, tacir kimi tez-tez şərq ölkələrinə səfərlər etmişdir. Varlı insan olduğu üçün şərq ölkələrində onun böyük nüfuzu var idi. 1920-ci ildə Hacı Zeynalabdin Əliyevin şəxsi kapitalı 7 milyon yarım manata çatırdı.

Hacı Zeynalabdin Əliyev sələflərindən xələflərindən ötürülən məlumatda alicənab, ağayana, xeyirxah, səxavətli şəxs kimi xatırlanır. O, kasıbların, kimsəsizlərin himayadarı sayılmış, evi hər zaman ümüdini itirmiş insanların üzünə açıq olmuşdur. Xeyriyyəçilik fəaliyyətinə görə, o, Qarabağın mesenatlarından sayılmışdır. Onun məşhur azərbaycanlı milyonçu, mеsenat, Rusiya İmperiyasının Həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevlə şəxsi tanışlığı, səmimi münasibəti olmuşdur.

Hacı Zeynalabdin Əliyev Çar Rusiyası dövründə ölkənin ictimai həyatında yaxından iştirak etmiş, Bakı şəhər dumasına üzv seçilmişdir. O, Azərbaycanın mütərəqqi fikirli ziyalıları ilə dostluq etmişdir. Görkəmli yazıçı, dramaturq, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev də onun dostları sırasında idi.

Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra ölkədə kütləvi repressiyalar aparıldı, neçə-neçə dəyərli insanlar incidildi, təqib edildi. Hər zaman tutulmaq təhlükəsi ilə yaşayan dəyərli insanlar sırasında Hacı Zeynalabdin Əliyev də var idi. Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Əliyevin bütün var-dövləti əlindən alınmış, özü isə həyatının sonuna kimi yeni hökumətin yerli nökərlərinin təzyiqləri ilə yaşamalı olmuşdur. O, 1936-cı ildə vəfat etmiş, Seyidli kəndinin “Qaraağacı” qəbirstanlığında torpağa tapşırılmışdır.
Hacı Zeynalabdin Əliyev Zəhra xanımla ailə həyatı qurmuş, Ələsgər, Ələkbər, İsmayıl adlı oğlanları, Bənil, Durna adlı qızları dünyaya gəlmişdir.

Bu il Hacı Zeynalabdin Əliyevin anadan olmasının 160 illik yubileyi tamam olur. Bakı şəhər dumasının üzvü, Qarabağın mesenatı Hacı Zeynalabdin Əliyevin həyatı, fəaliyyəti tədqiq edildikcə zamanla layiqli qiymətini alacaqdır.

Orxan Zakiroğlu (Baharlı)

Ömürdən uzun mühacirət: Əlimərdan bəy Topçubaşov

$
0
0
Ömürdən uzun mühacirət: Əlimərdan bəy Topçubaşov

Əlimərdan bəy Topçubaşov (1865-1934) 20-ci əsrin birinci onilliyində Azərbaycanın aparıcı siyasətçilərindən və dövlət xadimlərindən biri olub.

Azərbaycan ziyalılarının mütərəqqi dəstəsinə aid olan Topşubaşov Rusiyanın imperiya administrasiyasının içərisində öz xaqının hüquqlarını qızğın müdafiə edirdi.

O həmçinin 1918-1920-ci illərdə bir dövlət xadimi kimi Azərbaycanı beynəlxalq arenada təmsil edib.

Əlimərdan bəy Topçubaşov Tbilisidə anadan olmuşdu. Onun babaları hərbçi olmuşdular və Topşubaşov soyadı da onların birindən başlanırdı.

Bununla belə, Əlimərdan bəyin babası Mirzə Cəfər Topçubaşov dilçi-alim olmaq istəmişdi. O, Sankt-Peterburq Universitetində təhsil almış, sonralar bu universitetinin şərqşünaslıq məktəbinin banisi olmuşdu. O fars filologiyası bölümündə çalışırdı və bu kafedraya 19-cu əsrin birinci yarısında rəhbərlik etmişdi.

Əlimərdan bəy Topçubaşov atasını uşaqkən itirmiş və onu nənəsi böyütmüşdü. O çalışqan bir tələbə idi və Tbilisi gimnaziyasını əla qiymətlərlə bitirmişdi. Bundan sonra, 1888-ci ildə Əlimərdan bəy yenə də əla qiymətlərlə Sankt-Peterburq Universitetinin hüquq fakültəsindən məzun olmuşdu.

O, universitet diplomunu aldıqdan sonra Qafqaza qayıtmış, vəkil və hakim kimi fəaliyyət göstərmişdi. Topçubaşov həmçinin Tbilisi Aqrar Məktəbində mühazirə oxuyurdu.

Əlimərdan bəy elə həmin vaxtlarda, dəqiq deyilərsə, 1893-cü ildə Həsən bəy Zərdabinin (Məlikov) (1873-1947) qızı Pəri xanımla evlənmişdi. Zərdabi çox mütərəqqi ziyalı olmasına baxmayaraq, qızı üçün Topçubaşovdan 10 min rubl başlıq pulu istəmişdi. Amma onun bu qədər pulu yox idi. Elə buna görə də Əlimərdan və Pəri toy mərasimi keçirməməyi və qənaət olunan pulu Həsən bəyə verməyi qərara almışdılar. Sonrakı illərdə onların üç oğlu və iki qızları oldu.

Vətəndaş haqlarının müdafiəçisi və islahatçı

1905-ci ildə baş vermiş Birinci Rus İnqilabına qədər siyasi partiya və təşkilatların yaradılması, milli və ya dini azlıqların hüquqlarının tələb edilməsi qadağan idi. Lakin bu məhdudiyyətlər Əlimərdan bəyə öz xalqının hüquqlarını müdafiə etməsində mane ola bilmirdi.

Bir vəkil kimi o, Qafqazın məhkəmələrində öz soydaşlarının hüquqlarını müdafiə edirdi. 1894-cü ildə Əlimərdan bəy ailəsi ilə birlikdə Bakıya köçdü və dörd il sonra “Kaspi” qəzetinin baş redaktoru oldu.

Onu bu vəzifəyə qəzetin sahibliyini yenicə almış xeyriyyəçi-milyonçu Hacı Zeynalabdın Tağıyev dəvət etmişdi. Topçubaşov bu vəzifəsindən istifadə edərək qəzetdə yazdığı məqalələrlə “Kaspi”ni vətənpərvərlik, vətəndaş və milli hüquqlar tribunasına çevirmiş, mədəniyyət və təhsil sahələrində islahatlar tələbi ilə çıxış etmişdi.

Azərbaycan ziyalılarının aparıcı nümayəndələri - Həsən bəy Zərdabi, Əli bəy Hüseyn oğlu Hüseyzadə, və Əhməd bəy Ağayev də “Kaspi” qəzeti üçün yazırdılar. Növbəti illərdə bu adlar türk və Azərbaycan milli hərəkatlarının bünövrəsini qoymaqla əbədiləşdilər.

Rusiya parlamentinin üzvü

Birinci Rus İnqilabından sonrakı illərdə Topçubaşov Azərbaycan xalqının kimliyi məsələsini qaldırmışdı. O öz xalqının maraq və hüquqlarını fəaliyyətinin müxtəlif sahələrində təbliğ edirdi. Eyni zamanda o, həm də Ümumrusiya Müsəlman Hərəkatının üzvü idi. O bu təşkilatın konfranslarının, proqram və bəyannamələrinin hazırlanmasında həlledici rol oynamış və çox vaxt da hərəkata başçılıq etmişdi.

Əlimərdan bəy Toopşubaşov həm də Rusiya Dövlət Dumasının (1905-1917-ci illərdə Rusiya imperiyasında məhdud səlahiyyətlərə malik parlament) üzvü idi.

O Kadet partiyasının üzvü idi və 1-ci Dumaya 1905-ci ildə Bakı dairəsindən seçilmişdi. Kadetlər - konstitusiyalı demokratlar Rusiyada da Britaniyadakına bənzər konstitusiyalı monarxiyanın bərqərar edilməsinə çalışırdılar. Topçubaşov Dumada müsəlman fraksiyasının üzvü idi. Beləliklə o, təkcə azərbaycanlıların deyil, Krım tatarlarından tutmuş Orta Asiyanın türkmənlərinədək bütün Rusiya müsəlmanlarının lideri olmuşdu.

Müstəqllik yollarında

1917-ci ilin Fevral və Oktyabr inqilablarından sonra Topçubaşov Sankt-Peterburqdan Qafqaza qayıtdı. Bakıda erməni daşnaklar və bolşeviklər tərəfindən törədilmiş müsəlman qırğını müstəqil dövlətin yaradılmasına çağırışları gücləndirmişdi.

Bununla əlaqədar Dövlət Dumasının Qafqazdan olan üzvləri Tbilisidə bir araya gələrək Zaqafqaziya Seymini yaratdılar. Cənubi Qafqazın bu ilk parlamentinin ömrü cəmi bir ay oldu. 1918-ci ilin martında Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və Məmmədəmin Rəsulzadə ilə birlikdə işlədilər və həmin il mayın 28-də Azərbaycan Respublikasının bəyannaməsini elan etdilər.

Müstəqillyin elan edilməsi böyük addım idi, lakin kifayət deyildi. Birincisi, Dövlət Dumasının azərbaycanlı üzvləri bəyannaməni Tbilisidə elan etmişdilər. Onların iddiasında olduqları ərazi nəzarətlərində deyildi. Bakı regionun iqtisadi və mədəni mərkəzi olsa da, şəhərin müsəlman azərbaycanlı əhalisi 1918-ci ilin martında qətliam edilmiş və ya qaçmışdı. Bakısız iddia olunan ərazinin qalan hissəsi ölkə kimi yaşaya bilməzdi.

Bu məsələlər Osmanlı ordusu tərəfindən həll edilə bilərdi. Artıq sentyabr ayınadək respublika iddiasında olduğu ərazinin əksər hissəsi üzərində nəzarətə malik idi.

Bacarıqlı diplomat öz xalqını necə müdafiə etdi

Yeni gənc hökumətin qarşısında növbəti böyük çətinlik respublikanın başqa ölkələr tərəfindən tanınması idi. Növbəti iki il ərzində Topçubaşov məhz bu məqsəd yolunda fəaliyyət göstərdi. O ilk növbədə İstanbulda Osmanlı hökuməti ilə danışıqlara başladı. Azərbaycan nümayəndə heyəti Türkiyə ilə etnik və dini bağlılığı tanıdı və Osmanlının hərbi dəstəyinə görə təşəkkürünü bildirdi.

Həmin vaxt Osmanlı imperiyasını Ənvər paşanın İttihad və Tərəqqi Partiyası idarə edirdi və ölkənin yüksək elitasında Osmanlı-Azərbaycan münasibətlərinin gələcək perspektivi barədə yekdil qərar yox idi. Ənvər və hakim elitanın bir çox nümayəndələri pantürkist ideyaların daşıyıcıları idilər və bu ideyalar müstəqil Azərbaycan dövlətinin varlığı ilə ziddiyyət təşkil edirdi.

1918-ci ilin sentyabrında Əlimərdan bəy Topçubaşov Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün İstanbula gələrək buradakı Azərbaycan nümayəndə heyətinə qoşuldu. Birinci Dünya Müharibəsindəki uğursuzluqlara görə İttihad və Tərəqqi Partiyası artıq ölkəni idarə edə bilmirdi və yeni Osmanlı hökuməti 1918-ci ilin oktyabrında Müttəfiqlərlə sülh müqaviləsi imzaladı. Türkiyə artıq Müttəfiqlər tərəfindən məğlub edilmiş tərəf sayılırdı və Osmanlı ordusu Qafqazdan çıxarılmalı idi. İnnən belə İstanbuldakı yeni hökumətin əsas qayəsi Müttəfiqlərlə ortaq dil tapmaq idi.

Azərbaycan nümayəndə heyəti və Topçubaşov da yaranmış yeni vəziyyətdə diqqətlərini başqa istiqamətə yönəldərək Paris Sülh Konfransında iştirak etmək təşəbbüsündə bulundular. Bu konfrans düşmənçiliklərə son qoymalı, Böyük Müharribədən sonra Avropanın və Yaxın Şərqin yeni siyasi sərhədlərini cizgiləməliydi.

Paris sülh konfransında iştirak üçün İstanbula Azərbaycan hökumətinin yeni nümayəndələri gəldilər və Topçubaşov ümumilikdə 15 diplomata rəhbərlik etməli idi. Topçubaşovun iki oğlu da katib qismində nümayəndə heyətinə qoşulmuşdular və Azərbaycan xalqının maraqlarının müdafiəsində atalarına kömək etməli idilər.

Əslində üç Qafqaz respublikasının nümayəndələrinin hamısı İstanbulda idi və Parisə yollanmaq üçün Fransa vizasını burada almalıydı.

Bununla belə, müzəffər Müttəfiqlər hələ də Rusiyadakı vətəndaş müharibəsində Ağ qvardiyanın qalib gələcəyinə ümid edir, Rusiya imperiyasının ərazisində yaranmış heç bir ölkə ilə danışıq aparmaq istəmirdilər.

1919-cu ilin qışında Gürcüstan və Ermənistan nümayəndələri Fransaya viza ala bildilər və Parisə yollandılar. Onlar orada, Parisin diplomatik çevrələrində güclü təbliğat işinə başlamışdılar. Hər iki ölkə iddia etdikləri ərazilərin xəritəsini hazırlamışdılar və Böyük Gücləri müstəqlliklərinin tanınmasına sövq etmək istəyirdilər.

Azərbaycan nümayəndələri isə İstanbula nəzarət edən Britaniya və Fransa qüvvələri tərəfindən ləngidilirdilər. Onlardan bəziləri həbs edilmiş və onlara viza verilməsindən imtina olunmuşdu. Topçubaşov və komandası yalnız 1919-cu ilin aprelində Parisə yollana bildi və orada Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün tanınması üçün gecikmiş danışqılara başladı.

Növbəti il ərzində də Topçubaşov Azərbaycanın tanınması uğrunda Parisdə mübarizə aparmalı oldu. O Amerika prezidenti Wilson da daxil olmaqla, Müttəfiqlərin rəhbərləri ilə görüşdü.

Əvvəlcə Müttfəqilər tanınmaq məsələsini yaxına buraxmırdılar, çünki hələ də Rusiyada Ağ ordunun bolşeviklərə qalib gələcəyinə ümid edirdilər. Müttəfiqlər Avropa və Yaxın Şərqin müxtəlif ərazi məsələlərinin müzakirə və həll olunduğu səkkiz ay ərzində Azərbaycan nümayəndələrinə ölkələrinin tanınması üçün heç bir ümid vermədilər. Yalnız 1920-ci ilin yanvarında Müttəfiqlər başa düşdülər ki, bolşeviklər vətəndaş müharibəsindən qalib çıxacaqlar. Onlar həmin andan mövqelərini dəyişərək, Azərbaycan və Gürcüstanı de facto tanıdılar. Bu tanınmada 1919-cu ilin mayından bəri Parisdə olan Topçubaşov və onun komandasının həlledici rolu olmuşdu və bu, əslində Əlimərdan bəyin qələbəsi hesab olunmalıdır.

Dövlət xadimi sürgündə

Lakin 1920-ci ilin aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğalı tam beynəlxalq tanınma uğrunda bütün səylərə və Azərbaycanın müstəqil ölkə kimi varlığına son qoydu. Bir gecənin işində Topçubaşov müstəqilliyini itirmiş ölkənin nümayəndəsinə çevrilmişdi.

Bakıdakı milli hökumət Azərbaycanı tərk etməyə məcbur edildi. Sonrakı illərdə Məhəmməd Əmin Rəsulzadə Avropada və Türkiyədə Azərbaycan Milli Mərkəzi adı altında mühacir təşkilatı yaratmışdı. Əlimərdan bəy Topçubaşov da bu təşkilata qoşularaq Rəsulzadə ilə birlikdə öz ölkəsinin müstəqilliyi uğrunda mübarizəni davam eidirdi.

Lakin eyni zamanda onlar ana vətəndən kənarda yaşayırdılar və daim maliyyə və hüquqi çətinliklərlə çarpışmalı olurdular. Bu çətinliklərdən bəzilərini həll etmək üçün hətta Sovet idarəsi altında olan başqa ölkələrin nümayəndələrinin yardımına üz tutmaq lazım gəlirdi.

Bu qruplara Ukrayna, Gürcüstan, Ermənistanın mühacirətdəki hökumətləri, habelə Şimali Qafqaz xalqlarının nümayəndələri daxil idilər. Onlardan bir çoxu Parisdə yerləşmişdilər və Əlimərdan bəy Topçubaşova mühacir qruplarının ağsaqqalı kimi yaşına və təcrübəsinə görə hörmət edirdilər.

Topçubaşov 1934-cü ildə iki il davam edən xəstəlikdən sonra Parisdə vəfat etdi. Bütün respublikaların sürgündə olan hökumətlərinin nümayəndələri onun yas mərasiminə gəlmişdilər və Topçubaşovun həyat və fəaliyyəti barədə çıxış edirdilər.

Topçubaşov, Rəsulzadə və başqaları Azərbaycanı daim yadelli işğalı altında gördülər, lakin inanırdılar ki, bir gün Azərbaycan azad və müstəqil bir ölkə olacaq.

Ömürdən uzun mühacirət: Əlimərdan bəy Topçubaşov

Dr. Harun Yilmaz
Tarixçi-alim, Britanya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü

________________________________________________________________________________________

Viewing all 135 articles
Browse latest View live